Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Turistlər üçün ən cəlbedici qitə

Tarix: 02-05-2018 09:09     Baxış: 4292 A- / A+
Turistlər üçün ən cəlbedici qitə



Avropa turistlər üçün ən cəlbedici qitə kimi qalır. Keçən il Avropa İttifaqı ölkələrinə 538 milyon turist səfər edib. Bu, əvvəlki ildəki ilə müqayisədə 8 faiz çoxdur.


Dünya Turizm Təşkilatının (DTT) rəhbəri Zurab Pololikaşvili Aİ ilə tərəfdaşlıq şəraitində hazırlanmış yeni məruzənin dərc edilməsi ilə əlaqədar deyib: "Turizm sahəsində davamlı artım Avropada və bütün dünyada bir sıra ölkələrin iqtisadi dirçəlişinə şərait yaradıb və iş yerlərinin sayının artması ilə nəticələnib".

Manevr.az azərtac-a istinadən bildirir ki, 2016-cı ildə Avropa ölkələri turistlərin hesabına 342 milyard dollar qazanc əldə ediblər. Bu, turizm sahəsində dünya üzrə orta gəlirdən 30 faiz çoxdur. Avropa İttifaqı ölkələrinin sakinləri səyahətlər üçün özlərinin xərclədikləri ilə müqayisədə əcnəbi turistlər hesabına daha çox vəsait əldə ediblər. Belə ki, həmin müddətdə Aİ ölkələrindən olan turistlər xaricdə 315 milyard ABŞ dolları xərcləyiblər.

Hazırda Avropa İttifaqında tamamilə və ya qismən turizm ilə məşğul olan iki milyondan çox şirkət fəaliyyət göstərir. Bu şirkətlərdə 12 milyon insan çalışır. Aİ ölkələri 30 milyondan çox turisti gecələmək üçün yer ilə təmin edə bilir. Avropa İttifaqının üzvü olan bəzi ölkələrdə ÜDM-də turizm sənayesinin payı 11 faizə çatır.

Zurab Pololikaşvili vurğulayıb ki, turizm Avropa İttifaqında iş yerləri yaradılması və davamlı artımın təmin edilməsi strategiyasının mühüm tərkib hissəsidir. O, əmin olduğunu bildirib ki, Avropa İttifaqı ilə Dünya Turizm Təşkilatının sıx tərəfdaşlığı bu sektorun möhkəmlənməsinə şərait yaradacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar