Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Göyərçin” jurnalının baş redaktoru, şair Rafiq Yusifoğlunun yaradıcılığına həsr olunan tədbir keçirilib -FOTOLAR

Tarix: 15-12-2017 16:08     Baxış: 3636 A- / A+
“Göyərçin” jurnalının baş redaktoru, şair Rafiq Yusifoğlunun yaradıcılığına həsr olunan tədbir keçirilib


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, AYB Sumqayıt bölməsi, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, N.Gəncəvi adına kitabxana klub və Mərkəzi Uşaq kitabxanasının birgə təşkilatçılığı ilə Sumqayıt şəhər "Poeziya Evi"ndə “Göyərçin” jurnalının baş redaktoru, şair Rafiq Yusifoğlunun yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şairlərdən Əşrəf Veysəlli, Məmməd Namaz, Sumqayıt MKS-nin direktoru Yeganə Əhmədova, AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, şair Namiq Dəlidağlı, yazıçı Hafiz İmamnəzərli çıxış edərək Rafiq Yusifoğlunun yaradıcılığı haqqında fikirlərini bölüşüb, xoş arzularını çatdırıblar.

Sonra S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin nəzdində fəaliyyət göstərən Sabir Sarvan adına uşaq poeziya klubunun iştirakçılarının ifasında şairin “Əsl dost necə olar“ və “Sumqayıtın nağılı“ şeirləri əsasında hazırlanmış səhnəcik, N.Gəncəvi adına kitabxana klubun oxucularının ifasında “Yol nişanları“ şeirinə hazırlanmış kompozisiya və kitabxananın fəal oxucusu Nüsrət Ağazadənin müəlliflə birgə “Sumqayıt “ şeirinin ifası, Mərkəzi Uşaq Kitabxanasının oxucularının ifasında isə Rafiq Yusifoğlunun şeirləri maraqla dinlənilib.

Sonda Rafiq Yusifoğlu tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirərək “Göyərçin” jurnalının yeni nömrəsini uşaqlara hədiyyə edib.

Tədbirdə “Balalara hədiyyə“ başlığı altında sərgi, N.Gəncəvi adına kitabxana klubun nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin və Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucularının şairin şeirləri əsasında çəkdikləri rəsmlər nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti


“Göyərçin” jurnalının baş redaktoru, şair Rafiq Yusifoğlunun yaradıcılığına həsr olunan tədbir keçirilib
“Göyərçin” jurnalının baş redaktoru, şair Rafiq Yusifoğlunun yaradıcılığına həsr olunan tədbir keçirilib
“Göyərçin” jurnalının baş redaktoru, şair Rafiq Yusifoğlunun yaradıcılığına həsr olunan tədbir keçirilib
“Göyərçin” jurnalının baş redaktoru, şair Rafiq Yusifoğlunun yaradıcılığına həsr olunan tədbir keçirilib



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar