Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şair Şərbətəli Mahmudovla görüş keçirilib - Sumqayıtda

Tarix: 07-05-2018 14:30     Baxış: 2659 A- / A+
Şair Şərbətəli Mahmudovla görüş keçirilib

Sumqayıtdakı "Azəri" nəşriyyatının akt zalında Şabran ədəbi mühitinin yetirməsi, ağsaqqal şairimiz, Sumqayıtın qonağı Şərbətəli Mahmudovun "Ömrün qürub çağı" adlı şeirlər kitabının təqdimatı keçirilmişdir.

Manevr.az xəbər verir ki, şairin qələm dostlarının, yaxınlarının, ailə üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə tədbirin təşkilatçısı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Əməkdar jurnalist, şair-publisist Rafiq Oday açmış, şairin həyat və yaradıcılığı haqqında oxuculara geniş məlumat vermişdir.
Kitaba həm redaktorluq edən, həm də "ÖMRÜN QÜRUB ÇAĞI və yaxud MÜDRİKLİYİN ZİRVƏSİNDƏN BOYLANAN İLLƏR" adlı ön söz yazan Rafiq Oday qeyd etmişdir ki, Şərbətəli Mahmudov Şabran rayonunun Ağbaş kəndində dünyaya göz açıb. Ömrünü, gününü - həyatının düz yarım əsrini balalarımızın təhsilinə, onları gələ­cəyin layiqli vətəndaşları kimi yetişməsinə həsr edib. Müəllim kimi müqəddəs bir adı fəxrlə daşıyır.
Şərbətəli müəllim Mahmudov yaradıcılığının məhsulu olan ilk kitabını bir neçə il bundan öncə oxuculara təqdim edib. “Yol­dayam” adlı bu kitab 2017-ci ildə “Mütərcim” nəş­riy­yatı tərəfindən oxucuların ixtiyarına verilib. İndi isə Şərbətəli Mahmudov özünün “Ömrün qürub çağı” adlı ikinci kitabı ilə oxu­cuların görüşünə gəlib. Kitaba 9 fəsil altında mü­əl­lifin müxtəlif səpkili şeirləri daxil edilmişdir. Amma bəri başdan onu da deyim ki, Şərbətəli müəllim şairlik iddiasından uzaq adamdır və bu yazdıqlarını vətənin gözəlliklərindən tə­la­tümə gəlmiş könlünün pıçıltıları kimi təqdim edir.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, AYB və AJB üzvləri Asif Asiman, "Manevr.az" saytının təsisçısi və baş redaktoru Namiq Dəlidağlı, Qubadlı rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri, "Sözün sehri" qəzetinin təsisçisi Qafqaz Əvəzoğlu, "Zaman və biz" qəzerinin təsisçisi və baş redaktou Sübhan Arifoğlu, "Sumqayıt" jurnalının baş redaktoru Elcan Oruclu, Ələsgər Həsənli, Nizami Kolanlı, Teyyub Ağazadə, Qaratel Azəri, Lilpar Cəmişidqızı, "Sabaha inamla" qəzetinin təsisçisi və baş redaktoru Namiq Məmmədli, Nurəddin Cəfərov, Rəna Təbəssüm, kitabın korrektoru Mərcan Sabirqızı və başqaları çıxış edərək, kitab haqqında öz fikirlərini bildirmiş, müəllifə yeni yaradıcılıq uğurları arzulamışlar.
"Azəri" nəşriyyatının kurslarıda iştirak edən və bədii qiraətlə məşğul olan şagirdlərin ifasında Şərbətəli Mahmudovun vətənbərvərlik ruhlu şeirləri səsləndirilmişdir.
Şərbətəli Mahmudovun övladları çıxış edərək atalarına göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına - AJB Sumqayıt şəhər şöbəsinə və "Azəri" nəşriyyatının rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Sonda Şərbətəli Mahmudov tədbirdə iştirak edən qələm dostlarına təşəkkürünü bildirmiş və yeni şeirlərini oxumuşdur.

Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar