Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hakimiyyət Milli Şuranın mitinqinə gedənləri cəzalandırmağa başladı

Tarix: 03-10-2017 13:55     Baxış: 4559 A- / A+
Hakimiyyət Milli Şuranın mitinqinə gedənləri cəzalandırmağa başladı

İqtidar Milli Şuranın 23 sentyabr mitinqində iştirak edən büdcə çalışanlarına, tələbələrə, tibb personalına və müəllimlərə qarşı cəza tədbirlərinə başlayıb.
Bu barədə musavat.com-a son iki gündə ən azı, 10 şikayət daxil olub. Şikayətlər müxtəlif büdcə təşkilatlarında çalışanlar və tələbələrdən gəlib. Onlar saytımızın poçtuna yazırlar ki, rəhbərlk (rektorat) hansısa yolla onların mitinqdə iştitakını təsbit edib; daha doğrusu, rəhbərliyə onların mitinqdə iştirakını təsdiq edən foto və video sübutlar təqdim olunub. Bunun əsasında da Milli Şuranın mitinqinə qatılan vətəndaşlara qarşı iş və təhsil yerlərində təzyiq və cəza tədbirləri başlayıb. Artıq hətta iş yerini itirənlər də var.
Xatırladırıq ki, musavat.com 23 senyabr mitinqinə iqtidarın Milli Şuradan daha ciddi hazırlaşdığını yazmışdı. Məlumatda göstərilirdi ki, hakimiyyətin xüsusi tapşırığı əsasında universitet, orta məktəb, səhiyyə sistemi və bütün kateqoriyadan olan büdcə təşkilatlarında Milli Şuranın mitinqinə qatılma ehtimalı və potensialı olan hər kəs bəri başdan siyahılaşdırılır.
Mitinq keçiriləcək meydana – "Məhsul" stadionuna isə xüsusi kameralar quraşdırılır. Əsasən giriş-çıxış nöqtələrinə quraşdırılan kameralar üztanıma proqramlarına qoşulub. Bütün bu fəaliyyət nəticəsində mitinqdən dərhal sonra cəza tədbirləri işə düşəcək. Bununla da hakimiyyət Mili Şuranı və bütövlükdə yay yuxusuna dalan müxalif düşərgənin elektoratını daha da zəiflətməyi, mitinqlərə qatılan, yaxud da gələcəkdə də qatılmağı düşünən vətəndaşları qorxudaraq, çəkindirməyi hədəfləyir. Görünən budur ki, artıq bu məlumat doğrulmaqdadır.

Xatırlayırsınızsa, Milli Şuranın 8 aprel mitinqindən sonra da musavat.com iştirakçılara qarşı iqtidar tərəfindən sərt cəzalar veriləcəyindən yazmışdı.

Bu məlumatlar da prosesin sonrakı gedişində özünü tamamilə təsdiqlədi. Hətta cəza alanların böyük bir siyahısı da yayınlandı.

Məlumata görə, gözlənilən 7 oktyabr mitinqinə münasibətdə də hakimiyyət eyni məqsədlə monitorinqlər aparacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar