Sizin Reklam Burada
Xəbər lenti
31 may
30 may
BÜTÜN XƏBƏRLƏR

"Yaxın vaxtlarda Dağlıq Qarabağ ilə bağlı tarixi qərar veriləcək" - Sergey Markov

Tarix: 09-08-2016 12:34     Baxış: 3257 A- / A+
"Yaxın vaxtlarda Dağlıq Qarabağ ilə bağlı tarixi qərar veriləcək"

"Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tarixi qərar veriləcək"


Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşündə bir sıra vacib məsələlər öz həllini tapıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu TASS agentliyində keçirilən "Bakıda üçtərəfli görüş: Rusiya, İran və Azərbaycan yeni geosiyası reallıqlarda" adlı mətbuat konfransında çıxış edən tanınmış rusiyalı politoloq, siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov bildirib.

Onun sözlərinə görə, üçtərəfli görüşdə həllini tapan əsas məsələlərdən biri Şimal-Cənub dəhlizinin yaradılmasıdır: "Bu dəhlizin yaradılması ilə tranzit ölkələrə böyük iqtisadi imkanlar yaradılacaq. Ona görə də üçtərəfli görüşdən Şimal-Cənub dəhlizi ilə bağlı qərarın verilməsi olduqca vacibdir. İkinci vacib məsələ isə Rusiya şirkətlərinin bu layihədə yaxından iştirak etmələridir. Rusiya Dəmir Yolları (RJD) Astara-Rəşt dəmir yolunun tikintisini həyata keçirəcək. Bunun özü də Rusiya iqtisadiyyatı üçün olduqca sərfəlidir. Üçüncü məsələ isə üç ölkə arasında iqtisadi sahədə münasibətlərin dərinləşdirilməsidir. Bura enerji, nəqliyyat və kommunikasiya sahələrində birgə layihələrin həyata keçirilməsi aiddir. Dördüncü məsələ isə Xəzər dənizinin bioresurslarının birgə istifadəsində dair razılığın əldə olunmasıdır".

S. Markov üçtərəfli görüşün İranın Xəzərin hüquqi statusu ilə bağlı mövqeyinin Rusiya və Azərbaycanın mövqeyinə yaxınlaşması istiqamətində mühüm addım olacağını da bildirib.

Rusiyalı ekspert Rusiya-Azərbaycan münasibətlərinə də toxunub: "İki ölkə arasındakı münasibətlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi böyük əhəmiyyət daşıyır. Bildiyiniz kimi avqustun 10-da Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanı Moskvada qəbul edəcək. Bu il münaqişənin həll edilməsi üçün əlverişli şərait yaranıb. Burada söhbət münaqişənin tam həllindən getmir. Bu həll müvəqqəti və güzəştli həll variantıdır. Bu güzəştin məğzi Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi müqabilində Ermənistanın blokadadan çıxarılmasından və Dağlıq Qarabağla sərhəd rayonların demilitarizasiyasından ibarətdir".

Siyasi ekspert Aleksey Bıçkov isə Azərbaycanın regionda vacib siyasi oyunçuya çevrildiyini vurğulayıb: "Ankara ilə Moskva arasında münasibətlərin normallaşması fonunda Bakı vacib regional oyunçuya çevrilməkdədir. Məlum təyyarə qalmaqalının günahkarının ortaya çıxması prezident Putinə aydın olandan sonra Rusiya-Türkiyə münasibətlərində mülayimləşmə baş verdi. Bütün bunlardan sonra Bakı Moskva ilə Ankara arasında əlaqə mərkəzi rolunu oynamaqdan çox regionda vacib siyasi oyunçuya çevrildi. Ona görə də Bakıda keçirilən üçtərəfli görüşü tarixi əhəmiyyətli görüş hesab etmək olar. Bu görüş Azərbaycanın Moskva-Bakı-Ankara zəncirindəki bir halqa olmadığını, əksində regionda güclü siyasi oyunçu olduğunu sübut edir".

A. Bıçkov Azərbaycan və Rusiya prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparıldığını da qeyd edib: "İki gün sonra Putin Sarkisyanla görüşəcək. İlham Əliyevlə görüşdə münaqişənin həlli ilə bağlı tarixi qərarın qəbul edilməsi tamamilə mümkündür. Yaxın vaxtlarda biz bu tarixi qərarın verilməsinin şahidi olacağıq. Çünki tərəflər yaxşı anlayırlar ki, münaqişə tezliklə həll olunmalıdır. Çünki belə münaqişə ocaqları hər an xarici oyunçular tərəfindən qonşu ölkələrlə münasibətləri korlamaq üçün alovlandırıla bilər. Bu gün Azərbaycan, Rusiya və İran liderləri yaxşı anlayırlar ki, regionda yeni müharibəyə yol vermək və münaqişənin həllini uzatmaq olmaz. Bu münaqişənin regionun inkişaf etməsinə imkan vermədiyini hər üç ölkə lideri yaxşı anlayır. Ona görə də, fikrimcə, Dağlı Qarabağ münaqişəsi ilə bağlı yaxın vaxtlarda tarixi qərar veriləcək. Bu qərar əlbəttə ki, yekun qərar olmayacaq. Bu qərar Azərbaycan-Ermənistan arasında əlaqələrin bərpa olunmasına kömək edəcək".

Ekspertlər Azərbaycan, Rusiya, Türkiyə və İran hərbi blokunun yaranmasının mümkünlüyünə də münasibət bildiriblər. Hərbi siyasi ekspert Aleksandr Perenciyev dörd ölkə arasında hərbi blokun yaradılmayacağını, lakin hansısa istiqamətdə bu ölkələrin hərbi-siyasi fəaliyyətini istisna etməyib.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar