Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda çantada daşına bilən minilaboratoriyaların istehsalı təklif edilir

Tarix: 18-11-2018 09:21     Baxış: 3204 A- / A+
Azərbaycanda çantada daşına bilən minilaboratoriyaların istehsalı təklif edilir

Azərbaycanlı alim tədqiqatçılar üçün daşımaq və evdə də tədqiqatlar aparmağa imkan verən minilaboratoriyaların istehsalını təklif edir.


Manevr.az
bildirir ki, Azərbaycan Texniki Universitetinin müəllimi Rəhim Əliyev trend-ə bildirib ki, onun tərəfindən tələbə və tədqiqatçılar üçün evdə də tədqiqatlar aparmağa imkan verən analoq və rəqəmli elektronika minilaboratoriya cihazı yaradılıb.

Mütəxəssisin sözlərinə görə, bu cihaz "Elenco" firması tərəfindən təhsil üçün istehsal olunan XK-150 tipli minilabın təkmilləşdirilmiş prototopidir. Lisey və universitetlərdə geniş tətbiq oluna bilən bu miniaboratoriyanın elektronika, avtomatika, mexatronikanın öyrənilməsində böyük əhəmiyyəti var.

R.Əliyev qeyd edib ki, minilaboratoriyanın imkanları hesabına 400 sxem yığmaq və laboratoriya işi görmək olur:

"Minilaboratoriyanı hər bir tələbə özü də alaraq evdə işləyə bilər. Minilaboratoriyanın üstünlüyü ondadır ki, adi laboratoriya şəraitində məhdud zaman çərçivəsində geniş işlər görmək mümkün olmur. Amma çantada da daşına biləcək belə minilaboratoriyalar tələbəyə evdə də istədiyi qədər iş görməyə imkan verir. Biz həm də internet resurs yaradacağıq. Tələbə evdə oturaraq virtual dərslərlə kafedra ilə əlaqə saxlaya bilər. Mən artıq skayp vasitəsilə tələbə ilə əlaqə saxlayaraq onun sxemlərinin düzəldilməsi üçün müəyyən göstərişlər də vermişəm".

Bu layihənin sənayeləşməsini təklif edən R.Əliyev qeyd edib ki, bu kimi layihələrin reallaşması Azərbaycana özünün formalaşdırdığı insan kapitalı sayəsində milli sənayenin inkişafına təkan verər: "Biz bu layihəni Azərbaycanda da istehsal edə bilərik. Bu halda o, ABŞ istehsalından ucuz başa gələ bilər və onun qiyməti maksimum 200 manata olar. Digər tərəfdən, belə laboratoriyaların istifadə müddəti uzunömürlü - 30-40 il olur".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar