Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ukrayna mediasında Azərbaycanla bağlı məqalə - FOTO

Tarix: 13-11-2018 07:08     Baxış: 3145 A- / A+
Ukrayna mediasında Azərbaycanla bağlı məqalə - FOTO

Ukraynanın “versii.com” portalında Azərbaycanda 12 noyabr - Konstitusiya Gününə həsr olunan məqalə yerləşdirilib.

Manevr.az xəbər verir ki, məqalənin müəllifi həmvətənimiz, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevdir.

Məqalədə müstəqilliyin ilk illərində respublikamızda bütün sahələrdə xaosun, tənəzzülün yaşandığı dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin ölkəmizi dinamik inkişaf yoluna çıxarmasından söhbət açılıb. Qeyd olunub ki, Ulu Öndərin misilsiz xidmətləri sayəsində bütün sahələrdə sürətli inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edildi.

Diqqətə çatdırılıb ki, yeni Konstitusiyanın qəbulu Azərbaycan xalqının həyatında baş verən fundamental dəyişikliklərlə bağlı olub. Dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın qarşısında duran vacib vəzifələrdən biri Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək üçün zəruri tədbirlərin həyata keçirilməsi idi. Ölkənin gələcək inkişafının konseptual əsasları və başlıca prinsiplərini əks etdirən yeni qanuna ehtiyac yaranmışdı.

Yazıda vurğulanıb ki, yeni Konstitusiya demokratik, dünyəvi, hüquqi dövlətin təməlini qoydu. Məhz bu konstitusiyanın qəbulu ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması üçün möhkəm hüquqi baza formalaşdırıldı. Konstitusiyanın qəbul edilməsi təkcə yeni ictimai sistemin hüquqi cəhətdən tanınmasını təsdiq edən fakt deyil, eyni zamanda, Azərbaycan Respublikasının inkişafının keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Azərbaycanın Konstitusiyası müasir mədəni cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən mütərəqqi fikir və dəyərləri geniş şəkildə əks etdirir./publika.az
Ukrayna mediasında Azərbaycanla bağlı məqalə - FOTO


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar