Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nəzakət Məmmədova: “Tarix boyu balanslı siyasət yürüdənlər uğur qazanıblar” - FOTO

Tarix: 27-12-2018 12:44     Baxış: 31 075 A- / A+
Nəzakət Məmmədova: “Tarix boyu balanslı siyasət yürüdənlər uğur qazanıblar”


Politoloq Nəzakət Məmmədova Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. Tədbirin mövzusu “Cənubi Qafqaz regionu: 2018-ci ilin yekunları və 2019-cu ildən gözləntilər” olub.


Konfransı açan N.Məmmədova bu il regionda Azərbaycan üçün çox ciddi proseslərin getdiyini bildirib: “2018-ci ildə ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi. İlham Əliyev seçicilərin əksəriyyətinin səsi ilə qalib gəldi. Bu seçkilərin ölkəmiz üçün ciddi əhəmiyyəti oldu. İlham Əliyevin növbəti qalibiyyəti onun dövründəki dünya miqyaslı qlobal əhəmiyyətli layihələrin davamlılığını təmin etdi.
Daxili sabitliyin təmin olunması üçün də növbədənkənar prezident seçkiləri mühüm rol oynadı. Ermənistanda da ciddi proseslər baş verdi. Şübhəsiz ki, Dağlıq Qarabağ və digər məsələlərə görə Ermənistan bizi ən çox maraqlandıran ölkədir. İnqilab yolu ilə hakimiyyət dəyişiklikləri yaşandı. Bu ilin ən ciddi hadisələrindən biri də regionumuzun ABŞ və Avropa Birliyinin diqqətini xüsusi cəlb etməsi oldu. Bunlar da səbəbsiz olmadı. Burada Rusiya, Türkiyə və İran kimi ölkələrin anti-ABŞ siyasətlərinin rolu az deyil. Bundan əlavə, İrana qarşı tətbiq edilən sanksiyaları da buna səbəb kimi göstərə bilərik. Bütün bunların nəticəsində Qərbdən ardıcıl olaraq Cənubi Qafqaza güc mərkəzlərinin təmsilçiləri səfərlər etdilər”.

Politoloq 2018-ci ilin ən mühüm hadisələrindən biri kimi Rusiya ilə Ermənistan arasında 200 ildən çoxdur davam edən yaxın münasibətlərin, müttəfiqliyin çat verməsini göstərdi: “Bu da şübhəsiz ki, bizim xeyrimizədir. Ermənistanın söykəndiyi KTMT ilə də münasibətlərində ixtilaflar meydana gəldi. Təcavüzkar ölkənin Rusiyadan uzaqlaşması Amerika və Avropa Birliyinin diqqətini dərhal cəlb etdi. Bu istiqamətdə müəyyən addımlar atılmamış deyil. Avropa Birliyi İran məsələsinə görə Ermənistana maraq göstərməyə başladı. Düşmən ölkə ətrafında gedən proseslər daha çox İranı blokadaya almaq üçündür. Cənub qonşumuzun sıxışdırılması prosesi geridə qoyacağımız ildə sürətləndi. Bu ilin ən müəmmalı vəziyyətlərindən biri də Rusiyanın Ermənistanın ondan uzaqlaşmasına sərgilədiyi mövqedir. Sözsüz ki, burada Paşinyanın KTMT-dən çıxmayacaqlarını dəfələrlə dilə gətirməsinin də az rolu yoxdur. Ermənistan ətrafında gedən proseslər daha çox İranın şimaldan blokadaya alınması ilə bağlıdır. Rəsmi İrəvanın tam şəkildə nəzarətə götürüldüyünü də deyə bilərik”.

Məmmədova hesab edir ki, 2018-ci il üçün regionda ən zəif bənd Ermənistan oldu: “Silah satan ölkələrin bu il güc nisbətlərinin dəyişdiyinin şahidi olduq. Biz də, Ermənistan da Rusiyadan silah alırdıq. Bolton Cənubi Qafqaza səfəri zamanı açıq şəkildə bildirdi ki, ermənilərə silah satmaq istəyirlər. Bu il Fransa da regionumuzda əsas oyunçulardan birinə çevrilərək, bölgə ölkələrini, ən çox Ermənistan və Gürcüstanı nəzarətə almağa çalışdı. Buna da müəyyən qədər nail oldu. Gürcüstandakı son prezident seçkilərini burada misal çəkə bilərik. Fransa prezidentinin Ermənistana səfərini də unutmamalıyıq. Bu il Cənubi Qafqazın hər üç ölkəsində seçkilər oldu. Gələn il də regionumuz diqqət mərkəzində olacaq. 2019-cu il barədə onu deyə bilərəm ki, Qarabağ münaqişəsinin həlli istiqamətində müsbətə doğru ciddi dəyişikliklər baş verəcək. Avropa Birliyinin Fransanı ATƏT-in Minsk Qrupunda əvəz etməsi məsələsi gündəmə gətirildi. Bu baxımdan həmsədr institutunda dəyişikliklərin ola biləcəyini istisna etmək olmaz. Reformalar qaçılmaz və gözləniləndir. Düşünürəm ki, Minsk qrupundakı həmsədrlərlə bağlı dəyişikliklər baş versə, müsbətə doğru münaqişənin həllində dəyişikliklərin şahidi olarıq. Ümumiyyətlə, həmsədrlərin dəyişməsi çox vacibdir. Düşünürəm ki, münaqişənin həll yollarından biri də həmsədr ölkələrin bir-birinə olan münasibətlərinin necə olmasıdır. Hazırda üç həmsədr ölkəsi arasında nüfuz savaşı gedir. Bu da istər-istəməz münaqişənin həllini çətinləşdirir. Amma bu, heç bir halda münaqişənin həll olunmayacağı anlamına gəlməz. İndiki Paşinyan hakimiyyəti ilə Dağlıq Qarabağdakı separatçı rejim arasında gələn il ixtilafların dərinləşəcəyini düşünürəm. Gələn il Ermənistanın Amerika və Avropa Birliyinə yaxınlaşması baş verəcək. Qarabağdakı qondarma rejim isə son ümid yeri kimi Rusiyanı görəcək”.


Nəzakət Məmmədova: “Tarix boyu balanslı siyasət yürüdənlər uğur qazanıblar”

Sonda Məmmədova jurnalistlərin suallarını cavablandırıb.

“Həftə içi” qəzetinin əməkdaşı Tural Turanın sualı belə olub: “2018-ci ilin aprelindən başlayaraq Cənubi Qafqazda siyasi rənglər dəyişməyə başladı. Əvvəla, hər üç ölkədə seçkilər keçirildi. Gürcüstanda və Ermənistanda gözləntilərin əksi baş verdi. Saakaşvilinin tərəfdarı Qriqol Vaşadzenin yerinə xanım Salome Zurabişvili, Ermənistanda isə Sarkisyanın yerinə Paşinyan hakimiyyətə gəldi. Qərb Gürcüstanı, Rusiya isə ilk baxışda Ermənistanı ”itirmiş" oldu. Azərbaycan isə daha çox Rusiya və ABŞ komandanlarının görüş və müzakirə yeri - neytral məkan funksiyasını yerinə yetirməklə kifayətləndi. Düşünmürsünüzmü ki, bu cür neytrallıq Dağlıq Qarabağ münaqişəsinə bu və ya digər formada təsir edə bilər və ya daha təhlükəlisi - bu nüans bizim əleyhimizə işləyə bilər? Neytral və balanslı siyasətdənsə tərəf tutmaq mümkün idimi?"

Cavab: “Dünyada iki əsas güc mərkəzi var - NATO və KTMT. Bizim iki seçimimiz var, ya NATO-ya, ya da KTMT-yə yaxınlaşmalıyıq. Digər seçimimiz isə neytral qalmaqdır. Hazırda Ermənistan da öz xarici siyasətini bizə oxşatmağa çalışır. İrəvan da balanslaşdırılmış siyasət yürütmək istəyir. Mənə elə gəlir ki, bizim indiki seçimimiz daha doğrudur. Çünki stabillik davam edir və bizə sabitlik indi daha çox lazımdır. Bakı güc mərkəzlərindən hər hansı birinə yaxınlaşsa, qarşı tərəfin çox güclü təsirinə məruz qalacaq. Bu da Dağlıq Qarabağ münaqişəsini daha da alovlandıra bilər. Hətta bəzi nüansların bizim əleyhimizə işləməsi istisna olunmur. Doğrudur, bizim güclü iqtisadiyyatımız, ordumuz var. Diplomatiyada və bir çox parametrlərdə qarşı tərəfdən üstünük. Amma müharibə elə bir şeydir ki, gedişat zamanı kimin kimi dəstəkləyəcəyini bilmək olmur. Ona görə də mənə elə gəlir ki, indiki mərhələdə bizim siyasətimiz daha doğrudur”.

“Yeni Müsavat” qəzetinin müxbirinin “gələn il Azərbaycan balanslı siyasətə davam, yoxsa tamam deyəcək” sualına N.Məmmədovanın cavabı belə olub: “Bu siyasət Azərbaycanın ən uğurlu seçimidir. Məcburiyyət qarşısında qalanda, əlbəttə, seçim etməli olursan. Hansısa bir bloka qoşulub onun yedəyində getməkdənsə, balanslı siyasət yürütmək daha yaxşıdır. Mənə elə gəlir ki, dövlət başçısı gələn il də bu siyasəti saxlayacaq. KTMT-də müşahidəçi olmaq məsələmiz müzakirə edilir. Məncə, Azərbaycan KTMT-də müşahidəçi olacaq. Tarix boyu balanslı siyasət yürüdənlər uğur qazanıblar. Biz belə siyasət yürütməsəydik, bu qədər sabitliyə nail olmazdıq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar