Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
26-03-2024
BÜTÜN XƏBƏRLƏR

Mənə görə millətçilik ailəçilik, mənçilik, özünçülükdür

Tarix: 29-10-2018 20:17     Baxış: 3443 A- / A+
Mənə görə millətçilik ailəçilik, mənçilik, özünçülükdür

(Damarında türk qanı axanlar üçün)

Dünyada xeyli millət var. İngilis, rus, fransız və s. Mən həmişə olduğu kimi kiçicik kafamla düşünür, ikicə gözümlə baxır, yalnız öz tərəfilmə yanaşıram.

Öncə onu deyək ki, millətçilik nədir? Mənə görə millətçilik ailəçilik, mənçilik, özünçülükdür. Belə bir yüngül misal çəkim, Bakıda avtobusa oturmusan, heç kimi tanımırsan, hamı tutaq ki, Rusiyaya gedir. Dağıstanda restoranda yemək molası verilir. Səninlə eyni avtobusda gələn, lap arxada oturan, heç qanı qanına da qaynamayan bir adamı iki gürcü tinləyir və onu döyürlər. Sən nə edəcəksən? Özündən aslı olmadan qaçıb tanımadığın o adamı müdafiə edəcəksən. Düzdürmü? Düzdür. Bax, o sənin qaçışın millətçilik ruhudur.

Bəs türkçülük nədir? Türkçülük iki gürcünün tinlədiyi azərbaycanlını bütün avtobusun müdafiə etməsidir. Bilməm, anlada bildimmi. Belə deyək, millətlər arasında türkçülük daha bütövlük, daha birlikdir.

Məsələn, tutaq ki, mən rusam, himnim səslənir, and olsun allaha, vecimə də olmayacaq. Bir az dərin rus olsam qarmaqarışıq hiss keçirərəm, vəssəlam. Bunları mən havadan danışmıram, rusların himn dinləyəndə internetdən, tv-dən, hətta canlı tədbirdən hamımız görmüşük. Və ya başqa millət, məsələn, fıransız. Himnini dinləyəndə hönkür-hönkür ağlayan fransız görmüsüz? Və ya ingilis?
Mənə görə millətçilik ailəçilik, mənçilik, özünçülükdür

Ancaq türk milləti arasında himn dinləyəndə bədəni gizildəməyən az adam tapmaq olar. Bax, o gizilti türkçülükdür.

Özümdən də deyim, azərbaycan himni səslənəndə gözlərim dolur, Azərbaycan bayrağına yaxınlaşanda bədənimə qəribə istilik hopur. Türk himni səslənəndə isə yerimdə dayana bilmirəm, artıq göz dolmasından o yana hisslərdi. Əlimə qılınc-qalxan alıb meydana tullanmaq istəyirəm. O anda adam uf, demədən canını o himnin ikicə sözünə qurban verə bilər. Yəni mənə görə türkçülük içimdə vulkan kimi püsgürə biləcək bir sevgi, bir istək, bir bağlılıqdır. Dəfələrlə olub ki, Türkiyədə şəhid olan əsgərin xəbərini oxuyanda ağlamışam, göz yaşım telefondakı şəhid şəklinin düz yanaqlarına düşüb. Bax, o damcı türkçülükdür.

Türkçülük haqqında cild-cild kitabları birnəfəsə yaza bilərəm. Bəlkə də ömür vəfa etsə, nə vaxtsa yazacam. Ancaq indi deyim ki, mənim türkçülük haqqında ən böyük arzum dünya türklərinin birləşməsi, vahid dövlət, vahid bayraq altında yaşamasıdır. Çünki türk buna laiqdir. Tanrı türkü qorusun. Bayramımız mübarək!

Elşad BARAT

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar