Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

"SAYIQLIQ əvəzinə BAŞISOYUQLUQ etdik" -Rəhman ORXAN yazır

Tarix: 13-10-2017 21:37     Baxış: 4547 A- / A+
"SAYIQLIQ əvəzinə BAŞISOYUQLUQ etdik"
Acı da olsa, həqiqət budur: bəzilərimizdə heç bir siyasi sayıqlıq, lazımi qədər geniş düşüncə yoxdur. Çünki özümüz üçün yox, bilməzlikdən, ya qəsdən düşmən tərəfi üçün "işləyirik"!

Çox-çox təəssüflər ki, X siniflər üçün builki “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritə neçə gündür ki, saytlarda tirajlanmaqda davam edir. O bədnam xəritə hər yerdən TƏCİLİ silinməlidir.

Çünki bu boyda ölkənin tarixçiləri, ziyalıları yığışıb SAYIQ-lıq göstərmək istədilər, ancaq həmin xəritəni saytlarda geninə-boluna verməklə qaş düzəldən yerdə vurub "gözü" də çıxartdılar. SAYIQ-lıq əvəzinə başıSOYUQ-luq etdik.

Çox istədim ki, o bədnam, murdar "ARMENİYA" sözü yazılmış xəritəni saytlarda göstərməyək, ermənilərin əlinə girəvə verməyək. Və indi SAYIQ-lığı itirməyimiz, bacarmamağımız, kiminsə səhvini tutmaq, cəzalandırmaq üçün "canfəşanlıq" etməyimiz, bilirsinizmi, nə ilə təhlükəlidir? Yəqin ki, ermənilər əlüstü həmin xəritənin şəklini saytlarımızdakı görüntüləri ilə birlikdə çəkdilər və indi bütün dünyaya bar-bar bağıracaqlar ki, baxın, azərbaycanlılar özləri "dokumentalnı-subutalnı" etiraf edirlər ki, Azərbaycanın indiki bütün ərazisi vaxtilə Ermənistan ərazisi olub. Axı, xaricdəki "ermənipərəstlər" orda azərbaycanca yazılanları, şərhi oxuya bilməyəcəklər və buna heç səy də göstərməyəcəklər, istəməyəcəklər də. Onlar vizual olaraq ilk növbədə xəritəyə baxacaqlar və görəcəklər ki, "həqiqətən" Azərbaycan özü təsdiq edir ki, o torpaqlar Ermənistanın olub. Bunumu istəyirdiniz, cənab tarixçilərimiz, alimlərimiz, digər ziyalılarımız? Niyə bu düzəlişi səssiz-küysüz, sakitcə eləmək istəmədiniz? Gərək o başabəla xəritənin şəklini də verəydiniz saytlarda? Niyə düşmən dəyirmanına su tökürsünüz? Niyə daşnakların necə reaksiya verəcəyini zərrəcə də nəzərə almadınız və indi ölkəmizi, xalqımızı çıxılmaz vəziyyətdə qoyursunuz?

Axı, bu alçaq erməni hələ nə vaxta qədər deyəcək ki, "müsəlmanın sonrakı ağlı mənim olaydı"?.. Hərgah indi deyəsən, heç "sonrakı ağlımız" da yoxdur.

...Yaxşı olardı ki, o bədnam, əleyhimizə olan xəritə saytların səhifələrindən təcili, təxirə salınmadan çıxarılaydı və onun müzakirəsi ancaq müvafiq elmi və təhsil idarələrində aparılaydı.

Rəhman ORXAN.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar