Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Heç bir xalq bizi kimi ÖZ DİLİNƏ HÖRMƏTSİZLİK ETMİR": İsa Həbibbəyliyə AÇIQ MƏKTUB

Tarix: 19-01-2018 16:58     Baxış: 3869 A- / A+
Möhsün Nağısoyludan soruşmaq istəyirəm: " Cənab akademik, danışıq dilini birbaşa lüğətə "pərçimləməkdə", ədəbi dilə kökündən zərbə vurmaqda məqsədiniz nədir?
"Heç bir xalq bizi kimi ÖZ DİLİNƏ HÖRMƏTSİZLİK ETMİR": İsa Həbibbəyliyə  AÇIQ MƏKTUB


AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə

AÇIQ MƏKTUB

Hörmətli İsa müəllim!
Dil xalqın varlığıdır və dili məhv etmək xalqı məhv etmək deməkdir. Heç kimə ixtiyar verilmir ki, tarixən formalaşa-formalaşa bü günümüzə gəlib çıxan, təmizlənən, büllurlaşan dilimizin başına oyun açsın. Bunu Siz məndən də yaxşı bilirsiniz, ona görə də birbaşa mətləbə keçmək istərdim.

Yəqin ki, son zamanlar icimaiyyət arasında Nəsimi adına Dilçilik İnstitutunun buraxdığı lüğətlər barədə gedən söz -söhbətlərdən , narazılıqdan xəbəriniz var. Siz ədəbiyyat adamısınız, ixtisasca da filoloqsunuz. Zəhmət olmasa, açın o lüğətləri baxın, görün nələr var.

Sizin şahidliyinzlə, Komissiyanın sədri, institutun direktoru Möhsün Nağısoyludan soruşmaq istəyirəm: "Cənab akademik, danışıq dilini birbaşa lüğətə "pərçimləməkdə", ədəbi dilə kökündən zərbə vurmaqda məqsədiniz nədir?. Nəzərinizə çatdırıram ki, burda şifahi xalq dili hesabına leksikonumuzun zənginləşməsindən söhbət getmir. Söhbət sözlərin morfoloji-orfoepik quruluşunu (söz örtüyünü) bilərəkdən, heç bir elmi əsası olmadan "eybəcərləşdirməkdən" gedir. Mən ən sadə misalları çəkəcəyəm. Məsələn, "onlardan, bunlardan" sözlərinin onnardan, bunnnardan" kimi yazılmasını nə ilə izah edə bilərsiniz?" Sizdən soruşuram:"Biz nə vaxtdan feilin məsdər formasını hökm verdiyiniz kimi işlədirik? Biz nə vaxtdan tələffüzdə (orfoepiya) məsdər formasının -maq,-mək şəkilçilərini -max, -məx şəkilçiləri ilə əvəz etmişik? Məgər biz "yazma+x, yaxud, gəlmə+x" deyirik? Şifahi dildə həmin sözlər "yazma_+ğ, gəlmə+y" işlənir və isimləşib hallananda da "Ğ" və "Y" hərfləri özünü göstərir: yazmaq (yazıda), yazmağın, yazmağa və s. Yaxud gələmk (yazıda) , gəlməyin, gələməyə və s.

Daha bir acınacaqlı nümunə. Bəzi sölərdə qoşa samitlərin (əziyyət, vəziyyət, əksəriyyət, ədəbiyyat və s. çoxdur) bir samitlə işlənməsi kimi dahiyanə ideyanızı nə ilə əsaslandırırsınız? Məslən, "kassa" olacaq "kasa". Bəs "kasa"nın adını nə qoyaq/? "Güllə"yə də "gülə" deyək? "Niyə biz ədəbi dildə "alacağam", gələcəyəm......" kimi feilləri " şifahi dildə olduğu kimi "alacam, gələcəm" kimi işlətməliyik? Təəssüf ki, bu gün bədii əsərlərdə, xüsusilə poeziyada bu forma özünə "yer eləməkdədir". Nə gülünc günə qaldıq, ilahi?

Çox belə xoruz səsi eşitməmiş sözləri misal çəkmək mümkündür. Dilimiz 30- cu illərdən başlayaraq, uzun bir "büllurlaşma" prosesi keçib. Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Məmmədağa Şirəliyev, Ağamusa Axundov kimi bir sıra nəhəng alimlərin zəhməti hesabına dilimizin fonetika, morfologiya, sintaksis, leksikologiya və s. bir çox sahələrində elmi araşdırmalar aparılmaqla onun oturuşmuş qarmmatikası yaradılıb. Sovet dövrü görkəmli yazıçılarımızın cild-cild əsərlərində həmin qrammatika öz praktiki həllini tapıb.

Hörmətli İsa müəllim!
Əlifba dəyişəndə apostrofu əlüstü dəyişdik. İndi onun yeri görünür. Az qala "X" hərfini də ""H" la əvəz edəcəkdik. Dilə belə laqeyd münasibət hardan qaynaqlanır, bilmirəm. Heç bir xalq bizi kimi öz dilinə hörmətsizlik etmir. Bizə nə olub görəsən?
Bir məktub çərçivəsində hər şeyi demək mümkün deyil. Biz əminik ki, bu məsələ bütün ciddiyyəti ilə AMEA-nın kollegiyasında müzakirə olunacaq. Komissiyanın sədrinin və üzvlərinin məqsədi üzə çıxmalıdır! Gündə bir yarasız lüğəti ortaya qoyanlar nə düşünürlər görəsən? Belə özbaşınalıq nə vaxtdək davam edəcək? Mən qələm adamıyam. Bu ağılsız islahata dözə bilmirəm!!! Axı, DİL XALQIN MƏNƏVİ SƏRVƏTİDİR! ODLA OYNAMAYIN, CƏNABLAR!!!

Hörmətlə; Etibar ETİBARLI

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar