Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə YENİ TƏYİNAT

Tarix: 28-12-2018 15:48     Baxış: 4299 A- / A+
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə YENİ TƏYİNAT



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə təyinat olub.


Manevr.az xəbər verir ki, idarənin İctimaiyyətə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Trend-ə bildirib ki, təhsil naziri Ceyhun Bayramovun 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə İdarənin müdir müavini Rəşad Tağıyev təyin edilib.

Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "Hüquqşünaslıq" ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.


2007-2013-cü illərdə "Ata Konsaltinq" MMC-də İdarə heyətinin üzvü -Hüquqi məsələlər üzrə sədr müavini və "Konsaltinq-AZ" MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.

Ailəlidir, iki övladı var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar