Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

3 yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimlə bağlı qərar verildi

Tarix: 13-11-2018 16:18     Baxış: 4254 A- / A+
3 yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimlə bağlı qərar verildi

Sumqayıt Apellyasiya Məhkəməsində 3 yaşlı uşağın ölümü ilə bağlı Sumqayıt şəhər məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Manevr.az bildirir ki, bu barədə vəkil Əli Hüseynov məlumat verib.

Vəkil bildirib ki, prosesdə şikayət araşdırılıb və iş üzrə təqsirləndirilən, "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun günahı sübuta yetirilməyib. Məhkəmə Sumqayıt şəhər məhkəməsinin çıxardığı bəraət hökmünü qüvvədə saxlayıb.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə-hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

Xatırladaq ki, İ.Qəmbərov barəsində həbs qətimkan tədbiri seçilməyib.


Sumqayıt şəhər məhkəməsində iş araşdırılsa da, İ. Qəmbərovun hadisədə günahı sübuta yetirilmədiyi üçün ona bəraət hökmü çıxarılıb. Məhkəmə həmçinin işi araşdıran müstəntiq barəsində qərardad çıxarıb.

Hökmlə razılaşmayan zərərçəkmiş tərəf və Sumqayıt Şəhər Prokurorluğu hökmdən apellyasiya şikayəti vermişdi.trend.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar