Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu planet onun üzərində yaşayan hər kəsindir" - "Təhsil" Cəmiyyətinin sədri: "Plüralizm bəşəriyyətin yeganə xilas yoludur"

Tarix: 06-09-2016 11:27     Baxış: 3586 A- / A+
Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bununla bağlı ölkədə müxtəlif tədbirlər və layihələr həyata keçirilir.

"Bu planet onun üzərində yaşayan hər kəsindir"

Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətinin sədri, Azərbaycan Texniki Universitetinin dosenti Nuğay Əliyev Manevr.az saytına verdiyi müsahibədə bu ideyanın mahiyyətinə aydınlıq gətirib.

- Nuğay müəllim, multikulturalizmi bir ideya kimi necə şərh edərdiniz?

- Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü multikulturalizm və plüralizm ideyası bütün dünyaya, dünya xalqlarına və dövlətlərə, onların rəhbərlərinə yönəlmiş bir çağırışdır, bir tövsiyədir. Burada bir amili xüsusi vurğulayım ki, bu bəşəri ideyanın Azərbaycan torpağından, Azərbaycanın lideri tərəfindən irəli sürülməsi təsadüfi deyil, bu, təbii bir hadisədir. Ona görə ki, Azərbaycan dünyanın ilk yaşayış məskənlərindən və bəşəri mədəniyyətin yarandığı məkanlardan biri kimi müqəddəs bir diyardır. Bu məkan tarixən bütün xalqların humanizm dəyərlərilə yaşadığı bir ərazi kimi hər zaman plüralizmin bayraqdarı olub. Bu baxımdan, multikulturalizmin bəşəri ideya kimi Azərbaycandan yayılması təsadüfi deyil. Azərbaycan torpağı hər zaman tolerantlığın, qardaşlığın, sülhün məskəni olub. Bu baxımdan belə bir ideyanın bizim ölkmizdən dünyaya realizə olunması təbii haldır. Tarixən bu ərazidə yaşayan xalqlar etnik mənsubiyyətindən və mövcud ictimai-siyasi situasiyadan asılı olmayaraq daim mehriban şəraitdə yaşamışlar. Heç bir fərq, ayrı-seçkilik qoyulmamışdır. Buna görə də Azərbaycan Prezidentinin bu çağırışını mən bütün dünyanın liderlərinə, dövlət rəhbərlərinə bir “müəllim tövsiyəsi”, “öyrətmən çağırışı” adlandırardım.

- Plüralizm çağırışı bugünkü dünya üçün nə dərəcədə aktualdır?

- Mən deyərdim ki, hazırkı dövrümüz üçün ən aktuaı çağırışdır. Bəşəriyyətin bugünkü problemlərdən xilas yoludur.
Müasir dünyanın mövcud mənzərəsi göz önündədir. Bütün bunlar göstərir ki, bəşəriyyətin xilası bərabərhüquqlu, ədalətli, tolerant və qarşılıqlı anlaşmaya əməl edərək yaşamaqdadır. Əslində Azərbaycanda başlayan bu ideya bəşəriyyətin gələcəyinin xilas yoludur. Bu gün dünyada baş verən təlatümlü hadisələri nəzərdən keçirdikdə onların baş vermə səbəblərini də düzgün qiymətləndirməliyik. İstər cəmiyyətdə, istərsə də təbiətdə baş verən kataklizmlərin ciddi səbəbləri vardır. Bütün dünya xalqları və dövlətləri bundan ibrət dərsi almalıdırlar. Yəni müqəddəs dəyərlərə xəyanət edilməməlidir. Bəlaların səbəbi bu xəyanətlərdir.

- Dediyinizdən belə məlum olur ki, Azərbaycanda plüralizmin tarixi ənənələri hər zaman mövcud olub...

- Tamamilə doğrudur. Multikulturalizm Azərbaycan xalıqının təfəkküründə və ictimai şüurunda tarixən mövcud olmuşdur. Bu mövzuya həsr edilən, ümumbəşəri ideyaları təbliğ edən əsərlərə, mənbələrə Azərbaycan tarixində, mədəniyyətində və ədəbiyyatında istənilən qədər rast gəlmək mümkündür. Mən burada hələ 1899-cu ildə çap eilən “Müqəddəs tarix” kitabının adını xüsusi qeyd etmək istərdim. Kitabın müəllifləri məşhur Qori Seminariyasının müəllimi Mahmud ƏfəndizadəFirudin bəy Köçərlidir. Kitab o dövrün tanınmış ziyalılarından Hüseyn Əfəndi Qayıbov və Qafqazın Şeyxülislamı Axund Ədüssəlam Axundzadənin rəyi ilə azərbaycan və rus dillərində nəşr edilmişdir.
Kitabda dörd dünyəvi dinin mahiyyəti, onların peyğəmbərlərinin bəşəriyyəti birləşdirmək çağırışları geniş işıqlandırlıb. Bu o deməkdir ki, dünyəvi dinlər və onların peyğəmbərləri bütün bəşəriyyəti birliyə, qardaçlğa səsələyib. İntriqalar, çaxnaşmalar, qarşıdurmalar müəyyən qara qüvvələrin əməllərindən başqa bir şey deyil.
Bunu qeyd etməklə bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan xalqının təfəkküründə və yaşantısında humanizm, multikultural dəyərlər tarixən formalaşmış və mövcud olmuşdur.

"Bu planet onun üzərində yaşayan hər kəsindir"

- Dünyanı bu qarışıqlıqdan plüralizmlə xilas etmək mümkündürmü?

- Yol ancaq budur. Lakin bunun üçün böyük miqyaslı işlər görülməlidir. Biz Azərbaycan rəhbərinin bu ideyasını ümumbəşəri ideyaya çevirməyi bacarmalıyıq. Prezident İlham Əliyevin təşəbbüsü və qərarı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Mərkəz bu istiqamətdə elmi-praktiki işlər həyata keçirir. Lakin hesab edirəm ki, bu, kifayət deyil. Plüralizm ideyasının yayılması üçün təhsl sisteminin imkanlarından geniş istifadə edilməlidir. Biz çalışmalıyıq ki, bu ideya təkcə Azərbaycanda deyil, bütün dünyada geniş yayılsın. Çünki bəşəriyyətin gələcək inkişafı və nicatı yalnız ondadır.
Qeyd edim ki, dünyanı idarə edən güclərin, xüsusilə, bəzi Qərb dövlətlərinin yürütdüyü yanlış və ədalətsiz siyasətin cəzasını Yaxın və Orta Şərqin, Afrikanın bir çox xalqları çəkirlər. Bu gün Suriya və digər qaynar bölgələrdən Avropaya axın edən miqrant problemi elə Avropanın öz “günahlarının bəhrəsidir”. Bu baxımdan, bir daha xüsusi vurğulayıram ki, Azərbaycan liderinin bu ideyasını biz düzgün dərk etməli və onu bütün dünya xalqlarının, xüsusən siyasətçilərin, elm və təhsil nümayəndələrinin qəbul etməsinə çalışmalıyıq. Xüsusilə təhsil sisteminin gücündən istifadə edib bu ideyanı bəşəriyyətə qəbul etdirmək lazımdır. Bütün dünya anlamalıdır ki, Afrikada, Yaxın Şərqdə, Suriyada doğulan uşaq da Avropada və Amerikada yaşayan uşaqla eyni hüquqlara malikdir. Bu Planet onun üzərində yaşayan hər kəsindir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar