Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şəmsəddin Hacıyev şagirdlərin dərs yükünün ağırlığından şikayətləndi

Tarix: 05-12-2018 08:32     Baxış: 4306 A- / A+
Şəmsəddin Hacıyev şagirdlərin dərs yükünün ağırlığından şikayətləndi


Millət vəkili şagirdlərin və müəllimlərin dərs-tədris yükü məsələsindən danışıb.

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən yeni “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı millət vəkili Şəmsəddin Hacıyev orta məktəb şagirdlərinin məktəblərdə çox yükləndiyini bildirib və əlavə edib ki, bu, Azərbaycan təhsilinin xeyrindən daha çox ziyanına işləyir:

“Uşaqları, şagirdləri bu qədər yükləmək olmaz. Onlar yükləndikcə, təhsilin keyfiyyəti və inkişafı da aşağı düşür. Hesab edirəm ki, bu məsələyə qayıtmaq lazımdır. Həmçinin, müəllimlərin dərs-tədris yükü məsələsində müəyyən çatışmazlıqlar var.

Vaxtilə Xalq Cəbhəsinin hakimiyyəti dövründə qəbul edilən təhsil qanununda bu məsələ ilə bağlı müəyyən məqamlar nəzərdə tutulmuşdu. Ancaq hesab edirəm ki, bunlar əsaslandırılmış bir addım deyildi. Daha çox süni, populist xarakter daşıyırdı. Ona görə yeni qanunda bu məsələyə də aydınlıq gətirmək lazımdır”.

Millət vəkili repetitorluqla məşğul olanlarla bu fəaliyyətlə məşğul olmayan müəllimlərin gəlirlərində, maddi qazanclarında ciddi disproporsiyanın yarandığını bildirib.

O qeyd edib ki, müəllimlərin heç də hamısı repetitorluqla məşğul olmur.

“Ona görə hesab edirəm ki, bu məsələdə ciddi addımlara ehtiyac var. Elə etmək lazımdır ki, müəllimlər daha çox məktəblərdə öz işləri ilə məşğul olsun, şagirdlərə yüksək səviyyəli təhsil versinlər. Yəni onların maddi problemlərinin həllində növbəti addımlara ehtiyac duyulur”, - deyə millət vəkili əlavə edib./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar