Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Əllərin nə yaman qırışıb sənin, don vurub saralan yarpaqlar kimi " :Eyvaz ƏYYUB (ŞEİRLƏR)

Tarix: 17-10-2017 10:14     Baxış: 21 274 A- / A+
"Əllərin nə yaman qırışıb sənin, don vurub saralan yarpaqlar kimi "


Manevr.az gənc şair Eyvaz Əyyubun şeirlərini təqdim edir:

Kimi

Əllərin nə yaman qırışıb sənin,
Don vurub saralan yarpaqlar kimi.
Əlindən tutanda əllərim dondu,
Qışda buz baqlayan buzlaqlar kimi.

Ayrıldıq o vaxtdan gözlərin yaşdı.
Bəs belə yaşamaq de, sənə xoşdu?!
İndi də tənhasan, ətrafın boşdu,
Sakini olmayan otaqlar kimi.

Yenə də havadan hicran yağırdı,
Kimi islanırdı, kimi baxırdı.
Məni görən kimi rəngin ağardı,
Yazı yazılmamış varaqlar kimi.

Etdiyin əməllər yolunu kəsir,
Səni özlərinə eyləyir əsir.
Ümidün qırılır, əllərin əsir,
Piltəsi qurtaran çıraqlar kimi.


Bir cüt əsgər çəkməsi

Bu bir cüt əsgər çəkməsi şeiri 2010-cu ildə Kəlbəcərdə məhşur fotoqraf Charles O'Rearin çəkdiyi və ilin şəkli seçilən çəkmələrə yazılıb.

Dözümün də bizdən çoxmuş,
Gözdəməkdən bezməyirsən.
Sığınıb dogma torpağa
Kök atmısan, gəzməyirsən.

Sahibini soraqlayıb,
Ağacdan, güldən sorursan.
Bəlkə bir gün dönər geri
Deyib xəyallar qurursan.

Yurd daşında silahsız da,
Yaraqsız da yaşıyırsan.
Düyünlənən dərdimizi
Qaytanında daşıyırsan.

Bir əsirn dördən birin
Yola saldın, hələ sağsan.
Bir vətən daşıdır yerin,
Göyərən qara torpaqsan.

Nədir səni isti tutan?
Qışda soyuqdan donmadın,
Yayın qızmar günəşində,
Nə yaxşı ki, sən yanmadın.

“Gedbdir bir ordu bada”,
Qoşundan üstün olmusan.
Yanında bir palıd sınıb,
palıddan mətin olmusan.

Canında var hələ təpər,
Yolumuzu gözləyərsən.
Meşənin lal sükutunda,
Dil açarsan, söz deyərsən.

Kəlbəcərin torpağıdı,
Sənə qüvvət, dözüm verən.
Durduğun yer qucağıdı,
Xoşbəxtsən, ay orda duran.

El yanında üzün ağdı,
Fələk bəxtin qara yazıb.
Bəlkə də sahibin sağdı,
Haradasa yolunu azıb.

Sən ayaqdan yetim qaldın,
Mən isə vətəndən yetim.
Sən meşədə məskən saldın,
Bəs mən hansı səmtə yetim?!

Sazım qaldı Kəlbəcərdə

Şair Elşən Əzim Kəlbəcər xatirələridən danışarkən deyirdi ki, ən çox ona görə kövrəlirəm ki, sazım Kəlbəcərdə qaldı, gətirə bilmədim.

Neçə ildi bahar gəlmir,
Yazım qaldı Kəlbəcərdə.
Çiçəklərə naz satardım,
Nazım qaldı Kəlbəcərdə.

Həsrəti sözə düzürəm,
Əlimi yurdan üzürəm.
Şeirimə söz gəzirəm,
Sözüm qaldı Kəlbəcərdə.

Əkdiklərim burda bitmir,
Əlim bara daha yetmir.
Əzablara tab gətirmir,
Dözüm qaldı Kəlbəcərdə.

Qucaqlayıb bir yatdığım,
Təzənəylə oyatdığım.
Simin qırıb, ağlatdığım,
Sazım qaldı Kəlbəcərdə.

Bu nə nalə, bu nə səsdi,
Ay Eyvaz, dözdüyen bəsdi..
Murov aramızı kəsdi,
Gözüm qaldı Kəlbəcərdə.

Kəlbəcərdə şair olmaq çətindi

Bəsdi, qardaş, mənə şair söyləmə,
Yalan-yalan tərifləri eyləmə.
Mən şair deyiləm, şairsən demə-
Kəlbəcərdə şair olmaq çətindi.

Qələm üzə durub, elə yaz deyir,
Bəlkə şair oldun, biraz döz deyir.
Yerindən qalxan da hamı söz deyir,
Kəlbəcərdə şair olmaq çətindi.

Kölgədə qaldıqsa yazmayaq şeir.
Axı beləliklə olmaz ki, şair.
Çoxları özünə şairəm deyir,
Kəlbəcərdə şair olmaq çətindi.

Yurdumun şairə yox ehtiyacı,
Ənvərim, Bəhmənim şeirin tacı.
Sözlərim çoxuna gələcək acı,
Kəlbəcərdə şair olmaq çətindi.

Eyvaz həvəskardı, şair ki deyil,
Mən şeir yazmağa salmadım meyl.
Mənə şair deyən qəflətdən ayıl,
Kəlbəcrdə şair olmaq çətindi.

Çoban

Əzablardan yoğrulubdu,
Qayğıları olan çoban.
Rahat nədi tanımayır,
Ayaq üstə yatan çoban.

Cəmiyyətdən düşüb uzaq
Yandırıb üz gözün sazaq.
Daş çəhmədə donub ayaq,
Ömrü günü viran çoban.

Bəzən yağış, dolu vurar,
Sürünün yanında durar.
Göy də , yer də onu yorar.
Ən zəhmətkeş insan çoban.

O, halaldan tutub maya,
Qarşısında dözməz qaya.
Kim qana, kimi duya,
Heç vaxt bilməz yalan çoban.

Ola bilməz

Kişilik insanın qanından gələr,
Kişi söz gəzdirsə ər ola bilməz.
Aslan kölgəsində yatan çaqqaldan,
Nə pələng, nə dəki şir ola bilməz.

Başla bismillahla, getdiyin yola,
Diqqət et sağına, həm də bax sola.
Haram maya ilə çoxalan pula,
Ondan sərvət olmaz, var ola bilməz.

Daldalan uğursuz əsən xəzəldən,
Bu el misalıdı olub əzəldən.
Şan, şöhrət xəstəsi olan gözəldən,
Ömür gün yoldaşı, yar ola bilməz.

Mənim ol, mənim.

Səndən çox şey istəmirəm mən yazıq,
Açılan sabahım, günüm ol, mənim.
Qayğına mən qalım, nazını çəkim,
Bu geniş dünyada mənim ol, mənim.

Canın üçün hər gün sənə gələrəm,
Yeri gəlsə səndən ötrü ölərəm.
Yaxşı nə var sənin üçün dilərəm,
Yaşama səbəbim, canım ol, mənim.

Sənin eşqin ilə səndən güc alım,
Bircə öpüş yanağındann borc alım.
Mən Eyvazam, ömrü sənlə qocalım,
Səndə ki saçımda dənim ol, mənim.

Gedirəm

Çıxıb gedəcəyəm mən bu şəhərdən,
Sənin xəyalın da getməyən yerə.
Baxıb hər küçədə xatirələrə,
Köç edib gedəcəm yad bir şəhərə.

Baxıb pəncərəndə yanan işığa,
Əlvida söyləyib sakit gedəcəm.
Gecə də gecədən keçdiyi zaman,
Şəhər yatan vaxtı xəlbət gedəcəm.

Mənim gedişimə dözməyib səma,
Bulud da gözünü sıxacaq o gün.
Yayın oğlan çağı tökülən yağış,
Tək səni yandırıb yaxacaq o gün.

İlan vuran yatar, sənsə yatmarsan,
Bilə bilmiyəcən nə olub sənə.
Sinən nəfəsini tanımıyacaq,
Deyəssən, ilahi, nə olub mənə?!

Düşüb bu şəhərin küçələrinə,
Məni axtaracan, məni gəzəcən.
Axtarıb-axtarıb tapmayanda da,
Özün özlüyündən onda bezəcən.

Kəndim ağlayır

Anam səhər yuxudan durub dedi ki, yuxuda kəndə getmişdim, kənd talan olub

Bu gecə duyğular apardı məni,
Getdim Kəlbəcərə, gördüm, ağlayır.
Başdan başa qərq olmuşdu kədərə,
Quzey, güney, bərəm, bəndim, ağlayır.

Gördüm elim yoxdu çəkildim dara,
Bu dərd ürəyimə vurdu min yara.
Mən ki, öz kefimdən gəlmədim bura,
Sinəmi göynədən dərdim ağlayır.

Hay-haray qoparıb qayıt söyləyən,
Ta bəsdir, həsrətə son qoyun deyən.
İllərdi həsrətlə elin gözləyən,
Gül çiçək qoxuyan "Çatım"* ağlayır

Hər günü həsrətlə yaş töküb, duran,
Yol azmış insan tək perikib, duran.
Dağların qoynunda ah çəkib, duran,
XOLƏZƏK adında kəndim ağla yır.

("Çatım"-Kəlbəcər rayonu Xoləzək kəndində yaylaq yerinin adı)

Gedirəm

Yetişdi ta vədə, getmək vaxtıdı,
Bəlkə görüşərik, deyib, gedirəm.
Bir belə çiçəkdən birin dərməyib,
Gördüyüm kimi də, qoyub, gedirəm.

Təzəcə çatmışdıq ildırım çaxdı.
Bizi görən bulud gözünü sıxdı.
Bu necə görüşdü, bu necə baxdı,
Ağlayıb, dizimə döyüb gedirəm.

İndi el, obasız olmuşuq viran,
Varmı köçkünlərin halını duyan.
Bizi yurdumuzdan didərgin salan,
Mənfur Ermənini söyüb gedirəm.

Sənsən

Yuxu da getməyir gözümə mənim,
Yuxusuz gecəmin səbəbi sənsən !
Yazdığım, hər misra, hər şeir ki var,
Yazılma məqsədi, həm təbi sənsən.

Səni düşünürəm, hər an, hər saat,
Hardasan? gəl mənim ünvanıma cat.
Suallar beynimdə yığıldı qat-qat,
Bütün sualların cavabı sənsən .

Dalıb xəyallarda sənə gəlirəm,
Dərdimi, qəmimi sənlə bölürəm.
Mən bütün sözləri səndə bilirəm,
Yazdığım şeirin kitabı sənsən!!!

Mən səni sevirəm demədim axı?!

Bu nə imtahandı, bu nə sınaqdı?!
Mən səni sevirəm demədim axı.
O vaxtdan ürəyim yanında qaldı,
Mən səni sevirəm demədim axı.

Deyirdim, çiçəyim, gülüm olasan,
Deyirdim, danışan dilim olasan,
Deyirdim, sevdiyim elim olasan,
Mən səni sevirəm demədim axı.

Bilmirəm, bəlkə də üzümdən duydun,
Sənə atmacalı sözümdən duydun.
Yoxsa sevgi dolu gözümdən duydun?!
Mən səni sevirəm demədim axı.

Bu sevda qalacaq yarıda, gülüm,
Görünmür baxçası-barı da, gülüm.
Çətin ki, bizləri yarıda, gülüm.
.Mən səni sevirəm demədim axı?

Eyvazam, həsrətdən gül kimi soldum,
Bahar buludu tək yağışla doldum.
Bəs niyə bu yaşda tək, tənha qaldım?!
Mən səni sevirəm demədim axı.


Eyvaz ƏYYUB

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar