Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Rza XƏLƏFLİ - 65: Tanınmış şair və publisistin yubileyi qeyd edilib - FOTOLAR

Tarix: 06-12-2018 14:20     Baxış: 2329 A- / A+
Əli Rza XƏLƏFLİ - 65: Tanınmış şair və publisistin yubileyi qeyd edilib


Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair və publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflinin 65 illik yubileyi qeyd edilib.

Manevr.az xəbər verir ki, ədəbi və elmi ictimaiyyət nümayəndələrinin, tanınmış ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə açan filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoylu tariximizin iki əsrinin qovuşuğunda yaşayıb-yaradan istedadlı Azərbaycan ziyalısı Əli Rza Xələflinin həyat və yaradıcılığından söhbət açıb, onu filosof şair, istedadlı nasir, kəsərli qələmə malik publisist kimi xarakterizə edib.
Bildirilib ki, Cəbrayıl rayonunun Xələfli kəndində dünyaya göz açan və bu gün məcburi köçkünlük həyatı yaşayan şair qəlbində Qarabağ ağrısı ilə vətəndaşlıq ruhunda şeir, poema, roman və kəsərli publisistik əsərlər yazır.
Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı İlqar Fəhmi diqqətə çatdırıb ki, ədəbiyyatımıza təmənnasız xidmət göstərən Əli Rza Xələfli özünü “Kredo” qəzeti ilə təsdiq edib və tanıtdırıb. Çağdaş Azərbaycan ədəbi-tarixi mühitində böyük nüfuza malik “Kredo” qəzeti bir vətəndaş, ziyalı kimi onun ən böyük əsəridir. Ədəbiyyatın, millətin və Vətənin fədakarı olan Əli Rza Xələflinin nəşr etdirdiyi “Kredo” qəzetinin redaksiyası vaxtilə söz və qələm adamlarının görüş və ümid yeri idi. Əli Rza Xələfli fədakarlığı hesabına bu gün də yazıçılarla oxucular arasında körpü rolu oynayan “Kredo” qəzetinin nəşrini davam etdirir. O, Həsən bəy Zərdabidən, Cəlil Məmmədquluzadədən, Əli bəy Hüseynzadədən gələn yolun layiqli davamçısı vəzifəsini yerinə yetirir.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov dərin istedada, qibtə olunacaq dərəcədə yaradıcılıq enerjisinə, zəhmətsevərliyə və fəal həyat mövqeyinə malik olan Əli Rza Xələflinin əsərlərindəki hər bir obrazın konkret ünvanı olduğunu vurğulayıb. Akademik qeyd edib ki, onun poeziyasında publisistika, publisistikasında, eləcə də nəsrində poeziya elementlərinə rast gəlmək mümkündür.
Filologiya elmləri doktoru, professor İslam Qəribli “Sənətkarın həyat və yaradıcılıq fraqmentləri - son beş il” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Əli Rza Xələflinin bir ziyalı kimi üstünlüyü onun ensiklopedik bilik və analitik təfəkkür sahibi olmasındadır. Onunla elmin bir çox sahələri barədə söhbət edəndə bu qədər informasiyanı beynində saxlamasına təəccüblənirsən. Bir söz adamı olaraq onun Azərbaycan və dünya ədəbiyyatını dərindən bilməsi qibtə doğurur.
Akademik Nizami Cəfərov bildirib ki, Əli Rza Xələflinin bir ədəbiyyat adamı kimi digər şakəri səriştəli ədəbiyyatşünas olması ilə şərtlənir. Bir ədəbiyyatşünas olaraq Əli Rzanı müasirlərindən fərqləndirən ən ümdə cəhət onun yazılarının səmimiyyətində, birbaşa mətnin özündən çıxış etməsindədir. “Ədəbiyyat üzrə akademiklərdən tutmuş kiçik elmi işçilərədək alimlərin bütün kitablarını yandırsaq, onların hər birini Əli Rza Xələflinin əsərlərində tapmaq mümkündür”, - deyə akademik bildirib.
Görkəmli dilçi alim, professor Qəzənfər Kazımov çıxışında vurğulayıb ki, Əli Rza Xələfli əsərləri ilə bizi xalqın ruhunun ifadəçisi olan canlı, sadə və doğma dilimizin poetik cazibəsində saxlamaq gücündədir.
Tədbirdə professorlardan Təyyar Salamoğlu, Himalay Qasımov, Qəzənfər Paşayev, Mahmud Allahmanlı, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, şair Yusif Nəğməkar, filologiya elmləri doktoru, yazıçı Elçin Mehrəliyev, şair, ədəbiyyatşünas Sərvaz Hüseynoğlu və başqaları çıxış edərək Əli Rza Xələflini dərin biliyə, zəngin söz ehtiyatına, yüksək yaradıcılıq temperamentinə, orijinal erudisiyaya və hüdudsuz təxəyyülə malik olan bir ziyalı kimi səciyyələndiriblər. Diqqətə çatdırılıb ki, Əli Rza Xələflinin indiyədək 40-dan çox kitabı işıq üzü görüb. Onun əsərləri daim ədəbi tənqidin diqqətində olub. Xüsusilə şairin son kitabları barədə mətbu orqanlarda çoxlu sayda müsbət rəylər dərc edilib.
Çıxış edənlər “Qızıl qələm”, “Araz”, Qılınc və qələm”, Beynəlxalq Rəsul Rza, Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatlarına layiq görülmüş ziyalımızı 65 illik yubileyi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbirdə Əli Rza Xələflinin yeni çap olunmuş “Tənqidçinin azərbaycançılıq idealı”, “Üzü Qarabağa”, Qiyamətdən bir gün əvvəl”, “Bir ayrılıq odu var”, “Göy üzündə səs” kitabları, eləcə də Sabir Bəşirovun “Əli Rza Xələfli: ədəbi yol - əbədi yol”, Mədəd Çobanov və Müşfiq Çobanlının “Xələflinin yaradıcılıq yolu” kitabları tədbir iştirakçılarına təqdim olunub. Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Əli Rza Xələfli yeni şeirlərini oxuyub.(Azərtac)

Manevr.az

Əli Rza XƏLƏFLİ - 65: Tanınmış şair və publisistin yubileyi qeyd edilib
Əli Rza XƏLƏFLİ - 65: Tanınmış şair və publisistin yubileyi qeyd edilib
Əli Rza XƏLƏFLİ - 65: Tanınmış şair və publisistin yubileyi qeyd edilib
Əli Rza XƏLƏFLİ - 65: Tanınmış şair və publisistin yubileyi qeyd edilib
Əli Rza XƏLƏFLİ - 65: Tanınmış şair və publisistin yubileyi qeyd edilib
Əli Rza XƏLƏFLİ - 65: Tanınmış şair və publisistin yubileyi qeyd edilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar