Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

FIDE-də bakılıya yüksək vəzifə verildi

Tarix: 19-11-2018 20:08     Baxış: 3198 A- / A+
FIDE-də bakılıya yüksək vəzifə verildi
Beynəlxalq Şahmat Federasiyasında (FIDE) Bakıda doğulan Emil Sutovskiyə vəzifə verilib.


Manevr.az
oxu.az-a istinadən bildirir ki, 1977-ci ildə Bakıda doğulmuş, milliyyətcə yəhudi olan E.Sutovski bu qurumda baş direktor vəzifəsində çalışacaq.

Bu qərar 8-10 noyabr tarixlərində FIDE-nin Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş şurasında qəbul olunub.

Əvvəllər Peşəkar Şahmatçılar Assosiasiyasına rəhbərlik etmiş, Azərbaycanın “Odlar Yurdu” komandasının kapitanı olmuş Sutovski yeni vəzifəsində dünya şahmatının inkişafı, dünya çempionatı və sponsor və tərəfdaşlarla iş məsələlərinə cavabdehlik daşıyacaq.

1991-ci ildən İsraildə yaşayan Emil Sutovski FIDE-nin yeni yaradılmış Ümumi Strategiya üzrə Komissiyasının sədri təyin olunub.

Qeyd edək ki, rusiyalı Arkadi Dvorkoviç oktyabrın 3-də FIDE-nin yeni prezidenti seçilib. “SOCAR Georgia”nın rəhbəri Mahir Məmmədov isə bu qurumun vitse-prezidenti təyin edilib.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar