Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nigar Arifin imzası təqdirəlayiqdir - Akəm Xaqanın fikrincə

Tarix: 14-10-2018 22:58     Baxış: 3596 A- / A+
Nigar Arifin imzası təqdirəlayiqdir - Akəm Xaqanın fikrincə


Gəncliyini nəzərə alaraq deməyi özümə borc bilirəm ki, o kövrək addımlarını atsa da zamanın sınağından keçərək uğurlu bir gələcəyə qovuşacaq. Lakin bununla yanaşı söz demək məharəti artdıqca özünü daha yaxşı tanımaq və ifadə etmək, düşüncələrini toplumun ehtiyacına uyğun nizamlayaraq peşəkarlıq vərdişi formalaşdıra biləcəyinə əmin olmaq istəyirəm. Elə bu dyğularla da ona uğurlar diləyirəm.


Bu yaxınlarda son yüz ilin qələm əhlini araşdırır, düşüncə və yaşam tərzini öyrənərək məqsədilə müəlliflərin ayrı-ayrılıqda yazı üslubunu dəyərləndirməyə çalışırdım. Hətta, bir çox imza sahiblərinə məktub göndərmişdim...
Gənc müəlliflər üçün də nəzərdə tutduğum bölməyə təzə bir imza da əlavə edəcəkdim. Amma nədənsə o mənə zamanın bir sürprizi kimi göründü. Onun haqqında yazmağa tələsmədim. Hətta nə ilə nəfəs aldığını öyrənmək üçün bir müddət paylaşdığı fikir və düşüncələri izlədim. Onu tanımaq üçün kifayət qədər zamanım oldu.

"Biraz gözlərdən uzaq,
Biraz gözumdə dustaq,
çırpınır arzuların,
Kəpənək qanadları..."
- deyə söhbətə başlayanda da səmimiyyətinə zərrə qədər şübhəm qalmadı. Axı mən onu ilk dəfə elə bu misralarla tanımışdım. Səhifəsini vərəqlədikcə də gözlərimə inanmadım. Hətta əvvəl imzasına, sonra da rəsminə baxdım. Hətta özünə yazıb, əlavə şeir nümunələri göndərməsini istədim. Göndərdi də. Elə göndərdikləri də heyrətimi artırdı. Odur ki, onu görmək və "Şəki pitisi"nə qonaq etmək istədiyimi bildirəndə də gülümsədi. Əslində görmək istədiklərimə inanmaq və onu dinləmək istəyirdım. Razılaşdıq. Zamanında gəldi və məni sevindirdi. Özünəməxsus alicənablıqla yüngül nələrsə sifariş verməklə kifayətləndi.

"Hardasa düşüb itir,
Ayağindan bir carıq.
Kasib ümidlərilə,
Gəzir hey aramizda,
Gəzir sefil ayriliq..."
-deyə oxuduqca hər misrada içdən gələn peşəkarlıq, misraların ruhunda ardıcıllıq, ahəng özünü büruzə verirdi. Elə ona görə də bənzətmə və təşbehlərin yaratdığı təsvir aydın olduğu qədər canlı görünür. Bu günün sərbəst şeirinə olan münasibətimi, narazı tərəflərimi bildiyini vurğulasa da elə bil mənim açığıma "sərbəst"- deyə yazdığı şeirlərdən oxuyurdu:

Sən elə şeirsən...mən səni yazsam,
İlham pərilərim sözümə baxmaz,
İnciyər şeirlər üzümə baxmaz...
-deyir. Elə deyir ki, kimliyi bəlli deyil. Bu hal mənim ən çox dəyər verdiyim məqamdır. Nə ağrılarından yüngülləşmək istəyən bəzi qadın yazarlar kimi zarıyır, nə də "uğur" dalınca qaçan ərkəklər kimi öyünürdü.

Özü ziyalı, müəllim ailəsində doğulmuş, elə uşaqlıqdan da müəllim olmaq arzusu, iddiası ilə formalaşmışdı. Bu gün: "Elə uşaqlıqda da yaşıdlarımı başıma yığıb, "müəllim" kimi onlara dərs keçirdim. Nədənsə onlar məni dinləyir, danışdıqlarıma inanırdılar..."-deyə hələ də o vaxtkı xatırələrinə sirr qaldığını etiraf edirdi. Elə o sirrli inamla da həqiqi mənada peşəkar müəllim olaraq yaşam yolu seçmişdi.

"Mən coğrafiya dərslərindən
həyatın qızarmış gozlərini görürdüm...
Vulkan kimi püskürən gerçəkləri,
Gerçəklərin lavasında yalanların
süründüyü düzənləri,
Ən uca dağların yerə çökən dizlərini görürdüm..."
-deyən müəllif sözün mahiyətinə varmış, onu hiss edərək və qədərini bilir kimi görünür. Elə o səbəbdəndir ki, bədii təsvir imkanları başqalarından fərqli və genişdir. Şeirlərindən daha çox özünün sərbəst ölduğu, təbii göründüyü məqamlar gözümdən qaçmadı. Mənə elə gəldi ki, bu gənc xanım yaranışdan söz sevdalısı, düşüncə alisi olaraq doğulmuş. Bura da mənə başqalarından fərqli, həqiqi, real olduğunu, yazı məharətini nümayiş etdirməyə gəlmişdi.

"Ovucumun içindəki
qoca qirişlar kimi,
beli bükülən,omur,
Sən də mənim kimisən...
sən də mənim kimisən,
Bir az balaca, cılız..."


Hələ gənc olsa da qarşımda qocaman düşüncə sahibi olan bir xanım əyləşmışdı. Təbii olduğu qədər gözəl, doğma idi. Elə bu doğmalıqla gah dünənki, gah da bu günki halından, hiss-həyəcanından danışırdı...
Nigar Arifin imzası təqdirəlayiqdir - Akəm Xaqanın fikrincə


Zəndim məni aldatmamışdı... Əvvəl oxuduqlarım,sonra eşitdiklərim, gördüklərim və nəhayət düşündüklərim...
Nigar Arif(Ağalarova) imzası təqdirəlayiqdir. Gəncliyini nəzərə alaraq deməyi özümə borc bilirəm ki, o kövrək addımlarını atsa da zamanın sınağından keçərək uğurlu bir gələcəyə qovuşacaq. Lakin bununla yanaşı söz demək məharəti artdıqca özünü daha yaxşı tanımaq və ifadə etmək, düşüncələrini toplumun ehtiyacına uyğun nizamlayaraq peşəkarlıq vərdişi formalaşdıra biləcəyinə əmin olmaq istəyirəm. Elə bu dyğularla da ona uğurlar diləyirəm.(Vetendasreyi.az)

Akəm XAQAN, şair, tənqidçı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar