Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Rzayev Sabunçuda MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞÜB - ŞƏKİLLƏR

Tarix: 16-01-2019 20:23     Baxış: 3278 A- / A+
Rövşən Rzayev Sabunçuda MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞÜB


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Qarabağ sanatoriyasında məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların vəziyyəti ilə yerində tanış olub.

Manevr.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin problemlərinin həllinin prioritet istiqamət olduğu, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirildiyi, yeni yaşayış komplekslərinin inşasının davam etdirildiyi bildirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasının sürətləndirilməsi üçün zəruri iş aparıldığı diqqətə çatdırılıb.

Məcburi köçkünlərin müraciətləri dinlənilib, sualları cavablandırılıb. Köçürülmə ilə əlaqədar müraciət edən məcburi köçkünlərə məlumat verilib ki, öncə qəzalı şəraitdə, həyat üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər yeni mənzillərlə təmin edilir.

Görüşdə iştirak edən məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Dövlət Komitəsi rəhbərliyinin məcburi köçkünlərlə bilavasitə müvəqqəti yaşayış yerlərində görüşləri davam etdiriləcəkdir.

Rövşən Rzayev Sabunçuda MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞÜB

Rövşən Rzayev Sabunçuda MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞÜB


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar