Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hüquqşünas qadın: “Məni fahişə ilə səhv salırlar – çünki qarayam”

Tarix: 07-08-2016 01:11     Baxış: 31 046 A- / A+
Hüquqşünas qadın:

Monica Valeria Goncalves Braziliya paytaxtı Braziliada yaşayan yüksək ixtisaslı hüquqşünasdır. O varlıdır, hakimlə evlidir və yüksək kübar çevrələrdə dolaşır. Lakin deyir ki, bütün bunlara baxmayaraq, yenə də tez-tez irqçiliyə məruz qalır.

47 yaşlı Monica Valeria Goncalves-in iki universitet dərəcəsi var. O, Braziliada hüquq müşaviri işləyir və hakimlə evlidir.

Əslən Rio de Janeyrodan olan bu qadın məzuniyyətini həm Braziliyada, həm də xaricdə keçirir. O, bahalı restoranlarda olur və müstəsna sosial tədbirlərdə iştirak edir. Braziliya paytaxtının ən imtiyazlı məhəllələrindən birində yaşayır.
Qısası, onun həyatı Braziliya əhalisinin 1 faizini təşkil edən superzənginlərdən heç nə ilə fərqlənmir.
Yeganə fərq dərisinin qara olmasıdır. O çox vaxt dəbdəbəli mərasimlərdə yeganə qaradərili və ya yeganə ev qulluqçusu olmayan şəxs olur.

O, ərini müxtəlif tədbirlərdə müşayiət edəndə adamlar elə bilirlər ki, ərinin katibəsidir.

“Onlar məni çox vaxt səhv salırlar. Elmi çevrələrdə qaraları qulluqçuluq edən, dərs deyən və qəbul masasında işləyən görmək olar. Lakin bundan başqa mən bir nəfər də olsun qaradərili tələbə görməmişəm” – deyə izah edir Goncalves.
Lakin onu ən çox sarsıtmış insident 22 il əvvəl, o Fortalezada bal ayını keçirəndə baş verib.

“Bir kişi mənə toxundu və açıq-aşkar təklifdə bulundu. Mən qorxdum və qışqırdım. O üzr istədi və dedi ki, məni ağ kişinin yanındakı fahişə ilə səhv salıb – deyir qadın, - Onun heç ağlına da gəlməyib ki, bu kişi mənim ərim ola bilər və mənim özüm isə hüquq fakültəsinin məzunu, müstəqil qazancı olan birisi ola bilərəm. Çünki onun aləmində həmin yerdə başqa cür qaradərili qadın ola bilməzmiş” – deyir qadın.

Monica öz ailəsində sosial mənsəb nərdivanı ilə dırmanan yeganə şəxs olub. Buna nail olmaq üçün çoxsaylı əngəllərdən aşmaq lazım gəlib.

“Bütün həyatım boyu gördüyüm hər işdə ən bacarıqlı olduğumu sübut etmək lazım gəlib. Əgər belə etməsəydim, mənə həm gördüyüm işə, həm də dərimin rənginə görə qiymət qoyulacaqdı, – deyir vəkil qadın. - Bütün əmək fəaliyyətim boyu baş vəkil olduğum iki prosesdə hakimlər qara olub. Sanki yalnız qara hakimlər mənim təcrübəmə bel bağlaya bilərdilər. Bu niyə belə olur?”

O deyir ki, hazırkı sosial vəziyyəti bəzi situasiyalarda “xurafatı yumşaldır” və onunla daha lütfkar davranırlar. Amma əksər yerlərdə o daha pis irqçiliyə tuş gəlir.
“Məsələn, mən mağazada bir şeyin qiymətini soruşanda, üzümə baxıb qiymət əvəzinə həmin şeyin “çox baha" olduğunu deyirlər – söyləyir Goncalves. - Mən hiss edirəm ki, onlara mənim barəmdə düşündüklərinin əksini isbat etməliyəm”.

Monica və Carlos qızları Leticia ilə birlikdə paytaxt Brazilia ətrafındakı dəbdəbəli Lago Sul məhəlləsində yaşayırlar

İndilik xanım Goncalves tünd dərili olaraq Brazilianın ən zənginləri arasında yaşamaqdan narahat deyil, onu gələcək narahat edir.
Onun səkkiz yaşında qızı var. Ana öz qızının gələcəyini daha bərabər cəmiyyətdə görmək istərdi.

Onun qızı Leticia ənənəvi ikidilli özəl məktəbdə oxuyur. Qız orada da istisna sayılır.
“Məktəbdə 200 uşaqdan yalnız ikisi qaradır: mənim qızım və ev qulluqçusu olan başqa bir adamın qızı” – deyir o.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar