Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xərçəng hüceyrələrinə son qoyulacaq :Azərbaycan alimləri dərman hazırladı -VİDEO

Tarix: 07-07-2017 10:52     Baxış: 4448 A- / A+
Xərçəng hüceyrələrinə son qoyulacaq

Azərbaycanlı alimlər daha bir uğura imza atıblar. Onlar xərçəng xəstəliyinə qarşı yeni dərman maddələri hazırlayıblar. Beynəlxalq mütəxəssislər tərəfindən müəyyən olunub ki, bu məhlullar mövcud olanlardan daha da effektlidir. Alimlərimiz bu məhlullarla daha bir neçə xəstəliyin müalicəsinə nail olacaqlar.

Manevr.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, Azərbaycan elm adamları bədxassəli şişin inkişafını dayandıran dərman maddələri kəşf edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu Türkiyə, İtaliya və Səudiyyə Ərəbistanının aparıcı elmi müəssisələri ilə birgə tədqiqatlara başlayıb. Azərbaycanda əldə olunan 50 dərman maddəsi sınaqdan keçirilməsi üçün İtaliyaya göndərilib. Satışda olan dərmanlar xəstəliyin inkişafını zəiflətdiyi halda, yeni kəşfin xərçəng hüceyrələrinə son qoyacağı məlum olub.

İtaliyadan Aşqarlar Kimyası İnstitutuna maddələrin klinik şəraitdə sınaqdan keçirilməsi üçün təklif gəlib. Yəni kimyəvi maddələrdən ibarət olan məhlulların digər orqanlara təsiri yoxlanılacaq. Müsbət nəticə əldə olunsa, məhlullardan hazırlanan dərmanlar gələcəkdə satışa buraxılacaq. Dərman maddələri Alzehymer kimi xəstəliklərin müalicəsi üçün də effektivdir.

Maraqlıdır ki, neft məhsulları, o cümlədən sənaye yağlarının oksidləşməsinin qarşısının alınması üzərində araşdırma aparan mütəxəssislər məhz bu nailiyyətə imza atıb.
Əfsun Sucayevin sözlərinə görə, kimya sahəsində əldə olunan radikal mexanizmlər, insan orqanizmində gedən hüceyrə dəyişikliyində də fizioloji rol oynaya bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı burdan izləyə bilərsiniz:


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar