Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qan azlığı olan uşaqlara bunları yedizdirin – PEDİATR SADALAYIR

Tarix: 02-05-2018 13:27     Baxış: 4525 A- / A+
Qan azlığı olan uşaqlara bunları yedizdirin – PEDİATR SADALAYIR


Qan azlığı uşaqlarda ən ciddi sağlamlıq problemlərindən biridir. Əksər uşaqlar qan azlığından əziyyət çəkir. Bəs valideynlər uşaqda rast gəlinən qan azlığının aradan qaldırılması üçün nələrə diqqət etməlidir? Əsasən hansı yaş aralığında uşaqlarda qan azlığı daha çox müşahidə edilir?
Manevr.az ailem.az-a istinadən mövzu ilə bağlı pediatr Aytən İsmayılzadənin fikirlərini diqqətinizə çatdırır.

A.İsmayılzadə məlumat verir ki, uşaqlarda qan azlığı-anemiya daha çox dəmir əskikliyi ilə bağlı yaranır: “Əsasən 6-24 aylıq körpələrdə, məktəbəqədər uşaqlarda və yeniyetməlik dövründə rast gəlinir. Əgər hamilə və süd verən qadının dəmiri azdırsa, bu, körpədə də belə olacaq. Uşaqlarda inkişaf sürətli getdiyindən qida ilə alınan dəmir bu ehtiyacı ödəmir. Uşaq 6 ayadək dəmiri yetərli olan ananın südü ilə bəslənirsə, onun bu problemi olmur”.

Pediatr bildirir ki, körpələrdə 6 ayından sonra əlavə qidalara keçildiyində taxıllı məhsullara, çaya üstünlük verildikcə dəmirin sorulması azalır və qan azlığı inkişaf edir: “Qidalardakı dəmirin 90 faizi inorqanikdir, onların yalnız 5 faizi sorula bilir. Qidalardakı dəmirin 10 faizi orqanikdir. Onun isə sorulması 20-30 % səviyyədədir. Qidalardakı dəmirin yalnız 10 faizi sorulduğundan 1 mq dəmir almaq üçün 10 mq dəmir qəbul edilməlidir. 10 yaş ətrafında inkişaf edən uşaqların dəmirə tələbatı hamilə qadınla eynidir - 18 mq. Ana südü laktoferrin və askorbin turşu hesabına dəmirin sorulmasında idealdır. İnək südü və süd məhsulları isə əksinə, sorulmasına mane olar”.

A. İsmayılova xəbərdarlıq edir ki, valideynlər aşağıdakı məsələlərə diqqət etməlidirlər:


- Körpəni mümkün qədər ana südü ilə qidalandırmağa çalışmaq. Əsasən də ilk dövrlərdə

- Əlavə qidaya keçərkən nələrin verildiyinə diqqət etmək

- Düzgün bəslənmədikdə asanlıqla anemiyanin inkişaf edəcəyini bilmək


- Buna görə artıq bir yaşadək qan testini etdirmək

“Uşağınızın hüceyrəsinin yaşamasını və onun da uşağınızı yaşatmasını istəyirsinizsə, onun dəmirini verəcəksiniz”, - deyən pediatr vurğulayır ki, 8-15 aylıq körpədə dəmir azlığı onun psixomotor inkişafında geri dönməz iz qoya bilər: “Dəmiri az olan uşaq tez-tez xəstələnir, yorulur, yuxulayır, iştahı olmur, infeksiyalar qarşısında zəif olur. Həmçinin, öyrənmə qabiliyyəti və yaddaşı zəif olur, fiziki inkişafda geri qalır, əhvalsız, təngnəfəs, ürəyi tez çırpınan olur. İnək südü xüsusən dəmir azlığına gətirir. Həm kalsiumun dəmirin sorulmasına mane olması hesabına, həm də bağırsaq divarında inək südünə qarşı yaranan reaksiyada gizli qanama hesabına. C vitamini ilə zəngin məhsullar gün ərzində yeyilərsə, dəmirin sorulması da artar. Uşaqlarda sürətli inkişafla bağlı dəmir azlığını önləmək üçün 4-6 aydan etibarən 3 yaşına kimi 1mq/kq/ gün dozası ilə dəmir verilir. Vaxtından qabaq doğulan uşaqlarda isə dəmir depoları daha tez boşaldığından 2 aydan etibarın 2 mk/kq/gün olmaqla 3 yaşadək verilir. Dünyaya gələcək körpənin dəmir deposu hamilə qalmadan öncə nəzərə alınmalıdır. Gözün və ağızın selikli qişasının avazıması dəmir azlığına bağlı anemiyanın təzahürüdür. Uşağınızı özünüz də müayinə edib, ümumi qan analizi verə bilərsiniz”.


A. İsmayılzadə tərkibində dəmir çox olan qidaların siyahısını təqdim edir:


- Ət, balıq

- Yumurta sarısı

- Yaşıl tərəvəz və meyvələr

- Qaraciyər, böyrək

- Keçibuynuzu bəhməzi


- Üzüm bəhməzi


- Mərci, noxud, lobya


- Qarabaşaq


- Kişmiş, qoz, fındıq

Tərkibində dəmir az olan ərzaqlar isə aşağıdakılardır:

- Taxıl bitkiləri

- Çay

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar