Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cümhuriyyət parlamentinin açılış saatında yaşanan maraqlı olaylar – Şifrəli ifadələr və böyük hədəflər

Tarix: 10-12-2018 06:50     Baxış: 3261 A- / A+
Cümhuriyyət parlamentinin açılış saatında yaşanan maraqlı olaylar – Şifrəli ifadələr və böyük hədəflər

Azərbaycan Cümhuriyyətinin 100 illiyinin tamam olduğu 2018-ci il artıq yekunlaşmaq üzrədir.

“Xalq Cümhuriyyəti” ilində bu şanlı tarixin şərəfinə bir çox işlər görüldü, xeyli kitab və məqalələr yazıldı.

Ötən həftə Cümhuriyyət tarixində daha bir önəmli olayın – parlamentin-100 yaşı tamam oldu.

Manevr.az moderator.az-a istinadən bununla bağlı bir neçə maraqlı faktları diqqətinizə çatdıracaq:

Hər ikisi Cümhuriyyət parlamentinin ilk açıldığı günlə bağlıdır. Birinci mənbə böyük Üzeyir bəyin məqaləsidir: (Üzeyir bəy Hacıbəyli. "Təəssürat" məqaləsi.“Azərbaycan” qəzeti, 08 dekabr 1918, №59)
Cümhuriyyət parlamentinin açılış saatında yaşanan maraqlı olaylar – Şifrəli ifadələr və böyük hədəflər


“Məclisin açılmaq saatı yaxınlaşdı. Tamaşaçılar ki içlərində müsəlman xanımları da az degildi - boş yerləri doldurdular. Məbuslar hər kəs öz məxsusi yerini tapıb oturdular. Qəzetə yazıçıları kağız və qələmlərini hazırlayıb müntəzir durdular. Ministrlər müavinlərilə bərabər öz yerlərinə keçib cərgə ilə oturdular. Bir lojaya sığmıyıb, sağ və sol iki loju doldurdular. Bunların hamısı başı açıqdırlar. Bir nəfərdən səvayi, görünür ki, soyuqdan qorxurmuş, həqiqət, çox soyuğdur. Hamı amadə olub intizarda ikən Milli Şura rəisi Məhəmmədəmin Rəsulzadə cənabları rubəru qapıdan çıxıb məqami-sədarətdə üzü Məclisə tərəf, ayaqüstə bir vəziyyət aldıqda hazirunin intizarı donub diqqətə münqəlib oldu. Məhəmmədəmin qəlbən nikbin və nikbinligində də sabitqədəm olduğuna dəlalət edən açıq və gülər bir üz və yerə baxmaq adəti olmayan bir göz ilə məbuslara xitabən nitq söyləməgə başladı. Padşahlı məmləkətlərdə Məclisi-Məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı”.

Qeyd: Məqalə həm də “Çapar” jurnalında çap olunub.

Qeyd edək ki, parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib: “Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – “Azərbaycan muxariyyəti”ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq.

Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Müsavat Partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!”

“Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Parlamentin ilk iclasında Fətəli xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırılıb.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası olub və parlament qanunlarının hazırlanması, müzakirəsi, təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak ediblər.
Cümhuriyyət parlamentinin açılış saatında yaşanan maraqlı olaylar – Şifrəli ifadələr və böyük hədəflər


Bir maraqlı məqamı da diqqətə çatdıraq:

1918-ci ildə Parlamentin ilk iclasında milli şüranın ilk sədri Məhəmmədəmin Rəsulzadə giriş nitqində “YUM” sözü işlədib:

“Möhtərəm məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk məclisi - məbusanını açmaq yum səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öz öhdəmə düşməsi ilə müftəxərəm ( alqışlar ), əfəndilər Göründüyü kimi , “yum səadəti” xeyir-dua vermək mənasındadır və Dədə Qorqud dilindəki , “yum verəyim” sözünü xatırladır .
Qeyd edək ki, Rəsulzadə Parlamentdə ən güclü sayılan “Müsavat” fraksiyasına başçılıq edib. O, həmçinin Parlamentdə iki komissiyada ”“ “Müəssislər Məclisini çağırmaq” və “Maliyyə büdcə” komissiyasında təmsil olunub.
Parlamentin ilk iclasında yaşanan başqa maraqlı hadisə isə Fətəli Xan Xoyskinin çıxışı olub. Fətəli xan Xoyski 1918-ci ilin 7 dekabrında - parlamentin açıldığı tarixdə qanunverici orqanın ilk iclasındakı çıxışında Azərbaycan Hökumətinin bir neçə aylıq fəaliyyəti barədə hesabat verdikdən sonra istefası haqqında bəyanatı da təqdim etdi. Bu, artıq Xoyski şəxsiyyətinin böyüklüyü demək idi:
Cümhuriyyət parlamentinin açılış saatında yaşanan maraqlı olaylar – Şifrəli ifadələr və böyük hədəflər

“Fəaliyyətimizdə xətalar işləmişiksə də, hər zaman fikrimiz bu olmuşdur: Hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı göstərəsiniz, tənqidə ixtiyarınız var və tənqid xeyirli şeydir. Parlamentin əsas vəzifəsi də yol göstərməkdir. Hər nazir öz nəzarətləri barəsində bəyanat verəcəkdir. Hökumətin ixtiyarı bu günə qədər idi. Şimdi isə siz yığıldınız. Hökumət başında parlamentin etimadına müzəhhər və parlamentə istinad edən bir kabinə olmalıdır. Heç bir hökumət parlament açıldıqdan sonra iş başında qalamaz. Ona görə də mən bütün yoldaşlarım tərəfindən xəbər verirəm: hökumət hüzurunuzda istefasını verir”.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar