Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağın əfqan veteranı imdad diləyir - “Ailəmi qoyub getsəm, kim dolandıracaq?”

Tarix: 21-09-2016 10:19     Baxış: 4457 A- / A+
Qarabağın əfqan veteranı imdad diləyir


Əfqanıstan Respublikasının vətəndaşı Həsən Muhammədi Əlican oğlu ölkəmizə ilginc gəlişindən, başına gələn olaylardan danışıb. H. Muhammədin sözlərinə görə o, 1991-ci ildə Əfqanıstanın İslam Partiyası tərəfindən könüllü surətdə Azərbaycana köməkliyə gəlib, 4 il Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak edib.


Atəşkəs elan olunduqdan sonra 1994-cü ildə Qarabağ döyüşçüsü olmuş əfqan vətəndaşlar geri, vətənlərinə geri qayıtsalar da, Həsən Muhammədi Azərbaycanda qalıb, yaşamağı qərarlaşdırıb. Bir neçə ildən sonra isə əslən Tərtərdən olan azərbaycanlı xanımla ailə həyatı qurub və bu izdivacdan 3 övladı dünyaya gəlib: “O vaxt XİN-dən bizə ölkədə qalmaq üçün sənəd verdilər. 1996-cı ilə qədər onların sənədi ilə yaşadıq. Daha sonra BMT-yə müraciət etdik. Qurum bizə qaçqın statusu verdi. Bir qədər də onların sayəsində ölkədə yaşadıq. Lakin bu da bir işə yaramadı. Mən də yenidən özümə viza açdım, 2000-ci ilə qədər belə yaşadım. Bundan sonra Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə müraciət etdim, məndən müsahibə götürdülər və israr etdim ki, məni qaçqın kimi qəbul etsinlər. Mən də daxil olmaqla, iki əfqan vətəndaşına qaçqın statusu verildi. Bizə dedilər ki, sizin ölkədə yaşamaq hüququnuz var, amma bir şərtlə ki, respublikadan kənara çıxmayasız.

Miqrasiya Mərkəzi açıldıqdan sonra bizim işlimizi bu quruma verdilər".

Həsən Muhammədin sözlərinə görə, 2008-ci ildə Əfqanıstanda olan anası qəfildən dünyasını dəyişib. Anasının yasında iştirak etmək üçün Dövlət Miqrasiya Xidmətindən icazə istəyib, lakin qanuna əsasən ona icazə verilmir və o, məcbur qalaraq ölkəni tərk etmək üçün ərizə yazır.

İki ildən sonra əfqan veteran Azərbaycana, ailəsinin yanına dönsə də imtina ərizəsi yazdığı üçün ölkədə qanunsuz şəkildə yaşamaq məcburiyyətində qalıb: “Miqrasiyadan bildirdilər ki, hardasa qeydiyyata düş. Yaşadığım kirayələrin ev sahibləri buna razılıq vermədilər. Sonradan öyrəndim ki, yaşadığım ərazidə yerləşən polis idarəsində qeydiyyata düşə bilərəm. Lakin bu haqda məlumat biləndə artıq gec idi, beləliklə, vaxtım keçdi və sənədləri düzəldə bilmədim. Bütün dövlət orqanlarına ərizə yazıb mənə köməklik etməkləri üçün xahiş etdim.

Hara gedirəmsə mənə deyirlər ki, ”bunun mənbəyini tap". Mənim üçün də maraqlıdır, “bunun mənbəyi” kimdir?

Miqrasiyaya gedirəm, ordan da mənə köməklik etmirlər, “deyirlər ki, get yaşa”. Amma mən qanuni olaraq yaşmaq istəyirəm. Heç bir yerdə rəsmi olaraq işləyə bilmirəm. Üç övladım var, əgər ölkədən getsəm, onlara kim baxacaq, kim dolandıracaq? Dövlətdən heç bir sosial yardım almıram, öz ailəmi özüm dolandırıram. Amma sənəd olmadan özümə ciddi iş tapa bilmirəm. Belə yaşamaq da olmur axı? İstəyirəm ki, mənim səsimi dövlət orqanları eşitsin. O “mənbə” kimdirsə, onu mənə desinlər, mən müraciət edim".

Məsələ ilə bağlı Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, şikayət araşdırılacaq və yaxın günlərdə nəticəsi barədə məlumat veriləcək.

Xalidə GƏRAY

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar