Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Heç kimin ictimai birliyi siyasi alətə çevirmək haqqı yoxdur":BORÇALI İctimai Birliyi ƏTRAFINDA NƏLƏR BAŞ VERİR?...

Tarix: 13-12-2017 14:07     Baxış: 2471 A- / A+
"Heç kimin ictimai birliyi siyasi alətə çevirmək haqqı yoxdur":BORÇALI İctimai Birliyi ƏTRAFINDA NƏLƏR BAŞ VERİR?...

Namiq Əlizadə: “Maraqlıdır, bu Borçalı Birliyi niyə müxalifət yönümlü saytlarda, nə bilim, qəzetlərdə yazılır? Yəqin bunun bir əsası var, ya sadecə qismət deyək?”

Söhbət dekabrın 9-da Ayvaz Ayvazovun qeyri-qanuni “keçirdiyi” “konfrans”dan gedir. Bununla bağlı sosial şəbəkədəki məlumata münasibət bildirən Namiq bəyin narahatçılığına şərik olaraq müəyyən mətləbləri açıqlamağa çalışacağam.

Dekabrın 2-də Birliyin Ümumi yığıncağı keçirilib və Birliyə yeni sədr və tanınmış insanlardan ibarət İdarə Heyəti seçilib. Birliyin yeni sədri yazıçı-jurnalist, “Qızıl Qələm” mükafatı laureatı, dünyanın yenilməz pəhləvanlarından biri olan Borçalı əsilli Rəşid Yusifov haqqında sənədli povestin müəllifi, “Borçalı” cəmiyyətinin yaradılmasının ideya müəllifi və qurucusu olan Şərif Kərimlidir.
1993-cü ildə Cəmiyyəti yaradan və sonradan Ayvaz Ayvazovu onun təsisçiləri sırasına daxil edən Şərif Kərimli böyük təvazökarliq göstərərək heç vaxt onun rəhbərliyində təmsil olunmaq istəməmiş və hətta 14 il Cəmiyyətin sədrliyini ələ keçirmiş A.Ayvazovun “fəaliyyəti” barədə heç bir münasibət bildirməmişdir. Lakin son zamanlar Ş.Kərimli A.Ayvazovun nizamnamə tələblərini pozaraq Cəmiyyətin qarşısında duran məqsədlərdən yayınma təşəbbüslərinə öz kəskin etirazını bildirmişdir.
Məhz elə buna görə də Ş.Kərimlinin bu fəal vətəndaş mövqeyi A.Ayvazovun xoşuna gəlməmiş və ona qarşı başqalarının vasitəsi ilə qarayaxma kompaniyası başlatdırmışdır. Hətta bəzi ağlı, dayaz düşüncəli ünsürlərin vasitəsi ilə Ş.Kərimlinin təsisçiliyinin belə qondarma bir “konfrans”da ləğv olunması kimi haqsız, məqsədli və gülünc bir təklif irəli sürdürmüşdür.

Bəs, A.Ayvazovun bu kini-küdurəti hardan qaynaqlanır? Mən hörmətli Şərif müəllimin çıxışlarından bəzi sitatlar gətirməklə fikrimi daha aydın çatdırmaq istəyirəm.
Şərif Kərimli:


“Bunu xüsusilə vurğulamaq istərdim ki, milli-mədəni zəmində yaradılan ictimai (xeyriyyə) birliklərin liderlərinin mənəvi haqqı yoxdur ki, həmin birlikləri siyasi alətə çevirsinlər. Belə düşünülməmiş addımların ağrısını biz bu gün çəkiriksə, bizim balalarımız, soydaşlarımız onun ağrısını-acısını illər boyu dadacaqlar.”
Digər bir çıxışında Şərif müəllim yenə həmin mövzuya qayıdır və A.Ayvazovun təhlükəli addımlarını tənqid edir:
“Hazırda Cəmiyyətin (Birliyin) təsisçilərindən 3 nəfər həyatdadır. Çox təəssüf ki, yaradıldığı gündən 5-6 il sonra şəxsi maraq və ambisiyalara üstünlük verən Ayvaz Ayvazov (Eyvaz Borçalı) digər təsisçilərin iradəsi ilə hesablaşmayaraq qurumu təkbaşına idarə etməyə başlayıb. Əvvəlcə özünü sədr seçdirərək bir çox ziyalıları qurumdan uzaqlaşdırıb. Bu da azmış kimi, ictimai təşkilatlarla bağlı qanunvericiliyi pozaraq ictimai birliyin fəaliyyətini tamamilə siyasiləşdirib. Belə ki, Borçalı əsilli soydaşlarımızın iradəsinin ziddinə olaraq “Borçalı” İctimai Cəmiyyətini (Birliyini) 29 mart 2003-cü il tarixində Müsavat Partiyasının təşəbbüsü ilə prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılan “Bizim Azərbaycan bloku” - Azərbaycanda siyasi partiyalar ittifaqı adlı bloka qoşub. Qurumun sədri olaraq cənab Prezident İlham Əliyevin əleyhinə təbliğat kampaniyasında xüsusi fəallıq göstərib və müxalifət mətbuatında verdiyi bəyanatlarla destruktiv, kəskin mövqe nümayiş etdirib. Bir çox Borçalı əsilli ziyalının haqlı iradlarına məhəl qoymayan A.Ayvazovun bu hərəkətləri çoxsaylı insanları təşkilatdan uzaqlaşmağa vadar edib.
Prezident seçkilərində xalqın iradəsi ilə cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra sosial-milli dayaqlardan məhrum olan Birlik sədri üzünü Şimala tutaraq öz siyasi mövqeyinə yaxın hesab etdiyi və ölkəmizə qarşı qərəzli mövqedə dayanan bəzi imkanlı adamların hesabına şəxsi və siyasi maraqlarını təmin etməyə üstünlük verdi. Ançaq bu da uzun sürmədi. A.Ayvazov ona olan etimadın həm xaricdən, həm də daxildən azaldığını görüb, yenə də təşkilatın digər təsisçiləri ilə hesablaşmayaraq, müxalif yönlü yeni sədr... seçdirməyə nail oldu”...

Fikrət

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar