Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Terrorçu ermənilər necə ifşa olundu? - Andropovun UĞURLU ƏMƏLİYYATI

Tarix: 16-10-2018 14:52     Baxış: 3382 A- / A+
Terrorçu ermənilər necə ifşa olundu? - Andropovun UĞURLU ƏMƏLİYYATI



Həmin gün evdə, yaxud avtomobilində radio dinləyən Moskva sakinləri eşitdikləri xəbərdən həyəcanlansalar da, sonradan gülümsəməyə başlayıblar. Televiziya, radio və mətbuatı ciddi nəzarətdə saxlayan sovet rejimində radio aparıcılarının bu cür məsuliyyətsizliyi çoxlarını təəccübləndirib. Hətta şəhərin bəzi sakinləri elə düşünüb ki, yəqin bu gün radio işçilərinin peşə bayramıdır və aparıcılar efirə sərxoş vəziyyətdə çıxıblar...


Belə ki, axşam saatlarında, yerli radioda hər yarım saatdan bir gedən xəbərlərdə şəhərdə baş verən partlayış haqqında xəbər oxunub. Növbəti xəbər blokunda bu xəbər yenidən səsləndirilib, ancaq hadisənin fərqli bir ünvanda baş verdiyi qeyd olunub. Növbəti xəbərlər buraxılışında yenə də hadisə ilə bağlı informasiya gedib, bu dəfə isə xəbərdə tamam başqa bir ünvan göstərilib. Və dinləyicilər belə qəbul ediblər ki, hadisə bir yerdə baş verib, aparıcılar isə məsuliyyətsizlikləri ucbatından ünvanı hər dəfə səhv salırlar.

Elə Moskva şəhər Daxili İşlər İdarəsinin növbətçi hissəsinə daxil olan informasiyalar da növbətçi zabitləri çaşdırıb.
1977-ci ilin yanvarın 8-də, qarlı şənbə axşamında paytaxt Moskvada nə baş verirdi?

Terrorçu ermənilər necə ifşa olundu? - Andropovun UĞURLU ƏMƏLİYYATI



Axşam saatlarında 40 dəqiqə ərzində, hər 10-15 dəqiqədən bir şəhərin müxtəlif yerlərində baş verən güclü partlayışlar nəinki sıravi vətəndaşları, hətta hüquq-mühafizə orqanlarının əməkdaşlarını şok vəziyyətə salıb. Əslində bu, şəhərin dövlət orqanları tərəfindən nəzarətdən çıxması demək idi.

Sözsüz ki, belə bir vəziyyətdə yerli orqanlar hadisələr haqqında birinciləri məlumatlandırmalı, təcili tədbirlər həyata keçirilməlidir.

Terrorçu ermənilər necə ifşa olundu? - Andropovun UĞURLU ƏMƏLİYYATI


Hadisələr haqqında ilk olaraq DTK sədri Yuri Andropova və daxili işlər naziri Şelokova məruzə edilib. Əvvəlcə partlayışlar haqqında ictimaiyyətə məlumat verilməsi haqqında müzakirələr gedib. Andropov hadisə ilə bağlı heç bir məlumatın verilməməsinin tərəfdarı olub. Şelokov isə partlayışların şəhərdə, insanların gözü qarşısında baş verdiyini əsas gətirərək radio vasitəsi ilə çox qısa bir şəkildə xəbər kimi getməsini təklif edib və bu təklif qəbul olunub.

Hər ikisn Kremllə əlaqə saxladıqdan sonra yaranmış vəziyyətlə bağlı Leonid Brejnevi məlumatlandırmaq qərarına gəlinib. Gecədən xeyli keçmiş baş katib ov əyləncəsini yarımçıq qoyaraq Kremldə müşavirə keçirib.

Müşavirədə törədilmiş partlayışlar haqqında ətraflı məlumat məruzə edilib.

İlk partlayış 17.33-də baş verib. Metronun “İzmaylovskaya” və “Pervomayskaya” stansiyalarının arasında partlayıcı qurğu vaqonların birində işə düşüb.

Növbəti partlayış 32 dəqiqədən sonra, 18.05-də Dzerjiniski küçəsində yerləşən 15 saylı ərzaq mağazasında baş verib.
Üçüncü partlayışın səsi isə 5 dəqiqədən sonra, 18.10-da Nikolskaya küçəsində yerləşən ərzaq mağazasının qarşısından gəlib.

Terrorçu ermənilər necə ifşa olundu? - Andropovun UĞURLU ƏMƏLİYYATI



Beləliklə, 40 dəqiqə ərzində baş vermiş 3 terror nəticəsində 7 nəfər həlak olub, 37 nəfər yaralanıb.

Kreml müşavirəsində partlayış hadisələri terror aktı kimi qiymətləndirilib, hadisələrin siyasi xarakterli olduğu bəyan edilib. Hadisə yerinə ilkin baxışlar haqqında birbaşa müşavirəyə məruzələr olunub. Gecədən xeyli keçmişə qədər müşavirə davam edib. Brejnevin göstərişinə əsasən istintaq DTK-ya həvalə olunub və əməliyyata birbaşa rəhbəlik Andropova tapşırılıb. DİN ilə prokurorluq da istintaqın gedişinə cəlb olunublar.

İstintaq və axtarış tədbirləri 6 aya qədər nəticəsiz davam edib. Nəhayət, təcrübəli müstəntiqlər ilkin qənaətlər əldə edə biliblər. Əvvəlcə partlayıcı qurğunun harada hazırlanması haqqında bilgilər əldə olunub. Ehtimallara görə, bu cür partlayıcıda istifadə olunan materialların Xarkovda, Yerevanda və Rostovda olma ehtimalı müəyyənləşdirilib. Müstəntiqlərdən biri, Nikolay Markovski partlayış baş verən ərazinin tam yoxlanılması zamanı hadisə yeri ilə üzbəüz olan tarix arxivi institutunun damının da yoxlanılmasını təklif edib. Bu təklifə çox ciddi yanaşmasalar da, o təkidlə damda qarı təmizləyib ora baxış keçiriblər. Damda İrəvanda istehsal olunan zəngli saatın əqrəbi aşkar olunub. Təbii ki, bu da istintaqın gedişi üçün vacib idi. Və istintaqın İrəvan versiyası daha aydın görünməyə başlayıb.

Bu ərəfədə isə digər bir hadisə terrorçuların yaxalanmasını daha da tezləşdirib. 1977-ci ilin oktyabr ayının sonunda terrorçular daha bir terror aktının keçirilməsini qərara alıblar və bu məqsədlə Moskva şəhərinə, Kursk dəmiryol vağzalına gəliblər. Geri qayıtmaq üçün onlar Moskva – İrəvan qatarına bilet alaraq partlayıcı qurğu olan çantanı vağzalın gözləmə zalında qoyaraq, bayıra çıxıblar. Bir neçə dəqiqə sonra sahibsiz çanta sərnişinlərdən birinin diqqətini cəlb edib, sərnişin çantaya baxıb və buradakı qəribə qurğunu və naqilləri görərək milisə xəbər verib. İstintaq baxışı zamanı maddi sübutlar əldə olunub: İrəvanda istehsal olunmuş göy idman gödəkçəsi və idman papağı. Papağın içərisində əməliyyatçılar bir neçə qara rənqli insan saçı aşkar ediblər.

Xüsusi qrup dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Tezliklə Moskva – İrəvan qatarının üçüncü vaqonunda qara saçlı, əynində gödəkçəsi olmayan, ancaq həmin tapılmış gödəkçəyə uyğun idman şalvarı olan bir nəfər saxlanılıb.


Terrorçu ermənilər necə ifşa olundu? - Andropovun UĞURLU ƏMƏLİYYATI



Bu terrorçulardan biri Akop Stepanyan olub. Onun yanındakı isə ikinci terrorçu Zaven Baqdasaryan...

Axtarış-əməliyyat tədbirləri və istintaq zamanı hər iki erməninin terror aktı törədilməsi sübuta yetirilib. Stepanyan və Baqdasaryan ifadələrində terrorun əsas təşkilatçısının Stepan Zatikyan olmasını da bildiriblər.

İstintaq başa çatdıqdan sonra iş SSRİ Ali Məhkəməsinə verilib. 4 gün davam edən məhkəmə hər üç ermənini güllələnmə cəzasına məhkum edib. Terrorçular SSRİ Ali Sovetinin Rəyasət Heyətinə əfv olunmaları haqda müraciət etsələr də, xahiş rədd edilib və məhkəmənin hökmü icra edilib.

Qeyd edək ki, Andropovun DTK-ya rəhbərliyi dövründə bu əməliyyat onun başçılıq etdiyi ən uğurlu əməliyyatlardan biri sayılıb. Elə buna görə də Andropov baş katibin rəsmi təşəkkürü ilə yanaşı, həm də Brejnevdən şəxsi mükafat da qəbul edib.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar