Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cəlladlar dərhal jurnalistin üstünə şığıyıb, cəmi 15 dəqiqəyə parçalayıb...

Tarix: 19-10-2018 23:42     Baxış: 3361 A- / A+
Cəlladlar dərhal jurnalistin üstünə şığıyıb, cəmi 15 dəqiqəyə parçalayıb...


“Əl-Cəzirə” telekanalı adının açıqlanmasını istəməyən türkiyəli rəsmilərə istinadən müxalif səudiyyəli jurnalist, “The Washington Post” qəzetinin köşə yazarı Camal Xaşoginin (yaxud Camal Kaşıkçı) Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda necə öldürüldüyünə dair yeni təfərrüatları açıqlayıb.
Virtualaz.org xəbər verir ki, telekanal jurnalistin konsulluğa girən kimi dərhal səudiyyəli cəlladların hücumuna məruz qaldığını bildirir.

“Xaşogi içəri girən kimi səudiyyəli cəlladlar jurnalistin üstünə şığıyıb və onu zorla binanın yuxarı mərtəbəsinə aparıblar. Xaşogi konsul Muhammet əl-Üteybinin otağına aparılıb və orada onu heç bir sorğu-sual etmədən birbaşa öldürüblər”-türkiyəli rəsmi belə deyib.

Telekanal bildirir ki, jurnalisti öldürmək üçün konsulun otağında hər şey əvvəlcədən hazırlanmışdı. “Türkiyəli səlahiyyətlilər Xaşoginin harada öldürüldüyünü bildiklərini deyir. Onun cəsədini səudiyyəli patoloji anatomoya mütəxəssisi parçalayıb”-xəbərdə deyilir.

Cəlladlar dərhal jurnalistin üstünə şığıyıb, cəmi 15 dəqiqəyə parçalayıb...


Mənbə deyib ki, patoloji anatomiya mütəxəssisi Salah Tabiki jurnalistin cəsədini 15 dəqiqəyə parçalayıb. Konsulluq binasında axtarış aparmağa göndərilən türkiyəli kriminalistlərə əvvəlcədən cinayət anına aid səs yazıları dinlədilib. Türkiyə heyəti konsulluqda axtarışı bu səs yazısı əsasında aparıblar.

Camal Xaşogi oktyabrın 2-də konsulluğun binasına sənəd almaq üçün girib və bir daha çıxmayıb. Onun konsulluq binasında öldürüldüyü və cəsədinin parçalandığı üzə çıxıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar