Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Əxlaq dəyərlərinin qorunması baxımından Azərbaycanda yeganə yer Naxçıvandı"

Tarix: 03-08-2017 15:42     Baxış: 41 051 A- / A+
"Əxlaq dəyərlərinin qorunması baxımından Azərbaycanda yeganə yer Naxçıvandı"

Son günlərdə media manşetinə çevrilən baş vermiş təcavüz hadisəsinin bu qədər rekord yığmaq və öz izlənmə sayını artırmaq üçün müxtəlif saytlar tərəfindən iyrəncliklə yararlanması qəzəb doğurucu haldır. Bəs deyilmiş kimi ,natamam, əsassız məlumatlarla tələm-tələsik yayımlanmış yazılarda bu hadisə sanki Naxçıvan elinə, naxçıvanlılara xas bir davranırmış kimi qabardılır. Unutmamalıyıq ki, biz hamımız bir cəmiyyətin fərdləriyik və hər kəs yaxşı, hər kəs pis olacaq deyə bir şərt yoxdur.
Necə deyərlər, hər yerin pisi də var, yaxşısı da.
Bu yazıları yazan insan düşünməlidir ki, nizam-intizamın, qayda-qanunun, insan münasibətlərinin, əxlaq dəyərlərinin qorunması baxımından bütün Azərbaycanda yeganə nümunəvi yer elə məhz, Naxçıvandır. Naxçıvan camaatı əsrlər boyu özünün dürüstlüyü, qeyrəti və düşüncəsiylə hər zaman seçilən və hörmət olunan insanlar olub. Yaşanmış hadisəni bir qarayaxma kimi bu elin, bu torpağın adına çıxmaq, böyük hərflərlə “NAXÇIVANDA BAŞ VERMİŞ TƏCAVÜZ HADİSƏSİ” yazmaq ikrah doğurucu hadisədir. Biz elliklə bu hadisənin ağrısını, acısını o körpə və onun yaxınları ilə bərabər yaşayırıq. Bu hadisəni törədən ” içimizdəki erməni”ni lənətləyirik.
Körpə yaxınlarından birinin instaqram səhifəsində paylaşdığı bu sözlər bir daha sosial saytların murdar və özxeyrlərinə olan davranışlarını bütün çılpaqlığı ilə ifşa edir:
“Vicdansızların yalandan öldürdüyü uşaq yanımdadır, heç nə olmayıb, böyütməyin söhbəti. Bakı saytları reytinq qırmaq üçün hər yola əl atırlar”.
Uşağın əmisi tərəfindən paylaşılmış bu status əslində sizin özünüzə qazandığınız nifrətdi, ay vicdanını işinə qatmayan” reytinq acları”!!!

Bir Naxçıvanlı qadın, ana olaraq cəmi Naxçıvan anaları adından, qadınları adından bu hadisəni şiddətlə qınayırıq. Körpə balamıza öz balamız kimi yanırıq.
İnsanlıq şüurnu itirmiş TƏCAVÜZKARın layiqli cəzasının verildiyinə və veriləcəyinə inanırıq, biz öz dövlətimizin ədalətinə inanırıq!
Ümid varam ki, bu yazı bir çoxlarınla layiqli cavab olacaqdır.

Gülsadə İBRAHİMLİ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar