Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil haqları da artırılır

Tarix: 04-08-2016 21:13     Baxış: 3583 A- / A+
Təhsil haqları da artırılır
Kamran Əsədov: “Türkiyənin nüfuzlu universitetlərində təhsil haqqı Azərbaycandan dəfələrlə azdır”

Ali təhsil ocaqlarında təhsil haqqının artırılacağı ilə bağlı xəbərlər gündəmi zəbt edib. Məlumata görə, yeni tədris ilində ali məktəblərdə ödənişli əsaslarla nəzərdə tutulan bir sıra ixtisaslarda ödənişlərdə artım gözlənilir. Buna səbəb ilin sonunda gözlənilən devalvasiyasıdır. Ekspertlər ali məktəblərdəki ödənişli əsaslarla təhsil haqlarında 10 faiz artım olacağını istisna etmirlər.

“Cümhuriyət” qəzetinə daxil olan məlumata görə, ali təhsil ocaqlarındakı artım barədə Tarif Şurasına müraciət edilib. Tarif Şurasının bu barədə qərarı gözlənilir. Amma buna baxmayaraq, belə institutlar daxilində, demək olar ki, bütün ixtisaslar üzrə müəyyən artırmalar olacaq. Qeyd edək ki, bu günlərdə iqtisadçı ekspert Rövşən Ağayev bildirmişdi ki, 2016-cı ildə ali məktəblərə qəbul planı 3051 yer artırılıb. Artan yerlərin cəmi 497-si və ya 16 faizi ödənişsiz olacaq (dövlət sifarişli yerlər), 2554-ü və ya 84 faizi pullu olacaq. Ümumilikdə 2016-cı ildə ali məktəblərə qəbul planı üçün nəzərdə tutulan yerlərin cəmi 29 faizi (12221 yer) ödənişsiz olacaq. Əgər qəbul planı tam icra edilsə, 2016-cı ildə ali məktəblərə qəbul olunanların 71 faizi, yaxud 29744 nəfəri öz vəsaiti hesabına oxuyacaq. 84 faiz ödənişli əsaslarla təhsil alan tələbələr yeni tədris ilindən etibarən 100-500 manat arası artan qiymətlərlə təhsil alacaqlar.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan ali təhsil müəssisələrində təhsil haqqı insanların maddi vəziyyəti və ödəmə qabiliyyətindən dəfələrlə çoxdur:

“Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində belə təhsil haqqı ölkədə adambaşına düşən gəlirə uyğun olaraq hesablanır. Bundan başqa, Azərbaycan özəl ali təhsil müəssisələrinin beynəlxalq reytinqi o qədər deyil ki, 3000 manatdan çox ödəniş tələb etsin. Bundan başqa, Azərbaycan özəl ali təhsil müəssisələrinin maddi-texniki bazası, kadr potensialı bu qədər çox ödənişin tələb edilməsinə görə uyğun deyil. Burda problem həm də ondan ibarətdir ki, “Təhsil Haqqında” qanuna görə, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil ola bilməz. Dövlət ali təhsil müəssisələri dövlətin sifarişi əsasında kadr hazırlığını həyata keçirir və ona görə də bütün dövlət ali təhsil müəssisələrində təhsil ödənişsiz əsaslarla həyata keçirilməlidir”.

Ekspert bu məsələ də, qonşu ölkələrin təcrübələrinə də toxunub. O deyib ki, qonşu ölkələrə nəzər salsaq, görərik ki, istər təhsil, istər beynəlxalq reytinq cədvəlində, istərsə də digər məsələlərdə Azərbaycan ali təhsil müəssisələrindən dəfələrlə öndə olan universitetlərdə təhsil haqqı Azərbaycandan dəfələrlə azdır: “Məsələn, qardaş Türkiyənin 500-dən çox ali təhsil müəssisəsində təhsil haqqı 100-500 manat arası dəyişir. Halbuki həmin o universitetlər bütün göstəricilərə görə Azərbaycan ali təhsil müəssisələrindən öndədirlər. Orda da təhsil haqqı maksimum 1000 dollar təşkil edir. Ən yüksək təhsil haqqı tibb ixtisasındadır və o da 2000 dollar təşkil edir”.

Ekspert ali təhsil ocaqlarında ödənişli fakültələrdə təhsil haqlarının artırılmasını düzgün addım hesab etmir: “Əlbəttə ki, artım ola bilər. Amma bu, heç də doğru deyil. Onlar devalvasiyanı, elektrik enerjisinin və digər xərclərin artdığını əsas götürərək bu addımı atdıqlarını deyirlər, amma nəzərə alsaq ki, onlar dövlət universitetidir və xərclərini dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirirlər, deməli, bu, düzgün deyil”. Qeyd edək ki, bu günlərdə Bakı Dövlət Universitetinin maliyyə şöbəsinin müdiri Məzahir Sultanov da

Cebhe.info saytına ixtisaslar üzrə təhsil haqqında müəyyən dəyişikliklər ediləcəyini demişdi.

Belə ki, sadəcə, üç ixtisas üzrə - hüquq, beynəlxalq münasibətlər, mexanika-riyaziyyat fakültələrində ötən illə müqayisədə 100 manat civarında artım olunub. Yəni Hüquq fakültəsində illik ödəniş 3800 manat idisə, indi 3900 olub, beynəlxalq münasibətlər fakültəsində 2500 idi, indi olub 2600 manat. Artımlar barədə Nazirlər Kabinetinin qəbul planına təklif göndərilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar