Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyəli yazar “Ulduzlar” Ədəbi Məclisinin qonağı olub

Tarix: 15-10-2018 22:54     Baxış: 3242 A- / A+
Türkiyəli yazar “Ulduzlar” Ədəbi Məclisinin qonağı olub


Xaçmaz şəhəri Heydər Əliyev Mərkəzində “Ulduzlar” Ədəbi Məclisinin növbəti məşğələsi keçirilib.

Manevr.az xəbər verir ki, tədbiri Məclisin sədri Fərzalı Ziyanur açaraq qonaqları salamladı. Sonra çıxış üçün sözü şair- tərcüməçi AYB-nin üzvü Nazilə Gültaca verdi. Nazilə xanım Səfər Aşır Əraslandan tərcümə etdiyi “Gül” və Səbri Quşqonmazın azəri türkcəsinə uyğunlaşdırdığı “Gecədən Gündüzə” kitablarını məclis üzvlərinə təqdim etdi. Müəllif haqqında bilgilər verən N.Gültac qeyd etdi ki, Səbri Quşqonmaz müasir türk ədəbi mühitinin öz dəsti xətti, fəlsəfi düşüncə tərzi ilə fərqlənən şairlərindəndir. Şairin şerlərində həyata, insanlığa sevgi, zamanın hökmünə bir üsyan var. Onun şerləri insanı qəflət yuxusundan ayırır, içini gəmirən pisliklərdən uzaq olmağa çağırır. Səbri Quşqonmazın yer aldığı məclisdə regionun və Azərbaycanın tanınmış şairi AYB-nin üzvü, Qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisinin sədri Ramiz Qusarçaylı, AYB-nin üzvü, Şabrandakı Xaqani adına Poeziya Evinin direktoru Aybəniz Əliyar, AYB və AJB-nin üzvü, şair-publisist Sevinc Məmmədova, Əməkdar jurnalist, Milli Mətbuat Şurasının üzvü Azər Həsrət də iştirak edib. Tədbir boyunca qonaqlar müasir ədəbiyyatın vəziyyətindən danışaraq yeni yazmağa başlayan gənc və yeniyetmələrə uğurlar arzuladı. Azərbaycanda kitabının işıq üzü görməsi münasibəti ilə S.Quşqonmazı təbrik etdikdən sonra şer məclisinə start verildi. Məclisdə AYB-nin üzvü Məmməd Qədir, Telman Təravət, AYB-nin üzvü Mehrəli Qulu, Aynur Ağabalayeva, Səbri Quşqonmaz, Emfira Tağıyeva, Pənah Elqəm, Böyükağa Ağa, Vüsal Yurdoğlu, Fərzalı Ziyanur, Saçlı Məlikməmmədova, Mövlan Şahid, Nəcimə Xıdırova, Sabir Nemətov, Elgün Müseyibov öz şerlərini söylədi. AJB-nin üzvü, AMEA– nın müxbir üzvü Məhərrəm Mustafanın “Qanlı Nişan Üzüyü” hekayəsi də maraqla dinlənildi. Tədbirdə Xalça Muzeyinin əməkdaşı Dilarə Rüstəmova və Heydər Əliyev Muzeyinin direktoru Könül Əsgərova da çıxış etdi. Rayondakı yeniliklər haqqında məlumat verən natiqlər sonda qələm adamlarına və digər qonaqlara uğur və nailiyyətlər arzuladılar.

Füzuli Baratov, AYB-nin üzvü


Türkiyəli yazar “Ulduzlar” Ədəbi Məclisinin qonağı olub

Türkiyəli yazar “Ulduzlar” Ədəbi Məclisinin qonağı olub

Türkiyəli yazar “Ulduzlar” Ədəbi Məclisinin qonağı olub

Türkiyəli yazar “Ulduzlar” Ədəbi Məclisinin qonağı olub

Türkiyəli yazar “Ulduzlar” Ədəbi Məclisinin qonağı olub

Türkiyəli yazar “Ulduzlar” Ədəbi Məclisinin qonağı olub


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar