Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Çinin məşhur smartfonlarının satışı dayandırıldı

Tarix: 12-05-2018 09:00     Baxış: 4297 A- / A+
Çinin məşhur smartfonlarının satışı dayandırıldı

“ZTE” şirkəti ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə əsas əməliyyat fəaliyyətini dayandırıb.

“Minval.info” ICTnews-a istinadən xəbər verir ki, şirkətin rəsmi internet mağazası bağlanıb və “Taobao” saytında elektronikanın satışı aparılmır.

Bundan əvvəl ABŞ qanunvericilik orqanları tərəfindən yerli şirkətlərə 2025-ci ilədək Çinə qurğuların komplekt hissələrinin ixracı qadağan edilib. Problem ondadır ki, Çin şirkətinin əsas tədarükçüləri məhz ABŞ-da fəaliyyət göstərir.

Məlumata görə, “ZTE” şirkəti yeni komplekt hissə tədarükçüləri tapacağı halda fəaliyyətini davam etdirəcək. “the Wall Street Journal” nəşri bildirir ki, bundan sonra smartfonlarda Tayvanın “MediaTek” istehsalçısının prosessorları quraşdırılacaq.

Bundan başqa, şirkət vacib smartfonlar bazarından məhrum ola bilər. “ZTE” brendi stabil olaraq ABŞ-da ən populyar qurğular beşliyinə daxildir. ABŞ hökuməti Çin smartfonlarının hərbi bazalar ərazisində satışına qadağa tətbiq edib. Daha əvvəl isə Federal Təhqiqatlar Bürosu (FTB) ölkə sakinlərini Çin smartfonlarından istifadənin təhlükəsi barədə xəbərdarlıq edib. Büronun məlumatına görə, bu qurğular fərdi məlumatları oğurlayaraq üçüncü şəxslərə ötürə bilərlər.

“Reuters” agentliyi analitiklər arasında sorğu keçirərək onların məsələyə münasibətini öyrənib. Onların qənaətinə görə, şirkəti iflas gözləyir. Qeyd edək ki, smartfonlar şirkətin yeganə məhsulu deyil. Belə ki, “ZTE” böyüklüyünə görə ikinci telekommunikasiya avadanlığı istehsalçısı hesab olunur.

Xatırladaq ki, ABŞ hökuməti “Huawei” və “ZTE” şirkətlərinə qarşı sanksiyaları başqa səbəbə görə tətbiq edib. Hökumət Çin istehsalçılarını İrana elektronika tədarükündə günahlandırır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar