Xəbər lenti
"Ora ehtirasımı öldürmək üçün..." - Subay aparıcıdan inanılmaz etiraf
Son vaxtlar aktyor kimi daha çox tanınan aparıcı Şəhriyar Əbilov erotik rollara çəkilən aktyorlardan danışıb.
Manevr.az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktyor buna pis baxmadığını, lazım gələrsə, yataq səhnəsinə çəkiləcəyini də gizlətməyib:
"Əgər xalq artisti, tanınmış aktyorumuz Fəxrəddin Manafov "Təhminə" filmində yataq səhnəsinə çəkilibsə, mən nəkarəyəm ki, çəkilməyim. Lazım gələrsə, hər hansı melodramada belə səhnədə oynayaram".
"Maraqlıdır öpüş, yaxud digər açıq-saçıq səhnələri oynayarkən, sizin üçün tərəf-müqabilinizin gözəl, ya çirkin olmasının əhəmiyyəti varmı?" sualına Şəhriyarın cavabı belə oldu: "Öpüş səhnələrinə əla baxıram. Qaldı ki, tərəf-müqabilimin kimliyinə, fərqi yoxdur. Rejissor məndən ona qarşı hansı hisləri tələb etsə, yerinə yetirəcəm. Çünki mən ora ehtirasımı öldürmək üçün getmirəm. Buna peşəmdən irəli gələn tələb kimi baxıram".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar