Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Girovlarla bağlı yeni Tiflis görüşü baş tutmadı

Tarix: 05-12-2018 08:36     Baxış: 4364 A- / A+
Girovlarla bağlı yeni Tiflis görüşü baş tutmadı


Bununla əlaqədar məlumat mərkəzi yaradılıb

Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzi fəaliyyətə başlayıb.
Manevr.az
-ın xəbərinə görə, bu barədə “Yeni Müsavat” qəzetinə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun xüsusi layihəsi olan bu mərkəzin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi zamanı və ondan sonrakı dövrlərdə əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları ilə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırmaq, onların azadlığa buraxılması istiqamətində hüquqi işlərlə yanaşı, geniş təbliğat-təşviqat fəaliyyəti aparmaq, dünya ictimaiyyətinin diqqətini azərbaycanlı əsir və girovların azadlığa buraxılması məsələsinə yönəltməkdir. Mərkəzin internet saytı www.hostages.az ünvanında yerləşir və gündəlik olaraq, Azərbaycan, rus və ingilis dillərində yenilənir. Bu, həm də erməni cəmiyyətinə bütün gerçəkləri çatdırmağa imkan verəcək.

Əhməd Şahidov onu da bildirib ki, Cənubi Qafqazda münaqişələrdə əsir və itkin düşmüş şəxslərin Axtarışı üzrə Beynəlxalq İşçi Qrupunun təşəbbüsü ilə noyabrın sonlarında Azərbaycanın və Ermənistanın Əsir düşmüş, Girov götürülmüş, İtkin Düşmüş Şəxslərlə bağlı Dövlət Komissiyalarının Tiflisdə görüşü keçirilməliydi. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən görüş reallaşmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar