Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Daha bir xaricdə təhsil mərkəzi vətəndaşları aldadaraq pulunu mənimsəyib - VİDEO

Tarix: 18-11-2018 19:12     Baxış: 3310 A- / A+
Daha bir xaricdə təhsil mərkəzi vətəndaşları aldadaraq pulunu mənimsəyib



Bakıda daha bir xaricdə təhsil mərkəzi vətəndaşları kütləvi şəkildə aldadıb. Zərərçəkmişlərdən birinin sözlərinə görə, təhsil mərəkəzi tərəfindən onun pulu alınsa da sonradan bağlanan müqaviləyə əməl edilməyib.


Zərərçəkmiş Zaur Qurbanov ABŞ-da dil kursu üçün 1800 dollar pul ödəyib. Özünə isə 1 həftə sonra Amerikaya gedəcəyi deyilib.

Manevr.az-ın məlumatına görə, Zaur Qurbanov xaricdə təhsil adı altında aldadılan şəxslərdən sadəcə biridir.

O deyir ki, bu ilin may ayında paytaxtın Səbail rayonu Nizami küçəsi 48 ünvanında olan ''Leveland'' xaricdə təhsil mərkəzinə müraciət edib. Orada kursun rəhbəri İsgəndər Ağayevlə görüşərək müəyyən məbləğdə ödəniş edərər müqavilə bağlayıb.

Ödənişdən sonra Zaur Qurbanova deyilib ki, bir həftə sonra Amerikaya gedəcəksən. Bir həftədən sonra Zaur Qurbanov yenidən təhsil mərkəzinə müraciət edib. Amma həmin vaxt təhsil mərkəzinin bağlı olduğunu görüb İsgəndər Ağayevə zəng vurub. Telefonu bağlı olduğundan ona SMS yazıb. Bir müddət sonra İsgəndər Ağayev zərərçəkmiş Zaur Qurbanova mesaj yazaraq bildirib ki hazırda xarici ölkədədir.

Həmin təhsil mərkəzinin bağlanaraq yerində başqa bir şirkətin fəaliyyət göstərdiyini görən Zaur Qurbanov məsələ ilə bağlı Səbail rayon 9-cu polis bölməsinə məlumat verib. Sonradan məlum olub ki, adı çəkilən mərkəz tərəfindən xaricdə təhsil adı ilə yalnız o aldadılmayıb.

Məsələ ilə bağlı İsgəndər Ağayevlə əlaqə saxlamaq istəsək də, onun mobil telefonuna zəng çatmadı.

Səbail rayon Polis İdarəsindən isə bildirildi ki, bu məsələ ilə bağlı araşdırmalar davam edir.

Mövzu ilə bağlı daha ətarflı videomaterialı təqdim edirik:


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar