Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aİİ “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirdi

Tarix: 19-10-2018 20:37     Baxış: 3330 A- / A+
Aİİ “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirdi



Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirib. Tədbirdə İnstitutun müəllim-tələbə heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Manevr.az xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Aİİ-nin yaradılma məqsədi, hədəfləri barədə məlumat verib. Rektor İnstitutda maarifləndirmə işinə xüsusi əhəmiyyət verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların, dəyirmi masaların təşkil edildiyini söyləyib. C.Məmmədov bildirib ki, müasir dövrdə elm və təhsilin rolu, təsir dairəsi genişlənir və dünyada bu sahəyə xüsusi diqqət yetirilir. O cümlədən, Azərbaycanda ali məktəblərdə güclü elmi mühitin yaradılmasına xüsusi önəm verildiyini vurğulayan C.Məmmədov dövlətimizin bu sahəyə daim diqqət və qayğı ilə yanaşdığını diqqətə çatdırıb. Rektor elm və təhsilin inkişafında Ümummilli Lider Heydər Əliyevin apardığı dövlət siyasətindən danışıb. O, qeyd edib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində inkişaf etdirilən bu sahə Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də qayğı ilə əhatə olunub.

Aİİ “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirdi


Sonra Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə elm və təhsildə düşüncə tərzi, tərəqqinin mexanizmi, insan inkişafının indeksi, keyfiyyət amili, təhsilin aktuallığı məsələlərinə toxunulub. Ş.Əsgərov elm ocaqlarının cəmiyyətin və xalqın həyatındakı həlledici rolunu vurğulayaraq, təhsilin əsas məqsədlərindən birinin gənclərə doğru qərar qəbul etməyi öyrətmək olduğunu deyib.

Məruzədə elmin İslami nöqteyi-nəzərdən tərifi verilib, həmçinin pedaqoji sahədə qiymət mexanizminin mahiyyətindən danışılıb, “başa düşmək”lə “mənimsəmək” ifadələrinin fərqi izah olunub. Qeyd olunub ki, “Bilik vəhyin, hissin və təcrübənin əldə etdiyi elm vəhdətidir”. Elm və təhsilin inkişaf etmiş ölkələrdə, ikinci və ya üçüncü dünya dövlətlərində fərqli təzahürlərinə diqqət cəlb edən professor tərəqqinin fəlsəfəsindən danışıb, texnologiyanın önəmini qeyd
edib. Bildirilib ki, texnologiyanın inkişaf sürəti və ya tərəqqi elmdən asılıdır. Elmi inkişaf etdirən subyekt alimlərdir. Onlar inkişafın mərkəzində durur və ideya generatorlarıdırlar. Tərəqqini texnologiya ilə elmi vəhdətdə götürən alim vurğulayıb: “İqtisadiyyatın açarı texnikada, texnikanın açarı texnologiyada, texnologiyanın açarı elmdə, elmin açarı isə təhsildədir. Demək, təhsilimiz iqtisadiyyatımızın başqa müstəvi üzərində təzahürüdür. Hesab etmək olar ki, elm texnologiya və sənaye ilə bir qurumda cəmlənməlidir”.

Məruzədə, həmçinin təhsilimizin bugünündən də danışılıb. Qeyd olunub ki, son illər təhsilimizdə danılmaz uğurlar var və təhsil sistemi yeni və müasir məktəb şəbəkələri ilə əhatə olunub. Bu gün təhsil ocaqlarının 1990-cı və ya 2000-ci illərlə müqayisəyəyəgəlməz dərəcədə inkişaf etdiyini bildirən məruzəçi məktəblərin informativ və kommunikativ texnologiya ilə təmin olunduğunu və bir çox ali təhsil müəssisələri rəhbərlərinin bu sahədə xüsusi əzmkarlıq göstərdiyini qeyd edib. Vurğulanıb ki, bu uğurda Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı böyükdür.


Manevr.az

Aİİ “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirdi
Aİİ “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar