Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda zəlzələ olub: tələfat yoxdur

Tarix: 16-11-2017 09:12     Baxış: 4362 A- / A+
Azərbaycanda zəlzələ olub: tələfat yoxdur

Zəlzələ nəticəsində Tərtərin İsmayılbəyli kəndində Qubadov Qəhrəmana və Elgiz İbrahimova məxsus ev uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ilkin məlumata görə, Tərtər rayonunda ümumilikdə 8 evə ziyan dəyib.

Zəlzələdən sonra Ağdam rayonunun bir neçə kəndində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

***

Tərtər rayonunda zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Tərtərin Qapanlı kənd sakini Məmmədov Şahid İbrahim oğlu zəlzələ zamanı tövlədə olub və dağıntı altında qaldığından yüngül xəsarət alıb. O, qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb.


Bərdədə isə Meşəçilik adlanan ərazidə məskunlaşan Salmanova Sərvi Səməd qızına məxsus çiy kərpicdən tikilən ev uçub. Hadisə vaxtı ailə üzvlərindən xəsarət alan olmayıb.

***

Ağdamda baş verən zəlzələ bəzi fəsadlar törədib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, zəlzələdən sonra təşvişə düşən sakinlər küçələrə çıxıb.

Xüsusilə çoxmərtəbəli bina sakinləri mənzillərinə daxil olmağa ehtiyat edirlər.

Ağdamda köçkünlərin məskunlaşdığı “Daş evlər” qəsəbəsində yaşayan Kərimova Aidə APA-ya açıqlamasında bildirib ki, yaşadığı evin divar və tavanında çatlar yaranıb, ev qəzalı vəziyyətə düşüb.

APA-nın Qarabağ müxbirinin əldə etdiyi məlumata görə Ağdam, Bərdə və digər ətraf rayonlarda tələfat yoxdur. Bəzi ev və tikililərdə çatlar əmələ gəlib, şüşələr sınıb

Qeyd edək ki, axşam saat 23:48-də Ağdam rayonu ərazisində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

***

Azərbaycan ərazisində zəlzələ baş verib.

APA-nın məlumatına görə, zəlzələ yerli vaxtla təxminən saat 23:50-də baş verib.

Yeraltı təkanlar Şəki, Qax, Zaqatala, Göyçay, Ucar rayonlarında, Gəncə şəhərində və ətraf rayonlarda hiss olunub.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar