Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı turnirində mənə qarşı haqsızlıq oldu -FOTOLAR

Tarix: 05-09-2017 09:10     Baxış: 3827 A- / A+
Bakı turnirində mənə qarşı haqsızlıq oldu

Manevr.az-ın qonağı Çoxmübarizəli idman döyüş növləri üzrə Azərbaycan çempionu və Dünya çempionu, gənc idmançı Aqil İsmayılovdu. Müsahibimiz gənc olmağına baxmayaraq uğurlu döyüşləri ilə yadda qalıb.

-Son illərdə gənclər peşə olaraq daha çox idmanı seçirlər. Bu maraqdır, yoxsa idmana gəlir mənbəyi kimi baxırlar?

-Əslində gəlir məsələsi müəyyən müddətdən sonra olur. Əvvəlcə zəhmət çəkməlisən, ondan sonra gəlir məsələsi olmalıdır. İdmanda ilkin addım atanlar Olimpiya çempionları və Dünya çempionlarının yaşam tərzini görüb qazanc tərəfini fikirləşirlər. Ancaq bütün işlər kimi idmanda da maraq mütləqdir. Maraq olmasa yüksək nailiyyət də əldə etmək olmaz.

- Bəxti gətirən idmançılarla özünü müqayisə etmək nə dərəcədə doğrudur?

-Təbii ki, doğru deyil. İdman şansı deyilən məsələ var ki, o da hər idmançıya qismət olmur.

-Bəs sizdə necə, idman şansı uğurlu olub?

- (Biraz fikirləşəndən sonra) Deyərdim ki, şansım gətirib. Ancaq bizim idman sahəsi elədir ki, burda maddi tərəf o qədər də ürəkaçan deyil. Bu idman növü qeyri- olimpiya idman növünə daxil olduğu üçün maddi imkanlar da geniş deyil.

-Çoxmübarizəli idman döyüş növlərinin qeyri- olimpiya idman növünə daxil olmağı bacarıqlı gənclərin şansını azaldır?

- Əslində hardasa təsirsiz ötüşmür. Ancaq burda sponsor da vacib məsələdir. Bu olmayanda şanslar da azalır. Yarışlara qatılmaq madiyyat tələb edir. Dövlət tərəfindən Federasiyalara pul ayrılmadığı üçün, onlar da qeyri-olimpiya idman növünə daxil olan oyunları maliyyələşdirmirlər.

-.Şansı gətirməyən idmançıları uğursuz idmançılar adlandırmaq olar?

- Şansı gətirməyən idmançılar var. Bunlardan biri də Fərid Mansurovdur. Dünya çepmionu olub, ancaq Avropa çempionatında bəxti gətirməyib. Aldığı zədələr imkan vermədi ki, o çempion olsun. Belə idmançılar çoxdur. İdman şansı da idmanda böyük rol oynayır.

-Bildiyimiz qədəri ilə bu aralar idmandan kənarlaşmısınız…

-Bəli, biraz zədələrim var idi. Bir müddət uzaqlaşdım, çünki səəhhətim üçün belə vacib idi. İndi yenə məşqlərə başlamışam. Dünya çempionatına hazırlaşıram.

-Çox gümanki ənənəvi olaraq sizi də idmana valideynlər çəlb edib…

-Əslində idmanla məşğul olmağımdan atamın xəbəri olmayıb. Bizim idman sahəsində boksdan da, güləşdən də, karatedən də istifadə olunur. Ancaq ilk idman məşğuliyyətim karate olub. Biz 3 mərhələ keçirik: bıçaqla və əlçəklə döyüş növü olur. Burda birinci mərhlədə bıçaqla vurulan zərbələr “xal” olaraq hesablanır. İkinci mərhələdə güllə atıcılığıdır. Üçüncü mərhələdə isə yumruq-təpiklə (əlbə-yaxa) döyüş olur

- Bu üç mərhlənin hansında daha çox uğurlu nəticəniz olur?

- Mənim üçün daha rahat 3-cü mərhələdir. Ancaq güllə atıcılığını (2-ci mərhələni) da sevirəm.

-İdmanı seçməsəydiniz hansı peşənin sahibi olardınız?

-Ya ədəbiyyatçı olardım, ya da riyazıyyatçı. Çünki hər ikisini də yaxşı oxuyurdum.

-Kimləri oxuyursunuz?

-Ən çox dedektiv əsərləri oxuyuram. Daha çox müasirləri oxuyuram.

-İşiniz idmanla məşğul olmağa şərait yaradır.

-İşim də idmana yaxın sahədir. İşdə də idmanla məşğul olmaq üçün şərait yaradırlar ki, mən vaxtından tez idman zalına gedim və özüm üçün əlavə məşq edim. İdmansız özümü təsəvvür edə bilmirəm. Mən 2-3 gün idman zalına getməyəndə elə bilirəm ki,həyatımda nələrsə qaydasında deyil.

-Buna vərdiş deyək, yoxsa idmana sevgi?

-Yəqin ki, ən birinci vərdiş. Əlbəttə ki, iş üçün sevgi də önəmlidir. Bu işə marağım olmasa həmin işlə məşğul da olmaram. Məşq etdiyim saatlarda başqa iş arxasınca gedəndə elə bilirəm ki,nəsə düz iş görmürəm.

-Yeri gəlmişkən, indi məşq vaxtınız deyil ki?

- (Gülür) Xeyr, məşq səhər olur. İndi isə günortadır.

-Çox gümanki sevdiyiniz idmançılar olub…

-Uşaqlıqdan Mayk Taysonu bəyənirdim. Mənim üçün mükəmməl idmançıdır. Onun döyüşlərini maraqla izləyirdim.

-İdmanda uğur qazanmağın yolu nədir?

-Ən birinci özünə qalib gəlməlisən. Məşqdən yayınmaq üçün bəhanə etməməlisən. Bu sahəyə sevgi ilə yanaşmalısan.

-İdman şəxsi həyatınıza mane olur?

-Şəxsi həyat deyəndə bunu deyə bilərəm ki, bəzən elə olur ki, məşqlər çox olur dostlara vaxt ayıra bilmirəm. Buna görə də küsüb-inciyənlər olur.

-Qolunuzun gücünü idman zalından kənarda sınamısınız?

-Təxminən 4-5 dəfə olub. Ancaq məcburiyyətdən olub. Son həddə istifadə etmişəm. Qətiyyən küçədə qol gücü yoxlamağın tərəfdarı deyiləm.

-Döyüşlərdə hakimlərdən haqsızlıq görmüsünüz?

- Bakı turnirində mənə qarşı haqsızlıq olmuşdu. Rəqibim əl zərbələrində daha aktiv idi. Mən də güləş fəndində onu yıxıb saxlayırdım. Ancaq hakim mənə xal vermirdi. Fasilə vaxtı məşqçim dedi ki, sən ancaq nakaut etməklə qalib gələ bilərsən. Mən də son gücümü toplayaraq nakautla qalib gəldim.

-Yadda qalan uğurlu və uğursuz döyüşlərinizi xatırlayırsınız?

- Bir müddət kikboksinglə məşğul olurdum. Bundan ayrılandan sonra Çoxmübarizəli idman döyüş növləri üzrə Azərbaycan çempionatı başlamışdı. Mən də 4-5 ay idi bu idman növü ilə məşğul idim. Orda yarımfinala çıxdığım insan Avropa çempionu idi, həm də boy fərqimiz də var idi. Vacib məqamlardan biri də rəqibin bu sahədə məndən daha təcrübəli olması idi. Bu səbəbdən mənə məsləhət gördülər ki, döyüşməyim. Ancaq əksinə, kənardan deyilən etirazlar mənə daha da güc verdi. Qalib olmaq şansım az olduğu bir vaxtda mən çempion oldum. Bu mənim yadda qalan uğurum idi. Dünya çempionatında rəqibim zəif idmançı idi. Qələbə qazanmağıma tam əmin idim. Öz səhvimə görə həmin zəif idmançıdan zədə aldım. Bu uğursuzluqda isə özümü günahlandırıram.

-Yaxın gələcəkdə hansı yarışlara hazırlaşırsınız?

-Oktyabr ayında Dünya çempionatı başlayır, ora hazırlaşıram. Ancaq gedib- getməməyim isə sponsora bağlıdır. Əgər sponsor olsa, çempionatda iştirak edəcəm.

Əntiqə Səməndər

Manevr.az

Bakı turnirində mənə qarşı haqsızlıq oldu
Bakı turnirində mənə qarşı haqsızlıq oldu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar