Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

" Ermənistandan qaçmış jurnalistlərin Azərbaycanda jurnalist fəaliyyətilə məşğul olmasını vurğuladım" - Azər HƏSRƏT

Tarix: 29-03-2017 09:44     Baxış: 3840 A- / A+
" Ermənistandan qaçmış jurnalistlərin Azərbaycanda jurnalist fəaliyyətilə məşğul olmasını vurğuladım"


Bir neçə gün öncə Azərbaycan nümayəndələrinin Brüsselə yola düşməsi haqda elə sizin fb. səhifənizdə məlumat yayımlandı. Və elə sizin növbəti xəbərdarlığınızla onu da bildik ki, artıq görüş və müzakirələr başa çatıb. Siz isə vətənə qayıdırsınız. Bütün bunlar çox gözəl. Ancaq son zamanlarda televiziyanın, demək olar ki, bütün siyasi motivli verilişlərinin ən cəsarətli eksperti kimi tanınırsınız. Və belə bir toplantıya qatılmağınız isə, şübhəsiz, təsadüfi deyil. Elə bu göstəriciləri rəhbər tutaraq sizə Manevr.az portalı adından bir neçə sual ünvanlamaq istərdim.

- AvroNEST necə bir təşkilatdır və məramı nədir?


- AvroNest Parlament Assambleyası Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əsasən inteqrasiya məsələləri üzərində müzakirələr üçün təşkil edilmiş bir forumdur. Bu qurum Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna və Moldovanın Avropaya inteqrasiyası üçün nəzərdə tutulur. Məqsəd Avropa Birliyi ilə adı keçən ölkələr arasında inteqrasiya məsələlərinin müzakirəsinə əlavə dəstək verməkdir. Burada iştirakçı olaraq Avropa Birliyi adına Avropa Parlamenti, tərəfdaş ölkələr adına isə onların parlamentlərinin üzvləri təmsil olunur. AvroNest PA 3 may 2011-ci ildə qurulub və Azərbaycan onun işində fəal şəkildə iştirak edir.

- Brüsselə gedişinizin məqsədi nə idi və gözlənilən nəticələr əldə olundumu?


- Brüssel səfərim AvroNest PA-nın dəvəti əsasında gerçəkləşdi. Burada Assambleyanın Siyasi məsələlər, insan haqları və demokratiya komitəsilə Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin birgə toplantısı keçirilirdi. Məni də “Şərq tərəfdaşlığı ölkələrində media azadlığı və inteqrasiyanın təmin edilməsi” mövzusunda müzakirələrə ekspert qismində dəvət etmişdilər. Düzdür, bayram günlərinə düşdüyü üçün bu səfərə bir qədər ürəkdən yanaşmırdım. Amma düşündüm ki, mütləq iştirak etməliyəm. Elə yaxşı ki, iştirak da etdim. Çünki orada biri Ermənistandan olmaqla digər iki ekspert Azərbaycanla bağlı kökündən yanlış rəy yaratmağa çalışdılar. Mənim çıxışım onlardan sonra nəzərdə tutulduğu üçün səslənən yanlış fikirlərə münasibət bildirməyə imkanım oldu. Bu baxımdan düşünürəm ki, toplantıda iştirakım yerinə düşdü.

- Kimlərlə və hansı məsələlər ətrafında söhbətlər aparıldı? Qarabağ müharibəsi və onun regiondakı sabitliyə vurduğu zərbə, eyni zamanda, beynəlxalq aləmdə bu münaqişənin doğurduğu əks-səda gözlədiyimiz səviyyədədirmi?


- Səfər qısa müddətli olduğu üçün geniş söhbət etmək imkanımız olmadı. Amma fürsətdən istifadə edib ayrı-ayrı deputatlarla təmasda oldum. Təbii ki, toplantının iki əsas mövzusu – qadınların əmək bazarında iştirakı və media azadlığı məsələləri ətrafında söhbətlərimiz oldu. Mən həm çıxışımda, həm də fərdi təmaslarımda bu məsələləri dilə gətirdim. Azərbaycanlı deputatlar – nümayəndə heyətinin rəhbəri Fuad Muradov, Məlahət İbrahimqızı və Rasim Musabəyovla da söhbətlərimiz oldu. Qarabağ mövzusu ətrafında geniş müzakirə açılmadı. Çünki mövzu başqa idi. Bununla belə demək istərdim ki, Azərbaycanda bir sıra problemlərin həllinin məhz bu münaqişənin həllindən asılı olduğunu artıq Avropalılar da qəbul edirlər.

- Digər müzakirə mövzuları da, təbii ki, ictimaiyyətdə maraq doğuran məsələlərdəndir. Bu haqda qısaca bəhs etmənizi xahiş edirəm.

- Az öncə də qeyd etdiyim kimi, media azadlığı ilə bərabər qadınların əmək bazarında iştirakı, gender balansı məsələləri müzakirə edildi. Bu sahədə daha çox Ukrayna tənqid edildi. Əsas kimi də bu ölkənin Donbas bölücülərilə danışıqlara qadınları cəlb etməməsi göstərildi. Lakin Ukrayna nümayəndəsi söz alaraq bunun əsassız olduğunu, əksinə, məhz bu danışıqlar prosesində qadınların imkanlarından geniş istifadə edildiyini bildirdi. Yeri gəlmişkən, mən də mediayla bağlı çıxışımda bu mövzuya qayıdaraq qeyd etdim ki, Azərbaycanda ən güclü media qurumlarından bəzilərinə məhz qadınlar başçılıq edir.

- Nə kimi uğurlu nəticələr əldə olundu? Və növbəti səfərin baş tutması üçün hansı müsbət səbəblər olmalıdır?


- Uğurlu deyəndə, əlbəttə, biz belə səfərlərdə tez-tez olduğumuz üçün bəzən gördüyümüz işləri əlavə uğur kimi təqdim etmirik. Amma nəzərə alsaq ki, belə toplantılarda Azərbaycana qarşı çıxışlar tez-tez olur, o baxımdan bu səfəri uğurlu saymaq olar. Örnək üçün, Ermənistan nümayəndəsi Azərbaycanda media azadlığının bərbad olması haqqında rəy yaratmaq istəyirdisə, mən öz çıxışımda Ermənistandan jurnalistlərin Azərbaycana qaçıb gəlməsini, Bakıda sığınacaq taparaq jurnalist fəaliyyətilə məşğul olmasını onun və iştirakçıların diqqətinə çatdırdım. Yaxud da ATƏT nümayəndəsi şəxsən mənim ilk dəfə adını eşitdiyim bir nəfər haqqında danışaraq onun guya jurnalist fəaliyyətinə görə həbs edilməsini dedi. Buna da cavab verib qeyd etdim ki, əgər mən, eləcə də Azərbaycanlı deputatlar bu adı ilk dəfə burada, sizdən eşidirsə, səsləndirdiyiniz fikir nə qədər ciddi sayıla bilər? Toplantıdan sonra araşdıranda bəlli oldu ki, jurnalist kimi təqdim edilən şəxs bizim "reket jurnalist" dediyimiz şəxslərdən biridir və hansı yollasa adını beynəlxalq qurumların siyahısına saldıra bilib. Demək istədiyim odur ki, bizim o toplantıda iştirakımız Azərbaycanla bağlı məqsədli şəkildə mənfi rəy yaratmaq istəyənlərin əl-qolunu bağlayır.

Nailə Mirzəyeva,
filologiya üzrə fəlsəfə doktoru


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar