Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın Dövlət Müstəqilliyi Günü Londonda qeyd olundu - FOTO

Tarix: 22-10-2018 06:48     Baxış: 2143 A- / A+
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Londonda qeyd olundu - FOTO

Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.

Manevr.az xəbər verir ki, Azərbaycan Evində keçirilən tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib və “Azərbaycanın müstəqillik yolu” adlı videoçarx nümayiş etdirilib.

Tədbiri açan Azərbaycan Evi Mədəniyyət və Dostuq Mərkəzinin yaradıcısı və rəhbəri Əli Təkin Atalar qonaqlara Azərbaycanın müstəqillik gününün tarixindən danışıb. O deyib ki, müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Daha sonra gürcü əsilli antropoloq və etnoqraf, İngiltərənin ən məşhur universitetlərində dərs demiş Tamara Draqadze çıxış edib. O, Azərbaycanın müstəqilliyini bərpa etməsindən, o dövrdə yaşanmış problemlərdən danışıb və qonaqların suallarını cavablandırıb.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları Günel Səlimova və Ramin Ələkbərov, həmçinin London Universitet Kollecinin məzunu Turan Qafarlı müstəqillik günü ilə bağlı fikirlərini bölüşüblər.
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Londonda qeyd olundu - FOTO

Azərbaycanın Dövlət Müstəqilliyi Günü Londonda qeyd olundu - FOTO


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar