Sizin Reklam Burada
Xəbər lenti
22 fevral
21 fevral
BÜTÜN XƏBƏRLƏR

Hər döyüşdə sinirlərini, baxışlarını, hisslərini, arzularını itirirsən : Etimad Əsədova və bütün Qarabağ Qazilərinə...

Tarix: 18-12-2018 23:14     Baxış: 3140 A- / A+
Hər döyüşdə sinirlərini, baxışlarını, hisslərini, arzularını itirirsən : Etimad Əsədova və bütün Qarabağ Qazilərinə...


Səni qoynuna alıb aparan həyatda hansı sürprizlərlə rastlaşacağın bilinməz. Daşlı-kəsəkli, enişi-yoxuşu hamarından çox olan bu həyat yolunun harasında könüllü, harasında məcburi dayanaraq nəfəs dərəcəyin; sevincin, kədərin bəlli olmaz.

Kim olacaqsan, kimin olcaqsan, kimlər çıxacaq qarşına, səni dəyişmək istəyən, dəyişdirən nələr olacaq sualları bitib tükənməyəcək. Sual verənlərin o qədər çox olacaq ki... Danışmaq, cavab vermək istəmədiyin, cavab vermədiyin, verə bilmədiyin suallara bir az baxışların, bir az sükut, bir az zaman cavab verəcək. Sən olmadığın yerdə səndən uzaq düşən əllərin, qolların, gözlərin danışacaq. Hissələrindən, hislərindən keçməli olacaqsan. Səni tərk edənlər gələnlərindən çox olacaq. Dözmək düşüncəsindən uzaq olanlara dözəcəksən. Ömrün boyu arzusunda olduqlarından keçmək məcburiyyəti sıxacaq səni.
Bəzən yaşamaq həvəsin tükənəcək, bəzən stimul sənə daha böyük həvəs verəcək. Kimə necə... Çoxluqsa azlığı, ötəriliyi həmişə üstələyir.
Qara buludlar arzulara kölgə salanda mübarizliyin səngimək istəyəcək. Sənsə “həyat mübarizədir” –deyib, çarpışırsan, döyüşürsən. Düşmənlə döyüşürsən, düşmənlərlə döyüşürsən. Özünlə döyüşürsən. Düşmən çox olanda qələbələrin sayı azalır.

İnsanı etmədiklərinə görə qınamazlar. Etdiklərinə görə qiymət verərlər.

İtirə-itirə gedirsən. Sən əza itirməyə öyrəşmisən. İndi də hər döyüşdə sinirlərini, baxışlarıni, hisslərini, arzularıni itirirsən. Bu itkilər cəmləşib səni içindən yeyir. Bayırdan yeyənlərə yenə əl-qol, söz ata bilirsən. İçdən yeyənlərə isə susursan. Buradək gəlibsə, artıq doğmadır. Kənar təsirlərdən yaransa da, özününkü bilib gizlin-gizlin təslim olursan. Razılaşırsan. Dostu olmayan məğlubiyyətlər əvəzini səndən çıxır. Əridir səni. Yox olub gedirsən.
Bir də baxırsan ki, sən heç özünçün yaşamadın. Hətta düşüncəndə də. Həmişə başqalarını düşündün, başqaları üçün yaşadın. Bir də canından çox sevdiyin, canından keçdiyin sevgili Vətənçün...
Nə yaxşı ki, arxaya boylananda sevinc payladıqlarının, sevindirdiklərinin xoş baxışlarını görürsən. Sevinirsən. Daxili təbəssümün dodağına kimi gəlir. Və sonra... heç kimin bilmədiyi iç ağrılarına “mübarək” deyirsən.

Elə yoxluqlar var ki, onların işığı varlığın işığından çoxdur. Zülmətləri yarıb keçən işıq kimidi, şəhidin işığı. Şəhid işığı boşluqları doldurar. Yoxluğu var edər.
Şəhidlər ulduzlar kimidir. Gecəni, qaranlıqları aydınladan o işığın selinə düşüb gedə bilirsən...
“Həyat gözəldi, qardaşım” –deyirdi, Böyük Nazim Hikmət. Həyat insanları, insanlıqları ilə gözəldi. Həyat sizlərlə gözəldi. Arxanca “yaxşı ki vardın, yaxşı ki varsan, tanıdıq səni” –deyimini eşitmək, duymaq, nə gözəl. Demək ki, yaşamısan, yaşayırsan, yaşayacaqsan. Hələ çox eşidəcəksən o sözləri. Yazan mələklərin uçub gələn vaxtları da olur...

Yolunuz mübarək, müqəddəs Yolun Yolçuları!

Rəfail Tağızadə








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar