Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Biz Ermənistanla qardaş olacağıq, onlar da Qarabağı geri qaytacaqlar” - Adnan Oktar/ VİDEO

Tarix: 21-02-2018 09:02     Baxış: 32 878 A- / A+
“Biz Ermənistanla qardaş olacağıq, onlar da Qarabağı geri qaytacaqlar” - Adnan Oktar/ VİDEO


Türkiyədəki A9 kanalının sahibi, dini kitabların müəllifi və kanalında gündəlik, canlı yayımladığı verilişlərin aparıcısı olan Adnan Oktar minval.info-nun əməkdaşı Fərid Ağalarova müsahibə verib.

Bir saata yaxın davam edən və canlı yayımlanan müsahibə zamanı A.Oktar müxtəlif sualları cavablandırıb. Əməkdaşımızın, “Azərbaycan və Türkiyə əlaqələri barədə danışan zaman bir millət, iki dövlət olduğumuzu qeyd edirsiniz. Türkiyənin Ermənistanla sərhədlərini bağlamasına səbəb, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsidir. Çıxışlarınızdan birində isə türklərin ermənilərlə qardaş olduğunu və sərhədlərin qeyri-şərtsiz açılmalı olduğunu bildirmisiniz. Bu iki fikir bir-biri ilə ziddiyyət təşki edir. Bunu necə anlamaq olar” sualına belə cavab verib:

“Biz Ermənistanla sərhədlərimizi açacağıq, onlarla qardaş olacağıq, viza sistemini aradan qaldıracağıq. Mən əminəm ki, Ermənistan da bu dostluğa, qardaşlığa bir jestlə qarşılıq verəcək. Bunu bildiyim üçün deyirəm, bilmədiyim bir şey haqda danışmaram, Ermənistan Azərbaycandan aldığı torpaqları geri qaytaracaq. Və deyəcək ki, Azərbaycanla da sərhədlərimiz açılsın, cinayətkarlar da mühakimə ediləcək. Beləliklə, biz həm Azərbaycan və Ermənistanı, həm də Türkiyə və Ermənistanı dostlaşdıracağıq. Bununla da, türk-islam birliyinin ilk nüvəsi atılmış olacaq. Azərbaycan, Ermənistan və Gürcüstanla, Rusiya və digər türk dövlətləri ilə birləşib Turanı yaradacağıq.

Turanın formalaşması üçün Ermənistanın da Turan sərhədləri daxilində olması şərtdir. Turan hər kəsə qollarını açan bir gözəllikdir. “Türkiyə Turan olsun, düşmənin ölkəsi dağılsın, viran olsun” sözü də buradan gəlir.

Düşmən deyəndə Deccaliyyət sistemi viran olsun. “Tanrı türkü qorusun və ucaltsın” sözü də buradan gəlir və gözəl bir duadır. Türk birliyinin yaradılmasında Ermənistansız birlik düşünmürük. Ermənistanla sərhədləri açacağıq, onlar da bütün işğal etdikləri torpaqları Azərbaycana geri qaytaracaq, qatilləri təhvil verəcək, qatillər həbs ediləcək və ədalət bərpa olunacaq. Ermənistanla qucaqlaşıb, qardaş olacağıq. Ermənistanda yanan intiqam atəşi sönəcək, daha əvvəlki ziyarətimizdə söndüyü kimi… Beləliklə, yüz illərdir davam edən bu əzab sona yetəcək. Hər yerdə müsəlmanlar azad və sülh şəraitində yaşayacaq”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar