Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Ömrün payızından üzü yuxarı" gedir Əlövsət SALDAŞ

Tarix: 12-12-2017 17:10     Baxış: 2912 A- / A+
"Ömrün payızından üzü yuxarı" gedir Əlövsət SALDAŞ


...Əziz qardaşım, Əlövsət Saldaş! Sizin "Ömrün payızından üzü yuxarı" şeirlər kitabınızı oxudum.
...Kitabın adı, çap materialının keyfiyyəti, üz qabığının gözəlliyi, kitabın üz qabığında verilmiş Kəlbəcər təbiətinin füsünkarlığı, anadan olduğunuz Çərəkdar kəndinin görüntüləri sanballı tərtibatın nəticəsidir. 60 illik yubileyinizə bundan gözəl hədiyyə ola bilməz. Çapda əməyi olan hər kəsə təşəkkür edirəm.
...Kitabınızı oxuduqca hər şeirin sonunda qeydlər etdim, bir hissəsini məktubla sizə göndərirəm.
...Mövcud həyat tərzi, reallıqlar arasında çarpışan, keçmişini unutmayan, dövrün əyər-əskiyi ilə barışmayan şair,

Od ol yandır, külə çəkmə deyirəm,
Su tək durul, lilə çəkmə deyirəm.
Fəryadını zilə çəkmə deyirəm,
Az sızılda, az dərdini çözələ!


İnnən belə dünya çətin düzələ...- demişdin bir vədə.
...Qəmini, kədərini gizlədən, sevincini paylayan şairin poeziyası sızıldayır

Yazdı qismətimə yolun sərtini,
Allah sınaqlara çəkdi mərdini.
Açıb-ağartmayan batman dərdini,
Zərrə sevincini bölən adamam.


...Torpaq, yurd-yuva həsrətli karvanın sarvanı şair Əlövsət:

Qoynunda bir isti qucağım qalıb,
Barlı-bərəkətli bucağım qalıb,
O vaxtdan qaralmış ocağım qalıb,
Təzədən yandırım, qalayım, Vətən...

Əvvəlki kitablarınızda olduğu kimi bu kitabınızın da Ana xətti Yurd yanğısı, Vətən sevgisidir. Məmməd Asalan, Akif Səməd, Əbülfət Sarıoğlu şeirlərinin əzmkarlığı, üslubu, gözəlliyi var poeziyanızda.

Talelər var parça- para, baş- ayaq,
Yaranmışıq qaş taleyi daşıyaq.
Gəl, qadası, gedək burdan, yaşayaq,
Yol üstündə tənha qalan "Qara daş"!...

Kitabınızı oxuduqca mənə elə gəldi ki, şeirlərinizin çoxunun mövzusunu mənim həyatımdan götürmüsünüz. Əminəm ki, başqa oxucularınız da eyni hissləri keçirmişlər.

Elə qar gətirdi, boran gətirdi,
Mülayim əsmədi küləyim mənim.
Od- ocaq canımı isidə bilmir,
Bəlkə buzdan olub bələyim mənim...
və yaxud

Ovuda bilmirəm özüm özümü,
Təngə gətiribdi dözüm özümü.
Yandırır atəşim, közüm özümü,
Əriyə- əriyə yaşayıram də...!


Fəlsəfi baxış ilə oxucularını düşünməyə, öz ardınca aparmağa qadir olan şair bir beytlik şeirində deyir:

Götürüm dünyanı, alım çiynimə,
Aparım özümnən əldəyməz yerə..


Dünyanı çiyninə alıb, əldəyməz yerə aparan şairin amalı haqqın- ədalətin aliliyi, nahaqqın olmadığı məkandır. Təbiətin, bəşəriyyətin qorunması ağrısından doğulub bu misralar. Elə məqamlar var ki, kövrəlmədən keçinmək olmur:

Əlövsət adında şair gəzməyin,
Qərib çağırırlar vətəndə məni...


Məni duyğulandıran məqamlardan biri də kitabın adı ilə bağlıdır.

"ÖMRÜN PAYIZINDAN ÜZÜ YUXARI"...

Kitabın sorağı ilə Əlövsət müəllimin yaşadığı Qobustan rayonunun Təklə kəndinə gəldim. Gördüyüm mənzərə könlümü oxşadı. Əlləriynən əkib- becərdiyi güllər, dekorativ və bar ağacları, giləveyvələr şair zövqünün gözəlliyindən xəbər verirdi. İntizarında olan kitabı mənə təqdim edərkən, bax, bu pilləkənlər üzüyuxarı məni ömrün qışına, bəlkə də arzusunda olduğum bir ucalığa aparır- dedi. Həmişə şən və məğrur görünən şair kitabın arxasındakı şəkili göstərib, xırıltılı səslə
-Bu mənim doğulub, boya-başa çatdığım Çərəkdar kəndidir, bu bizim ata evimizdir, bu əmimin, bu babamın evidir, bu Tərtər çayıdır, bu Kəlbəcərə gedən yoldur, internetdən götürmüşük dedi.
...Bu isə...şairin axıtdığı göz yaşlarıydı... mən də ona qoşulmuşdum...Barəsində heç nə demədiyi şəkli nələr söyləmirdi, İlahi!

A yurdundan olan dərbədər denən,
Səbrləş, Əlövsət, bir qədər denən.
Hər kəlmə başında Kəlbəcər denən
Didərgon həsrətim kirisin, ağla!...


Qəlbində, ruhundə bahar təravəti daşıyan şair, qışa əyilməz, inanıram. Şamaxının gözəllikıəri içərisində ovuna bilməyən şair, bu məkanda alaçıq qurub, müvəqqəti binələnməyə gəldiyini deyir:

Eşidib bir şirin soraq, gəlmişəm,
Götürüb əlimə varaq, gəlmişəm.
Qartal qardaşıma qonaq gəlmişəm,
Gəlmişəm bu yerdə binələnməyə...


Şirvan eli Əlövsət müəllimi yetərincə əzizləyir, gözünün üstündə saxlayır. Amma,...

Sonra yollar çiskin olar,
Can üzülər, üzgün olar.
Qonaq bir gün, beş gün olar,
Yola salın durum gedim...


həmişə yönü Kəlbəcərə sarıdı nisgilli şairin.
...Şeirləri klassik formada olsa da deyim, uslub təzədir, orijinaldır.

Heç boynuma dolanmadı qolların,
Ahı sonməz mənim kimi qulların.
Harda qaldın, uzaq oldu yolların,
Necə qıydın həsrətindən incələm...


Şeirlərini öz ifasında dinləməyin ayrı zövqi-səfası var şairin. Yurduna, vətəninə bağlı, millətinin, dilinin təssübünü çəkən, haqqı söyləməyi, nahaqqa "dur" deməyi bacaran adamdı Əlövsət müəllim.
Şairlik- Allahın bəndəsinə qıydığı misilsiz vergidir, bu yolda uğurların bol olsun, Yurd həsrətli ağrılarına son diləyirəm, şair!

Mirbbaba Hüseynov, istefada olan
hərbçi zabit.


Manevr.az

"Ömrün payızından üzü yuxarı" gedir Əlövsət SALDAŞ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar