Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

Tarix: 12-08-2017 16:05     Baxış: 4499 A- / A+
"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm"


Oxucumuz Afət Ağarəhim qızı Şəfiyevanın Manevr.az-ın elektron poçtuna göndərdiyi şikayət məktubunu təqdim edirik:

Azərbaycan Respublikasının Təhsil Naziri
Mikayıl Cabbbarov cənablarına
Surəti: Təhsil Nazirinin müavinləri Fürudin
Qurbanov və Ceyhun Bayramov
cənablarına


"Mən, Şəfiyeva Afət Ağarəhim qızı 2005-ci ildən Sumqayıt şəhər 11 saylı məktəbdə inkluziv sinifdə (xüsusi qayğıya ehtiyacı olan usaqlara təhsil) müəllim köməkçisi vəzifəsində çalışmışam. 2011-ci ildə 8 saat dərs yükü olmaqla müəllim keçmişəm. 2014-cü ildə dərs saatımın az olması ilə əlaqədar yenidən inkluziv sinifdə müəllim köməkçisi vəzifəsinə keçmişəm. (analıq məzuniyyətinə çıxan müəllim köməkçisinin yerinə keçmişəm).
2016-ci ilin oktyabr ayinda Təhsil Nazirliyindən lahiyənin müddətinin bitməsi ilə bağlı məktub göndərildi. Bununla əlaqədar 2017-ci il yanvar ayında mən öz ərizəmə əsasən, məktəbdaxili əmrləşmə ilə yenidən dərs saatına qayıtdım (6 saat). Təbii ki, bu əmək haqqıma təsirsiz ötmədi. Aldığım 230 manat əmək haqqı, 96 manat oldu. Hələ bu azmış kimi Nazirlik məni, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak etməyimə icazə vermir. Məgər diaqnostik qiymətləndirmə müəllimlər üçün nəzərdə tutulmayıb? Əgər Nazirlik məni müəllim hesab etmirsə, niyə mənə dərs saatı verilir? Təhsil Nazirliyindən bildirib ki, mən MİQ-ə imtahan verməliyəm.
Müddətsiz müqavilə ilə 12 il fasiləsiz pedaqoji stajlı, həm xüsusi qayğıya ehtiyacı olan şagirdlərə, həm də 4 il dərs saatı ilə (2011-2014) şagidlərə təhsil verən müəllimənin MİQ-ə göndərilməsi nə qədər doğrudur ? Nazirlik bununla nə demək istəyir? Əgər mənim savadıma şübhəsi varsa, niyə məni DQ-yə göndərmir?
Dəfələrlə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazovun qəbulunda olmuşam. Hər dəfə də bir cavab almışam. Gah məni ixtisasıma görə (ibtidai sinif müəllimi) yerləşdirir, gah diaqnostik qiymıtləndirmədə iştirak etməməyimi, əsas gətirib mənə yığma dərs saatı verir, gah da məni MİQ-ə göndərir...
Sumqayıt şəhər 11 saylı məktəbin direktor əvəzi İlahə xanım Həsənzadə isə, ixtisasıma görə yerləşməməyimin səbəbini diaqnostik qiymətləndirmədə iştirak etməməyimlə əlaqələndirir və 6 saat dərs verəcəyini bildirir. Halbuki, mən DQ-də iştirak etmək üçün dəfələrlə ŞTŞ-nə və Təhsil Nazirliyinə müraciət etmişəm.
Cənab Nazir, diqnostik qiymətləndirmədə iştirak etmək üçün sizə ərizə ilə müraciət etmişəm. Aprel ayında cənab Fürudin Qurbanovun qəbulunda olmuşam. Fürudin müəllim az müddətdə problemimin həll olunacağını bildirib. Lakin hələ də bir nəticə yoxdur.
Yenidən Fürudin Qurbanovun qəbuluna yazılmaq üçün Nazirliyə müraciət etmişəm. Lakin Nazirliyin Qəbul şöbəsindən mənim Fürudin müəllimin qəbuluna yazılmağıma icazə verilməyib. Mən təhsil işçisiyəm, Fürudin Qurbanov isə Təhsil Nazirinin müavinidir. Maraqlıdır, niyə mən Fürudin Qurbanov isə Təhsil Nazirinin müavinidir. Maraqlıdır, niyə mən Fürudin müəllimin qəbuluna yazıla bilmərəm?
Cənab Nazir, mən qaçqın ailəsiyəm. Həmişə möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci Vitse Prezident Mehriban xanım Əliyevadan diqqət, qayğı görmüşük, bu günə qədər də görməkdəyik.
Cənab Mikayıl Cabbarov, Sizdən diqqət, qayğı gözləmirəm. Sadəcə olaraq, icazə verin mən Şəfiyeva Afət Ağarəhim qızı müəllimlərin bilik və bacarıqlarının diqanostik qiymətləndirilməsində iştirak edim. Buna mənim hüququm var.
Öncədən Sizə təşəkkür edirəm!"

Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 18, mənzil 23-də yaşayan Şəfiyeva Afət Ağarəhim qızı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar