Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Abbasovun Londonda mülkləri var? - Oğlundan açıqlama

Tarix: 12-11-2018 17:59     Baxış: 3212 A- / A+
Əli Abbasovun Londonda mülkləri var? - Oğlundan açıqlama


Avropada yaşayan jurnalist Cavanşir Həsənli keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasovun Londonda qiymətli əmlakının olduğu və onun yeni şirkət təsis etdiyi barədə məlumat yayıb.

O, Birləşmiş Krallıq, London, City Road 160, Kemp House ünvanındakı əmlakın Eldar Abbasova aid olduğunu iddia edib, keçmiş nazirin oğlu, eyni zamanda bu yaxınlarda vəzifəsindən azad edilmiş Etibar Pirverdiyevin kürəkəni olan 32 yaşlı Eldar Abbasovun yeni açdığı şirkətin də bu ünvanda yerləşdiyini bildirib.

Jurnalist yazır ki, Eldar Abbasov atasının Azərbaycanın rabitəsindən "kəsdiklərini” Britaniyada eyni sahəyə yatırım edib:
"Onun təsis etdiyi BİTTOP LİMİTED şirkəti bu ilin aprelin 28-də Londonda qeydiyyatdan keçib və 11334512 saylı şəhadətnamə alıb. BİTTOP LİMİTED məlumatın işlənilməsi (data prosessing), hosting və s. müvafiq fəaliyyətlərlə məşğuldur.

Bu, Eldar Abbasovun Londonda açdığı ilk şirkət deyil. Bundan əvvəl, yəni ötən ilin noyabrın 16-da maliyyə vasitəçiliyi ilə məşğul olan JDE CAPITAL LTD-ni təsis etsə də, ötən ayın 2-də onun fəaliyyətini dayandırıb. Görünür bu sahədə bəxti gətirməyib”.

Sabiq nazirin oğlu Eldar Abbasov yayılan məlumatla bağlı sosial şəbəkədə açıqlama yayıb. Bildirib ki, haqqında yazılan xəbər yalandır:


"Yazını oxudum. İctimaiyyətə yalan və həqiqətə uyğun olmayan məlumatlar verirsiniz. Bina şəkli qoyub, iddia edirsiniz ki, bu mənə məxsusdur. Sizin bu araşdırmaçı jurnalistinizin ümumi korporativ savadsızlığıdır ki, şirkətin qeydiyyat ünvanının hökmən direktorun mülkiyyəti olduğunu düşünür./bakupost

Manevr.az

Əli Abbasovun Londonda mülkləri var? - Oğlundan açıqlama

Əli Abbasovun Londonda mülkləri var? - Oğlundan açıqlama
Əli Abbasovun Londonda mülkləri var? - Oğlundan açıqlama

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar