Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zaurla Xoşqədəm arasında QALMAQAL: Bu dəfə qurban Nazilə oldu… – TƏFƏRRÜAT

Tarix: 31-03-2018 16:40     Baxış: 3578 A- / A+
Zaurla Xoşqədəm arasında QALMAQAL: Bu dəfə qurban Nazilə oldu… – TƏFƏRRÜAT

Xoşqədəm Hidayətqızının verilişində iştirak edən Pərvanə xanımın məsələsi gündən-günə böyüyür.

Mövzunun şişməsinin kökündə Xoşqədəmlə Zaurun arasında olan ədavət dayanır. Belə ki, Pərvanə xanım əvvəlcə Zaur Baxşəliyevin "Bizimləsən" verilişinə müraciət edib. O, Hidayətqızının təqdimatında efirə gedən "Səni axtarıram" proqramında dilə gətirdiyi sözləri söyləyib. Lakin Zaur onun dediklərinə inanmayıb və verilişində iştirakına icazə verməyib.
Bundan sonra isə Pərvanə xanım "Səni axtarıram"a üz tutub. Burada da onu qəbul etməyiblər. Amma Pərvanə Nazilə Səfərlinin keçmiş gəlini olduğunu deyəndə onu dərhal efirə çıxarıblar. O da ailəsi haqda danışıb. Həyat yoldaşından ayrılmasında baldızları və qayınanasını günahlandırıb. Pərvanə xanım həmçinin ərinin ona xəyanət etdiyini dilə gətirib. O, həm də evinin əlindən alındığını iddia edib.

Xoşqədəm Hidayətqızı ilə Nazilə Səfərli arasında münasibətlərin ürəkaçan deyil. Həmçinin Zaurla Xoşqədəm arasında "soyuq müharibə" gedir. Nazilə Səfərli isə Zaurla çox yaxın dostdur. Məhz bu səbəbdən aparıcının bu mövzuya xüsusi diqqət ayırıb. O, fürsətdən istifadə edərək şairənin ünvanına sərt sözlər deyib.

Nazilə xanım özünün "İnstagram" səhifəsində Zaurla fotosunu paylaşaraq "biz özümüz bilirik hansı verilişə gedirik" sözlərini əlavə edib.

Hətta aparıcı bu postdan istifadə edərək nifrətini gizlədə bilməyib. Hidayətqızı verilişinin efirində həmin paylaşımı nəzərdə tutaraq, atamacalar atıb. Bu da bir daha göstərir ki, Xoşqədəm Hidayətqızı Pərvanənin məsələsi fonunda əslində özü demək istədiyi ürək sözlərini dilə gətirib. Eyni zamanda aparıcı veriliş boyu şairəyə atmacalar atıb.

Beləliklə, olanların kökündə Pərvanə xanımın söylədikləri deyil, şəxsi ədavət dayanır. Xoşqədəm Hidayətqızı sırf Zaura və Nazilə xanıma olan qərəzindən dolayı vəziyyətdən sui-istifadə edir.minval.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar