Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gəncliyimdə sevməyə vaxtım olmadı -MÜSABHİBƏ

Tarix: 23-07-2017 22:10     Baxış: 41 838 A- / A+
Gəncliyimdə sevməyə vaxtım olmadı
Xatirə dəftəri kimi insanlar var. Həmin insanları oxuduqca oxumaq istəyirsən… Bəzən onların danışmağı heç gərək olmur. Tarixin yaddaşına köçmüş xatirələri də, cücərməyən arzuları da, havadakı xəyalları da- hamısı gözlərində yazılır. Bu günki müsahibim jurnalist Əntiqə Rəşidin də xəyalları, arzuları doğma yurdu Ağdamla birlikdə işğal olunub.

-Peşənizlə bağlı gənclik xəyalları peşənizdə davam edir?

-Ümumiyyətlə, gənclik vaxtlarımda ağlımın ucundan da keçməzdi ki, mən jurnalist olaram. Universitetə qəbul olmazdan əvvəl texnikum bitirmişdim. Həmin vaxtlarda jurnalistika mənim üçün prezident apartında işləmək qədər əlçatmaz peşə idi. Mən ali məktəbə çox gec sənəd verdim. Bu da valideynlərimin səəhhəti ilə bağlı idi. Özümdən başqa bir qardaşım var idi. O da avtomobil qəzasında həlak oldu. Mən də ali məktəbə ona görə sənəd verirdim ki, Azərbaycan dili və Ədəbiyyat müəlliməsi olum. Yəni, ali məktəbə bu məqsədlə sənəd vermişdim. Jurnalist olacağımı qətiyyən düşünmürdüm. İmtahandan sonra ixtisas seçimində ayırlmış 15 yerdən 13 yerə müəllimlik ixtisasını yazdım. Qalan 2 axırıncı yerə isə jurnalist ixtisasını yazdım. Biz Baş Qərvənd kəndindən Quzanlıya məcburi köçkün gəlmişdik. Kəndimizdə heç vaxt sıxıntı çəkməzdik. Kəndimizdə çox xoşbəxt idim. O qədər xoşbəxt idim ki, öz xoşbəxtliyimə (gülməyimə) yuxudan ayılırdım. Məlum hadisələr zamanı hər şey əlimizdən çıxdı. Kəndimiz işğal olunanda xoşbəxtliyim də onunla işğal olundu. Mən 24 ildir özümə əsir düşən xoşbəxtliyimi içimdə axtarıram. İşğaldan sonra 8 il Quzanlıda yaşadıq. Həmin bu 8 ili həyatımın həbs olunmuş hissəsi kimi keçirdim. Ancaq ev şəraitində o xəstəyə bax, bu xəstəyə qulluq elə- işim ancaq bu idi. Belə bir şəraitdə yaşadığıma görə yaradıcılığım paslandı. Ancaq gördüm ki, belə yaşasam məhv olacam. Atamın, anamın səəhhəti bərpa olandan sonra evdə dedim ki, mən oxumaq istəyirəm. İmtahana gələndə elə qorxurdum ki, birdən qəbul olmaram. Çünki həm hazırlaşmamışdım, həm 30 yaşımı keçmişdim- bunların hamısı qəbul olmamaq üçün əsas idi. Ağdamın Təhsil şöbəsi Bərdədə idi, imtahanın cavablarını ordan öyrənirdik. Mən də getdim ordan öyrəndim. Biləndə ki,mən ali məktəbə qəbul olmuşam, inan Allaha elə yerdimdəcə sevincimdən möhkəm qışqırdım. Həmin vaxt texnikomdakı tələbə yoldaşım Yeganə adlı qız orda işləyirdi. Tez gəlib məni öz otağına apardı dedi ki, indi nə qədər istəyirsən qışqır, amma orda qışqırma (gülür). İmtahanın cavabları çıxsa da özümə inana bilmirəm. Öz-özümə deyirəm ki, Əntiqə hara, juranlistika hara . Ordan çıxıb evə gəlirik, yolda gülürəm. Axırda anam dedi ki, qızım dayan bu körpünün üstündə möhkəm qışqır. O körpünün üstündə dayanıb bir nərə çəkdim. İnan ki, az- az adamda olar elə bir sevinmək. Bu sevinc təkcə ali məktəb sevinci deyildi, mən artıq başa düşdüm ki, bu qədər çətinlikdən sonra həyata atdığım qarmağa uğur düşmüşdü. Qəbul olandan sonra Bakıya gəldim. Sən demə nə qədər uğurlu olsa da çətin günlərim bundan sonra imiş... Mən özəl universitetdə təhsil aldığım üçün ödəniş ödəməli idim. Qəbul olduğum vaxtda ödəniş 480$ idi. Atam bu ödənişin yarısını(240$) düzəltdi, dedi ki, yarısını da sonra verərik. Həmin pulu apardım universitetə dedilər ki, yox gərək ödəniş bütöv olsun. Bir müəllimimiz gördü ki, mən çox əlacsızam. Dedi ki, bir qohumunu gətir sənə zamin olsun. Uzaq bir qohumumuz var idi, mən də onu gətirdim. Dərs başlayanda hamıdan arxada oturmşdum. Axı ödənişin yarısını ödəməmişəm. Patokda 31 tələbə idik. Onların içərisində də köçkün bircə mənəm. Birdən rektor, dekan, dekan müavini otağa daxil oldular. Həmin an elə bildim ki, rəsmən öldüm. Bizi təbrik edəndən sonra dedilər ki, sizə şad xəbərimiz var: sizin ixtisasın ödəniş haqqı 240$ oldu. Bu xəbərin mənim üçün hansı əhəmiyyət daşıdığını heç bir söz, heç bir hərəkət izah edə bilməz. O vaxtlar namaz qılıb- oruc tutmağı bilmirdim. Hər gecə əllərimi göyə açıb Allahdan kömək diləyirdim. Elə bil ki, qurban olduğum səsimi eşitdi.

-Bəs həmin illərdə maddi çətinliklərinizi necə həll edirdiniz?

-Hə, elə ondan danışacam. Ondan sonra bir mağazada 3 ay işlədim. Dərsə gedəndə geyinib getməyə yaxşı paltarım yox idi axı. Yayı bir “pasanuşka” ilə başa vurmuşdum. O qədər köhnə idi ki, axşam sökük yerlərin tikirdim, gündüzlər işə geyinirdim. İnanırsan, ta “pasanuşka” məndən can istəyirdi (gülür). Bir dənə də yupkam var idi. O qədər geyinmişdim ki,çox bozarmışdı. Özümü tərifləmək kimi olmasın azca qabliyyətim var. O yupkanı söküb tərsinə tikdim. Bir müddət də o biri üzünə geyindim (gülür). Bakıda yaşayanda hər şeydən qorxurdum. Düşünürdüm ki, kimsə mənə söz deyər. Bunu görənlər deyərlər ki, bu qızın atası- qardaşı yoxdur deyə buna söz atırlar.

-Təhsilinizi bildik, bəs bu peşənin praktikası necə başlayıb…?

-İş axtaran vaxtlarım idi. Şəhidlərdən yazı yazmışdım. Dedilər ki, “Qarabağ” qəzeti qonarar verir, yazılarını ora apar. Mən də gəldim redaksiyaya,dedilər ki, yazıları ver, get. Bir həftədən sonra qəzet dərc olunacaq. Yaxşı yazı olsa çap edəcəyik, olmasa da biz heç nə deyə bilmərik. Bir həftədən sonra çox nigaran halda gəldim bura. Bu da həyatın imtahanlarından biri idi. Həm pula ehtiyacım var idi, həm də axı mən gələcəyin jurnalisti olacaqdım. Mən redaksiyaya girən kimi rəhmətlik Sarvan müəllim dedi ki, yazılarının ikisini də çap etmişik. Birdən Çingiz müəllim dedi ki, gəl qol çək, pulunu da götür. Bunu eşidəndə mənə lap bayram oldu (gülür). On qəpik tapa bilməyən bir adam üçün “5şirvan” bilirsən heç nə deməkdir ? Pulu alan kimi sevinə- sevinə qapıdan çıxırdım ki, birdən Çingiz müəllim məni çağırdı.:- xanım, bir dəqiqə dayan. Sən bizim qəzetdə işləyərsən? Donub yerimdə qaldım. Bilmədim nə “hə” deyim, nə də “yox”.

-Bu qədər təsadüflərlə qarşılaşmısınız. Çox hissəsi də xoş təsadüflər olub. Güman edirəm ki, yamanlar da az olmayıb…

-Hə, adaş, hə. O qədər olub ki… Hələ sənə deyərdim ki, pis təsadüflər yaxşılardan çox olub. Əleyhimə iş görənlər elə biliblər ki, mən ziyan görəcəm. İnan ki, əksinə olub- mən daha da yaxşılıqlarla qarşılaşmışam. Həmin adamı özü pis hadisələrlə qarşılaşıb.

-Artıq dünyagörüşü formalaşan bir jurnalist qız birdən-birə Qarabağ qazisi ilə ailə qurur… Bir çox qızlar həyatını başqa cür yaşamağı düşünsə də, Əntiqə Rəşid ömrünü o adama həsr edir ki, həmin insan onun vətəni uğrunda döyüşür…

-Mən elə mühitin gənci oldum ki, ancaq ölüm gördüm, qan gördüm. Müharibə bizim həyat tərzimizə çevrildiyi bir vaxtda gənclik çağını yaşayan adam Qarabağ qazisini daha yaxşı başa düşərdi. Mənə “fələk çubuğu” dəymişdi. Mən ömrümün baharında qocalmışdım. Mənim sevməyə zamanım olmayıb. Mən heç vaxt sevməmişəm.

- Bəs “ünvanına yetməyən məktub”? O kimindi ?

- (Susur və sonra sakit-sakit gülür) Hə, hardasa azca olub. O da pəncərdən baxmaq sevgisi olub. Hə, indi keçək yazılarıma, yetişdiyim mühit məni daha çox şəhidlərdən, qazilərdən, vətəndən, yurd acısından yazmağa məcbur etdi. Əslində bu məcburiyyət deyildi, ruhumun mənə təyinatı idi. Qarabağ qazilərinin haqqında yazı yazdığım adamlardan biri də həyat yoldaşım olub. Mən ondan müsahibə almalı idim. Məni ona o qədər tərifləyiblər ki, o da həm müsahib kimi, həm də mənə baxmağa gəlibmiş (gülür). Ancaq mənim xəbərim yox idi. Əvvəllər anası (qaynanam) razı deyildi. İnan ki, düz yeddi arxamca gəlib- gedirdi. Yoldaşım bakılı olduğu üçün qaynanam da bakılı qız almaq istəyirdi. Ancaq məni tanıyandan sonra hər dəfə oğlunun seçimi üçün ona “afərin sənə “ deyirdi. Bax, bu sevgini də özüm qazanmışdım o qadının yanında. Həyat yoldaşımın bədənində 23 qəlpə var. Yoldaşıma ilk münasibətim, ilk başlanğıc hörmətim onun bədənindəki qəlpələrədir.

Əntiqə Səməndər

Manevr.az

Xəbəri paylaş







Müəllif: Əntiqə Rəşid
Tarix: 23 iyul 2017 23:06
Teşekkür edirem!senin qadan alım, hec qoymamışanki 1 cümle o yana qacsın)) gözelce ipe-sapa düzmüsen. Zərger deqiqliyi ilə ..Saq ol usta)) cox beyendim.. Allah seni qorusun!
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar