Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Erməni politoloqun qorxusunun səbəbləri var” - Rasim Musabəyov

Tarix: 02-09-2016 13:50     Baxış: 3462 A- / A+
“Erməni politoloqun qorxusunun səbəbləri var”

Sentyabrın 1-də İrəvanda mətbuat konfransında “Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papian Azərbaycanın Rusiyada artan təsirindən narahatlığını ifadə edib. O, bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunda təmsil olunan yeganə ölkədir ki, münaqişə tərəfi olan Azərbaycana silah partiyaları ötürür. Ara Papian xüsusilə qeyd edib ki, Rusiya Ermənistanın müttəfiqidir, amma müttəfiqinin düşməninə silah satır və bu dünya tarixində yeganə hadisədir.

Erməni politoloqun bu açıqlamasını sabiq dövlət müşaviri, deputat Rasim Musabəyov şərh edib.

Deputat Teleqraf.com-a bildirib ki, Moskva ilə Bakı arasında yaxınlaşmadan erməni analitikinin qorxusunun müəyyən səbəbləri var:

“Silah məsələsində erməni diplomatiyası bəzi faktlar gətirə bilər. Ancaq iş ondadır ki, Amerika bir-birilə münaqişədə olan Türkiyə və Yunanıstana silah təhcizatı həyata keçirib. Eyni zamanda ən müasir silahları İsrailə satıb, amma Misir və İordaniyaya pulsuz silahlar verilib. Birləşmiş Krallıq münaqişə tərəfi olan Hindistan və Pakistanla silah ticarətində olub. Bu mənada ermənilər araşdırma apara, biliklərini artıra bilər və bu zaman “dünya tarixində ilk hadisədir” iddiası əsassız olar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar