Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şəki qapılarının sirri

Tarix: 07-05-2018 20:54     Baxış: 2442 A- / A+
Şəki qapılarının sirri


Qədim Şəki memarlıq üslubu bu gün də orada qonaq olan hər kəsi görkəmi, əzəməti və özünəməxsus forma - dizyn baxımdan təəccübləndirməkdə davam edir.
Qala divarlarını xatırladan məhəlli sədlər, sədlərarası qapılar və üzərindəki möhkəm dəmirdən emal olunmuş çağırış döyəcləri hələ də bu xalqın maddi, mənəvi mədəniyyətini, o mədəniyyətin xarakterik xüsusiyyətlərini, düşüncə tərzini nümayiş etdirməkdədir. Londondan gəlmiş qonağın Şəki ilə bağlı təəssüratını bölüşməyə cəhd edərək, bizə yanaşmasını: "-İlk gəldiyim gün qala tipli divarlara malık məhəlli sədləri və bir-birinə möhkəm pərçimlənmiş taxta lövhələrdən ibarət iri tağlı qapıları görüncə bu yerin adamlarının qaraqabax, eqoist və çətin adamlar olacağını güman etmişdim. Amma yaxından tanış olduqca tamamilə əksini gördüm və yanıldığımı anladım. Hər addımda məni məftun edən şəhər və onun qonaqpərvər sakinləri ilə tanış oldum. Cavabını tapa bilmədiyim suallardan qurtulmağa yardım etsəniz minnətdar olaram"-deməsini də təbii qarşıladıq və söhbətə şərait yaratdıq.

-Bu qədər mehriban, qonaqpərvər bir xalqın bu gün də qala divarları arxasında gizlənməsi nə demək?

-Mənim evim, mənim qalam!-prinsipi ilə yaşayan xalq tamamilə özünəməxsus dünyagörüşü, davranış və düşüncə tərzinə malik olduğunu ifadə edir. Bu da möhkəm və azad ailə ənənəsinə söykənən, kimsənin həyatına müdaxilə etməsini arzulamayan, müstəqil bir xalq olduğunu dünyaya bəyan etmək istəyinin göstəricisidir.

-Elə isə bu hündür qapılar varikən aşağıda adam boyundan kiçik girişin anlamı nədir?

-Böyük qapılar yalnız xeyir-şər məclislərində elin üzünə taybatay açılar ki, bu da ürəyimiz geniş, ocağımızin isti olduğu anlamına gəlir. Kiçik qapılar isə gündəlik giriş-çıxış üçün nəzərdə tutulmuşdur. Bu ünvana üz tutan hər kəs adam boyundan kiçik olan qapıdan içəri keçərkən ev sahibinə, ailə ənənəsinə hörmət əlaməti olaraq baş əyməli və hər addımın fərqində olmalıdır. O cümlədən öz dünyasından kənara çıxan ev sahibi də tələbinə uyğun mənsub olduğu xalqa, adət-ənənələrə ehtiram olaraq boyun əymiş olur. Təbii ki, bu xalqın qoruyub saxladığı və gələcək nəsillərə ötürdüyü bir mesajdır.
-Bu qədər böyük fəlsəfəsi olan bir xalqın mədəniyyətinə baş əyməmək günahdır-deyən qonaq razılıqla əlimizi sıxdı.

Şəki qapılarının sirri


Akəm Xaqan

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar