Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türk dünyasının jurnalistləri BİR ARADA

Tarix: 16-01-2018 15:43     Baxış: 2292 A- / A+
İlqar İlkin: "Türkdilli ölkələrin media qurumları ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıyıq"

Türk dünyasının jurnalistləri BİR ARADA

Türkiyənin Koceli şəhərində "16 Ocak Basın Onur günü - Türk dünyası jurnalistlərin Zirvə görüşü" keçirilib.

Manevr.az-ın məlumatına görə, bu barədə zərvə görüşünün iştirakçısı, "Birlik" jurnalının baş redaktoru, ATXƏM-in icra katibi İlqar İlkin xəbər verib. O qeyd edib ki, tədbir Türk dünyası Jurnalistlər Federasiyasının hazırladığı " Türk dünyası sənədli film göstərisi" ilə başlayıb: "Daha sonra tədbir panellərdə davam etdirilib. Panellərdə çıxış edən professor Korkmaz Alemdar, Emel Baştürk Alça, Kemal Yakut, Bünyamin Ayhan, Besim Yıldırım vəMeltem Gönden çıxış edərək, Türkiyənin ayrı-ayrı bölgəsində nəşr olunan qəzetlərin milli mücadilə dönəmində və ondan sonrakı illərdə oynadığı roldan danışıblar. Daha sonra konfransda Türk dünyasında medianın rolu və qarşılıqlı əlaqələrə,problemlərə həsr olunmuş tədbir keçirilib. Çıxışçılar Balkanlarda Türkcə mətbuat orqanlarının qarşılaşdığı problemlərə, göstərilən ayrı seçkiliyə diqqət çəkiblər. Qeyd olunub ki, bu basqıların olmasına baxmayaraq, Balkanlarda türk dilinin qorunması üçün əsl mücadilə aparılır, xüsusən ədəbi dərgilər bu sahədə fədakarlıq göstərirlər.

Türk dünyasında mətbuat tarixinə həsr olunmuş paneldə Qazaxstan Əl-Fərabi Unversitetinin dosenti Davran Dyussebayev, Qırğızstan Manas Universitetinin jurnalistika fakültəsi dekanı Hamza Çalır, Azərbaycandan "Birlik" jurnalının baş redaktoru İlqar İlkin çıxış edərək, mətbuatla bağlı geniş məlumat veriblər. Azərbaycanda mətbuata dövlət tərəfindən böyuk qayğı göstərildiyini qeyd edən İlqar İlkin bildirib ki, Türkdilli ölkələrin media qurumları ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıyıq: " 2010-cu ildən başlayaraq, Ankarada, Bakıda və Bişkekdə Türkdilli ölkələrin media forumları keçirildi. Ümid edirik ki,bu forumlarda əməkdaşlıq üçün təklif etdiyimiz bütün məsələləri yerinə yetirə bilərik. Bunun üçün səylərimizi daha da artırmalıyıq. Hesab edirəm ki, Türk dünyasının Vahid Media Platformu yaradılmalı, Unversitetlərin jurnalistika fakültələrində bütün Türk xalqlarının mətbuat tarixi öyrədilməlidir". Tədbirin sonunda plaketlər təqdim olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar